Ədliyyə Nazirliyi Penitensiar xidmətinin psixoloqlar qrupunun keçmiş rəhbəri, tanınmış psixoloq Rafiq Allahverdiyev dələduzluqda ittiham olunur.
“Yeni Sabah” xəbər verir ki, ona qarşı iddianı Rusiya vətəndaşı olan Diana Cəmilova və qardaşı Ruslan Cəmilov irəli sürüblər.
Onlar bildiriblər ki, 10 il əvvəl R.Allahverdiyevə mənzil satıblar, lakin indiyədək pulunu tam ala bilməyiblər. Cəmilovların sözlərinə görə, keçmiş məmur alqı-satqı zamanı verdiyi vədini yerinə yetirməyib: “Nə evimizdən çıxır, nə də pulumuzu verir”. Pepperoni pizza
Səsləndirilən iddialarla bağlı saytımıza danışan Rafiq Allahverdiyev ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, D.Cəmilova və R.Cəmilov məsələni təhrif edirlər:
“Mən 2016-cı ildə, Abşeron rayon Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində Cəmilova Diana Vaqif qızından mənzil aldım. Mənzili 60 min manat olaraq dəyərləndirdik. Mən qiymətin 50 min 500 manatını ödədim və yerdə 9 min 500 manat qaldı. Bizim şərtimiz belə oldu ki, o, mənzili mənim adıma sənədləşdirdikdən sonra məbləği tam şəkildə ödəyim. D.Cəmilova və qardaşı Ruslan Rusiya vətəndaşıdılar və ora getdilər. İllər keçəndən sonra mən onları Sumqayıt Şəhər Məhkəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və daha sonra Ali Məhkəməyə verdim. Hər 3 məhkəmənin qərarı mənim xeyirimə çıxdı”.
R.Allahverdiyev əlavə edib ki, məhkəmələrin müvafiq qərarından sonra Diana Cəmilova və qardaşı müxtəlif sosial şəbəkələrdə böhtan xarakterli paylaşımlar etməyə başlayıblar:
“Qərara əsasən, mənzil özəlləşdirilməli və mənim adıma sənədləşdiriləndən sonra yerdə qalan məbləğ ödənilməlidir. Həmin bu məhkəmə qərarından sonra Diana Cəmilova və qardaşı sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar. Hardasa 3 ildən çoxdur ki, onlar ölkəyə gəlmirlər. Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsi onlar barədə axtarış elan edib. Onlar hətta məhkəməyə müraciət edən zaman iddia etmişdilər ki, guya mən ümumiyyətlə pul ödəməmişəm. Amma məhkəmə prosesində notarial qaydada təsdiq olunmuş sənədlər və Ruslanın qayınatasının ifadələri onların iddiasının tamamilə yalan olduğunu üzə çıxardı”.








