Ermənistanda parlament seçkiləri keçirilib və ölkədəki bütün səslər artıq tamamilə hesablanıb.
Teleqraf xəbər verir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hakim partiya (Vətəndaş Müqaviləsi) seçicilərin təxminən yarısının (49,81%) səsini qazanaraq yenidən seçkilərin qalibi olub və parlamentdə üstünlüyü əldə edib.








