Ermənistan Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya çərçivəsində dünən axşam saatlarında Azərbaycanla sərhədə yaxın Laçın şəhəri ilə qonşu ərazidə yerləşən Gorus şəhərinə gəlib.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, Baş nazirin çıxışı izdihamlı meydanda baş tutub.
"Paşinyan hər kəsi 7 iyunda seçki məntəqələrinə getməyə və dövlətin müdafiəsinə qalxmağa çağırıb.
Baş nazir bildirib ki, "Seçki məntəqəsinə gedin və sülh, müstəqillik uğrunda ayağa qalxın, Ermənistan Respublikasının davamlılığı gündəliyini müdafiə edin və ən əsası qurbanlarımızın xatirəsini yad etməyin ən güclü yolu güclü, möhkəm, çiçəklənən, suveren, inkişaf edən və inkişaf etmiş Ermənistan Respublikası, təhlükəsiz Ermənistan Respublikasıdır", - xəbərdə belə deyilir.











