Macarıstanda 16 illik Viktor Orban hakimiyyəti demokratik seçkilərin nəticəsində sona çatdı. Hətta Orban seçkilərdə qalib gələn rəqibi Peter Madyarı təbrik də etdi.
Səhv etmirəmsə Putinin yeganə dostudur ki, hakimiyyəti normal şəkildə tərk edir, xalqını bəlaya salmadan gedir. Yenə də sağ olsun.
Orbanın seçkilərlə yola salınmasını bayram edən əziz xalqım da ortaya iradə qoysa, öz səsinə hörmət etsə, səsinin arxasında dayansa, belə qələbələr qazanar.
"Seçki boş şeydi", "mən kiməm səsim də nə ola", "bir dənə mənim səsimlə nə olacaq?", "seçkilərdə iştirak xəyanətdir" və s. kimi hakimiyyətin maraqlarına uyğun şüarlarla da ancaq dünyadakı demokratik dəyişikliklərə sevinmək olar.
Yeri gəlmişkən, Rusiya xüsusi xidmət orqanları Ermənistanda seçki öncəsi Paşinyana qarşı maraqlı bir üsula əl atıb, tanış bir "şüar" seçib. Sosial şəbəkələrdə hər yerdə yazırlar. Görün sizə də tanış gəlir: "Paşinyan yaxşı adamıdır, amma siyasəti sıfırdır"
Müəllif: Fərəc Kərimli
"DİA-AZ"








