Adı yerli KİV-də külli miqdarda dövlət vəsaitini mənimsəmədə hallanan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri olmuş Saleh Məmmədov hələ də sosial şəbəkələrdə populyar ünvanını qorumaqdadır. Hər halda 1 milyard az pul deyil və Saleh Məmmədov da məhz bu qədər dövlət pulunu yeməkdə ittiham olunur...
"DİA-AZ" xəbər verir ki, səslənən İddialara fərqli reaksiya verənlər var. Keçmiş deputat Etibar Əliyev də hadisəyə biganə qalmayıb. Özünün sosial şəbəkə hesabında sabiq AAYDA sədrinin fotosunu paylaşan Etibar Əliyev qeyd edir:
"Görəsən “Qurd Cəbrayıl” haradadır? Yəqin ki, Quran oxuyub, namaz qılmağa başlayar. Vədədir…"








