Mən insan olaraq müharibənin əleyhinəyəm. İnsanlarımızın həlak olmasını istəmirəm. O, insanların yerini heç nə doldurmayacaq.
Amma faktlarla danışmaq lazımdır: İran rəsmilər demirdilər ki, Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir? Hərbi rəhbərliyi bizi hədələmirdilər? Sərhədə qoşun yığmırdılar? Bu bizim yaxın tariximizdə olub. 30 ildən çox ölkəmizə qarşı açıq və gizli kəşfiyyat aparıb. İranın nə qədər agentura şəbəkəsi ifşa olunub. Qarabağa görə sözdə Ermənistanı pisləyirdi. Əməldə bütün gücü ilə Ermənistanı ayaqüstə tuturdu. Bir dəfə danışıqlar apardı. Danışıqlar gedə-gedə Şuşa işğal olundu.
Qardaş Türkiyəni qınayırlar ki, 6 helikopter vermədi. Həmin vaxtın Türkiyəsi indiki Türkiyə deyildi. Yenə də öz qardaşlığını göstərdi. Ermənistanla sərhədləri 30 il bağlı saxladı. Sonuna qədər bizim yanımızda oldu. 2001-ci ildə İran sərhədlərimizi pozurdu. Yenə də onun qarşısına Türkiyə çıxdı. Həmin vaxt Türk şahinlərinin uçuşları İranı geri çəkilməyə məcbur oldu. İran bizə qarşı heç vaxt səmimi olmayıb. Azərbaycanın müstəqilliyini, dövlətçiliyini özünə təhlükə görüb.
Müəllif: Elnur Eltürk - Mənbə: "DİA-AZ"









