Dünən Naxçıvan Beynəlxalq Hava Limanına və dinc insanların yaşadığı ərazilərə edilən hücum təkcə Azərbaycana deyil, eyni zamanda bölgədəki sülhə, insanlığa və beynəlxalq hüquqa qarşı yönəlmiş açıq bir terror aktıdır.
Günahsız insanların, sivil vətəndaşların istifadə etdiyi hava limanını, məktəb yaxınlığını kamikadze dronları ilə hədəf almağın heç bir hərbi, siyasi və ya əxlaqi izahı ola bilməz. Bu, hərbi güc nümayişi deyil, məhz acizliyin, mənəvi tənəzzülün və qonşuluq hüququna xəyanətin ən çirkin təzahürüdür.
Bizlər imperialist güclərin bölgədəki çirkin oyunlarına qarşı çıxdığımız, dinc xalqların üzərinə bomba yağdırılmasını lənətlədiyimiz halda Azərbaycanın suveren ərazisinə, dinc əhalisinə qəsd edilməsi fars imperializminin onların əsl simasını bir daha ortaya qoyur.
Ölkə başçımız artıq bu məsələ ilə bağlı öz qətiyyətli fikrini bildirdi. İnanıram və əminəm ki, dövlətimiz tərəfindən bütün lazımi diplomatik və hüquqi tədbirlər ən ali səviyyədə görüləcək. Bu terror aktını törədənlər, onun arxasında duran sifarişçilər və siyasi məsuliyyət daşıyanlar bilməlidirlər ki, ölkəmizin suverenliyinə qəsdin və dinc əhaliyə yönələn təhdidin hesabı mütləq sorulacaq.
Mülki insanları hədəf alan terror heç vaxt məqsədinə çatmayacaq!
Müəllif: Məhərrəm Orucsoy - Mənbə: "DİA-AZ"









