AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Televiziyalara hücum və ya "efirtəmizləyici qurğu" - Bahəddin Həzi yazır...
Tarix: 26-02-2026, 02:16 | Çap et

Mərhum Hikmət Hacızadə deyirdi: "Bəzi insanları unutmaq lazımdır". Hətta o, hər gün sənin gözlərinin qarşısında olsa belə.

O, bu fikri öz zamanında "patriot" populyarlığı qazanmış, əslində isə öz ölkəsinə zərər verən bir keçmiş nazir haqqında demişdi. "Unutmaq" deyəndə yaddan çıxarmağı nəzərdə tutmurdu, sadəcə, "dinləməyin, təsadüfən eşitsəniz də, ciddiyə almayın" demək istəyirdi.

Söhbət həmin o keçmiş nazirdən düşmüşkən, adam öz ölkəsinə hər cür pisliyi etmişdi, həm də hamının gözləri qarşısında. Ancaq yenə də kütlə arasında irrasional bir sevgi vardı o adama.

Hərçənd sevgi yəqin elə irrasional olur; bir adı dəlilikdir. Eləsi var, onun etdiyi hərəkətləri başqası eləsə, millət topa tutar, bir qaşıq suda boğar. Ancaq belələri də var, nə edir-etsin, hansı rəzilliyə qol qoyur-qoysun, deyirlər: "Ona olar, dəli-doludur".

Normal insanlar "söyüş mediası"nı, "təhqir müxalifəti"ni iqnor etməlidir. Mən, məsələn, şəxsi həyat sirrinin yayılmasını əks etdirən gizli çəkilişlərə baxmıram, "söyüş blogerləri" ni izləmirəm, onların yaydığı materiallara, şantaj-montajlara baxmırm. Ölkənin birinci ailəsi olsun, ya sonuncu, fərq etməz, heç bir insanın haqqında etikadankənar videoları, şəkilləri müzakirə etməyi doğru saymıram. Bunlar süni intellekt məhsulu da ola bilər, bildiyiniz montaj ola bilər. Həm də şantaj məqsədli. "Söyüş blogerləri", məncə, boykot edilməlidir.

Çox qəribədir, elə deyilmi?! Bax, indi hamı efirlərdəki bayağılıqdan, söyüşdən, qarğışdan, ictimai saçyoldudan danışır. Televiziyanın özü televiziyada baş verən bu cür olayları "biabırçılıq" adlandırır.

Yeri gəldi, deyim: Prezident Administrasiyasının rəhbəri olduğu zaman - qılıncının qəbzəsi də kəsən vaxtlarda Ramiz Mehdiyev "Azərbaycan" qəzetində bir, ya iki səhifəlik geniş məqalə yazıb, telekanalları tənqid etmişdi. Mən də ona bir cavab yazmışdım: "Tənqidi biz eləməliyik, siz qüsurları düzəltməlisiniz. Kimdən kimə şikayət edirsiniz?!"

Yerli televiziya məkanı, bu resurslar hamısı idarə olunur; dövlətin kifayət qədər rəsmi və trivial imkanları, təsir rıçaqları var. Bu imkanlarla teleməkandakı qüsurları aradan qaldırmaq olar. Ancaq, ümumiyyətlə, televiziya artıq arxaik bir alətdir, həyatımızdan çıxmalıdır deyə hökm verənlərlə razılaşmıram. İfrat ümumiləşdirmələrlə razılaşmıram. Televiziya hələ də çox təsir gücünə sahib bir platformadır. Harda, kimdə, hansı qüsur var, onu necə aradan qaldırmaq olar, hə, bu haqda danışmaq lazımdır.

Sosial şəbəkələrdə tez-tez qarşılaşıram, bəzi insanlar deyirlər: "Mən çoxdan televiziyaya baxmıram, yerli kanalları bağlamışam" və sair.

Mənə bu ifadələr, bu sözlər anlaşılmaz gəlir.

Evdə, tutaq, suyu açdın, bulanıq gəldisə, sənə o suyu satan şirkətə öz iddianı irəli sürürsən (ya birbaşa, ya mediada, sosial şəbəkədə, ya məhkəmədə). Ödədiyin pulun müqabilində təmiz su tələb edirsən. Alınmır, yuxarı instansiyalara şikayət edirsən. O cümlədən, yuxarı instansiya məhkəmələrinə. Bir şey çıxmır, filtr qoyursan, sutəmizləyici qurğuda duruldub içirsən o suyu. Daha su bulanıqdır deyə, boruları, kranları söküb atmırsan ki!

Televiziyada yaxşı, səviyyəli verilişlər, filmlər də var, aşağı səviyyəlisi də var. Sən səviyyəli tamaşaçı olduğun halda niyə aşağı səviyyəli verilişlərə baxırsan?! O cür aşağı səviyyəli verilişlərə qarşı etirazını bildirirsən, onların qapanmasını istəyirsən, anlayıram, təqdir edirəm. Amma bir yandan da o vizual məhsulları istehlak edirsən - onları izləyirsən və reytinq qazandırırsan.

Çox maraqlıdır ki, "səviyyəsiz" dedikləri verilişə baxmaqda davam edir insanlar. Bir neçə aparıcının adları çəkilir. Əslində onların çoxu əsl professional televiziyaçılardır. Həmin aparıçıların, rejissorların, redaktorların talantından, biliyidən-bacarığından daha yaxşı yararlanmaq olar, nəinki hamısını ucdantutma çıx-daş eləmək. "Babam mənə " kor" deyib," "gəlib-gedəni vur" deyib" yanaşması doğru deyil.

Yox, əgər, dediyim kimi, gücün çatmırsa, səsin eşidilmirsə, bayağı, zərərli saydığın proqramların efirdən çıxarılmasına, yaxud qüsurların düzəldilməsinə nail ola bilmirsənsə, sadəcə, görmə. Görməmək üçün də baxma.

Hikmət Hacızadənin sözünə qayıdıram: "unut" deyirdi.

Eyni şey və daha da çoxu xaricdə gizlənmiş "söyüş müxalifəti", " təhqir blogerləri" üçün də keçərlidir.

Doğru, yanlış, montaj-şantaj üslubunda elə materiallar yayırlar, sosial şəbəkələrdə - vizual platformalarda elə leksikonla danışırlar, özünə hörmət eləyən adam bunlara baxmaz, üstəlik bəyənməz, şərh yazmaz, ictimai müzakirəyə çıxarmaq o yana qalsın, öz yaxın çevrəsində belə bundan danışmaz.

Aydın məsələdir ki, o qaçaq müxalifləri kompromatlarla təchiz edənlər var. Ələ alıb, bu işə təhrik edənlər var. Bunu başa düşməyə nə var ki! Heç bir jurnalistin, yaxud blogerin heç bir açıq qaynaqlarda axtarıb tapa bilməyəcəyi məlumatlar, materiallar bu qaçaq müxaliflərin əlinə hardan keçə bilər?! Əlbəttə, XÜSUSİ mənbələrdən xüsusi məqsədlərlə ötürülür.

Baxın, Vaşinqtonda törədilən hadisələrə baxın: arxasından "Rusiya izi" çıxdı. Bunlar aydındır. Bu işlər belədir də...

Bəla da burasındadır: o cür XÜSUSİ ÖHDƏLİKLİ adamların - belə blogerlərin izləyiciləri nəyin doğru, nəyin yalan olduğunu bilmədən, montajdır bunlar, ya gerçək - anlamadan, dinləmədən, nə gəldi, necə gəldi, qəbul edir, baxır, inanır, reaksiya bildirir, paylaşır...

Media savadlılığı belə yerdə lazımdır. Həm də orta məktəbdən başlayaraq.

Mən xaricdəki blogerlərin hamısını da bir arşınla ölçmürəm; ağıllı təhlillər də var, doğru şərhlər də. Tənqid başqadır, təhqir başqa. Tənqidə normal münasibət göstərmək lazımdır. İstər ölkənin içində, istər çölündə olsun - sağlam, əsaslı, tutarlı tənqidi boğmaq olmaz. Qərəzli tənqiddirsə, başqa məsələ. Təhqirdirsə, o da ayrı.

Bunun qarşısını ala bilməzsən; adamlar böyük-böyük dövlətlərə sığınıbsa, qüdrətli kəşfiyyatlara bağlanıbsa, burda durub onlara nə edə bilərsən ki?! Deyəcəksən: "Təhqir etmə", növbəti efirində səni də söyəcək. Ona görə də ən yaxşısı, Hikmət Hacızadənin dediyi kimi, unutmaq, iqnor etməkdir.

Bunları görməmək üçün, ümumiyyətlə, sosial şəbəkə hesabını bağlamaq yol deyil. Baxmasan, görməyəcəksən!

O qədər.

  Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru