Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                 

Azərbaycan-ABŞ: strateji tərəfdaşlar və... başqaları - İNCƏLƏMƏ
Tarix: 12-02-2026, 06:05 | Çap et

Biz dünən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri haqda yazmışdıq, "tarixi səfər" adlandırmışdıq. Bu, özünü tam doğrultdu. Dünən Bakıda çox mühüm bir hadisə baş verdi: Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı.

Bu Xartiya üzərində iş hələ avqust ayından gedirdi, nəhayət, yekunlaşdı. Dünən prezident İlham Əliyev və vitse-prezident Vens bu tarixi sənədi imzaladılar.

Bu sənəd hələ çox təhlil ediləcək, biz də zaman-zaman öz fikirlərimizi, şərhlərimizi bölüşəcəyik. Sadəcə, sənədin preambula hissəsindən bir bəndi diqqətə çatdıraraq fikrimi əsaslandırmağa çalışacam. Xartiyanın 3-cü bəndində yazıldığı kimi, tərəflər - Azərbaycan və Birləşmiş Ştatlar "regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər".

Bəli, bütün sahələrdə tərəfdaşlıqdan söhbət gedir. Həm də qarşılıqlı maraq və ortaq fayda əsasında. Azərbaycan bu tərəfdaşlıqda bərabərhüquqlu, öz milli maraqlarını tanıtmış tərəfdir. Həm də hər hansı bir dövlətlə deyil, ABŞ-la imzalanmış strateji tərəfdaşlıq xartiyası əsasında.

Fikir verdinizsə, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı - tərəfdaşlığın bu üç komponenti qabardılıb, xüsusi vurğulanıb.

İndiyə qədər - 1992-ci ildən bəri Azərbaycana qarşı 907-ci düzəliş kimi sanksiya tətbiq olunurdu. Bu, genişmiqyaslı tərəfdaşlığa maneə törədən faktorlardan biri, hüquqi əngəl idi. Siyasi əngəl də var idi; ABŞ-ın əvvəlki administrasiyaları Azərbaycanla ya "soyuq" münasibət saxlamağın tərəfdarı idilər, ya da sıfır münasibətin. Hətta Cozef Bayden dövründə "diplomatik şkala" mənfi "qradus" göstərməyə başlamışdı.

Donald Trampın prezidentliyə qayıdışından sonra da vəziyyət dəyişməyə bilərdi. Göz qabağındadır: prezident Trampın bir sıra ölkələrin liderləri ilə münasibətlərində problemlər qabardı, bir qismi ilə münaqişə də yarandı. Bunların arasında Birləşmiş Ştatların ən yaxın qonşuları, ən yaxın müttəfiqləri ən əziz dostları, hətta "qardaş" ölkələr də var. Deməli, Baydenin pis münasibətdə olduğu dövlətlə Trampın mütləq yaxşı münasibət quracağı qarantiyasını heç kim verə bilməzdi. Deməli, burada xüsusi diplomatik məharət lazım gəlirdi; Azərbaycanı Birləşmiş Ştatların dostları, tərəfdaşları siyahısına yazmaq zərurəti yaranmışdı.

Azərbaycan prezidenti məhz bunu edə bilib; Birləşmiş Ştatların yeni lideri ilə dialoq imkanlarını doğru yerdə axtarıb, vaxtında (hətta vaxtından da əvvəl - seçkilər keçirilənə qədər) tapmağı bacarıb. Nəticədə iki ölkə arasında strateji tərəfdaşlıq quruldu. Bu, bütöv - ağıllı, sistemli və davamlı diplomatiya "seans"ları mütləq müsbət nəticələnməli idi, nəticələndi də.

Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının mətnini, bu sənədi, necə deyərlər, mahiyyət üzrə, dediyim kimi hələ çox incələyəcəyik. Mən, sadəcə, bu sənəd və vitse-prezident Vensin səfəri ətrafında irəli sürülən bəzi fikirlərə də diqqət yetirmək istəyirəm.

Vitse-prezident Vensin də Bakıda dediyi kimi, Azərbaycanla ABŞ arasında yeni səhifə açılır. Bu səhifədə özünü görə bilməyən siyasi marginallardan biri yazıb ki, nə olsun, ABŞ Ermənistanla bir il qabaq - Azərbaycandan daha əvvəl belə bir xartiya imzalayıb. Başqa bir subyekt isə xaricdən maliyyələşən kəşfiyyat resursunda Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanmış müttəfiqlik birgə bəyannaməsini 2026-cı ildə ABŞ-la imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilə yanaşı qoyub. Bunu sanki Azərbaycanın Rusiya ilə siyasi bağlılığı kimi şərh edir, ABŞ-la tərəfdaşlıq niyyətini kölgləməyə cəhd göstərirlər.

Bu iddialar, əlbəttə, tənqidə davam gətirmir. Əvvəla, ABŞ-la Ermənistan arasında oxşar xarriya Baydenin hakimiyyətinin sonuna bir neçə gün qalmış - 2025-ci il yanvarın 14-də Vaşinqtonda imzalandı. Sənədə o zaman səlahiyyət müddətinin bitməsinə 4 qalmış dövlət katibi Entoni Blinken, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imza atmışdılar. Azərbaycanla ABŞ arasında xartiyanı isə prezident İlham Əliyev və Birləşmiş Ştatların vitse-prezidenti Vens Bakıda (!) imzaladılar. İmzalanmanın elə, sadəcə, yerləri və bunun hansı səviyyədə gerçəkləşməsi özlüyündə çox şey deyir.

Sənədin öz mahiyyəti də eyni deyil, oxşardır. Azərbaycanla imzalanmış xartiya qarşılıqlı real və potensial tərəfdaşlıq imkanlarının çox geniş spektrini əhatə edir.

Nəhayət, Azərbaycan axı imzaladığı sənədləri niyə kiminləsə yarışdırmalıdır ki?! Bu, bir bəhsəbəs məsələsi deyil, tərəfdaşlıq imkanlarını şaxələndirmək, genişləndirməkdir.

Bu baxımdan Azərbaycanla ABŞ arasında sözügedən xartiyanı Azərbaycanın Rusiya ilə 4 il əvvəl imzaladığı bəyannamə ilə yanaşı qoymaq özü ya siyasi savadsızlıqdan, ya da xüsusi qərəzdən xəbər verir. Azərbaycanın 2022-ci ilin fevralında Rusiya ilə belə bir bəyannamə imzalaması lazım idi, imzaladı, bu gün ABŞ-la da belə bir xartiya imzalamaq zərurət idi, imzalandı. Müxtəlif ölkələrlə, eyni, ya da oxşar mahiyyət daşıyan sənədləri bir-birinə qarşı qoymaq primitiv təfəkkürün məhsuludur. Bu cür qarşılaşdırma aparanların xəbəri yoxdur ki, hər bir suveren ölkə müxtəlif dövlətlərlə eyni, yaxud fərqli məzmunda sənədlər imzalaya bilər. Zamanlar fərqlidir, ölkələr fərqlidir, maraqlar, situasiyalar fərqlidir. Bir dövlətlə dost olmaq başqası ilə düşmən olmaq deyil. Biri ilə tərəfdaşlıq etmək bir başqası ilə müttəfiqliyi qüvvədən salmır. Əgər bu tərəflər arasında müharibə yoxdursa və sən də müharubədə tərəf tutmursansa.

ABŞ-la Rusiya arasında müharibə yoxdur; hər halda bir-birini düşmən elan etməyiblər. Rəqibdirlər, ya tərəfdaşdırlar, bu, həmin iki ölkənin öz işləridir. Azərbaycanın da ABŞ-la münasibətləri öz suverenliyinə daxil olan məsələdir.

Ona qalsa, Ermənistan Azərbaycandan fərqli olaraq, Rusiyanın həm Avrasiya İqtisadi İttifaqında ən yaxın tərəfdaşı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi müttəfiqidir. Ermənistan ərazisində Rusiyanın hərbi bazası var, sərhədlərinin bir hissəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları qoruyur. Bütün bunlarla yanaşı Ermənistan Avropa İttifaqı ilə də, ABŞ-la da tərəfdaşlıq sənədləri imzalayır. Hələ Rusiyanın Qərb sanksiyalarından yayındırılmasını heç demirəm.

Azərbaycanı tənqid etməyə çalışanlar bütün bunları sanki heç görmür.

ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığına mane olmaq istəyən siyasi, yaxud yarımsiyasi subyektlər elə özlərini onillərlə Avroatlantika məkanına inteqrasiya tərəfdarı kimi göstərənlərdir. Ən maraqlısı da budur.

Həmin o müxalif qruplar, deyəsən, özlərini dolaşdırıblar: Baydenin dövründə ABŞ-Azərbaycan münasibətləri zəifləyəndə, onlar öz qüsurlu üslublarına uyğun olaraq deyirdilər: "İlham Əliyev ABŞ-dan niyə uzaqlaşır?!" İndi Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra münasibətlər bərpa olunub, strateji tərəfdaşlıq səviyyəsinə qalxıb, deyirlər: "ABŞ niyə İlham Əliyevə yaxınlaşır?!"

Anlaya bilmirlər ki, söhbət ölkələrdən gedir, dövlətlərdən, milli maraqlardan, strateji qərarlardan gedir.

Bir yandan, zahirən Qərbpərəstdirlər; Azərbaycanı ABŞ-la tərəfdaşlığa çağırırlar , o biri tərəfdən də, müxtəlif bəyanatlarla, müraciətlərlə, hərəkətlərlə bu tərəfdaşlığı bloklamağa çalışırlar. Bunu bilərəkdən edənlər hansısa üçüncü, dördüncü... ölkənin maraqlarına işləyir, demək. Bilməyərəkdən edənlər isə, görünür, siyasətdən baş çıxaranlar deyil, siyasətdə baş girləyənlərdir. Ya da, ümumiyyətlə, nə istədiklərini hələ heç özləri də bilmir.

Hələ də!

  Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru