Nəfəsi də yalan olan direktor şagirdlərə nə təlim-tərbiyə verə bilər? Tərs kimi, bir sıra müəssisə-təşkilat rəhbərləri də bu gündədir!
Şagird müəllimi güllələyib, bu haqda hüquqmühafizə orqanları məlumat yayıblar, müəllim cərrahiyyə masasındaykən, direktor mətbuata deyir ki, "heç nə olmayıb, panika yaymayın"!
***
Rəhmətlik atam 47 il xalqın balalarına dərs demişdir. Sağlığında söhbət zamanı dedi ki, Sovet dövründə ( mən də o dövrdə yaşamışam) rayonun katibi bəzi müəllimlərə sillə vururdu ki, "şagirdləri niyə pambıq yığmağa aparmamısan?"
Mən o dəqiqə atamdan soruşdum:
--Sənə də sillə vurublar?
Atam gülümsəyərək dilləndi:
--Heç vaxt! Onlar bilirdilər, kimi söymək lazımdır, kimi döymək lazımdır! Bir müəllim ki, kürəyində pomidor yeşiyi daşıyıb satmağa aparırdı, onun nə hörməti ola bilərdi?
İndi məktəblərdə müəllimlər (hamısı yox...) şağirdlərdən pul yığırlar, saxtakarlıq edirlər, savadları-filanları da yox, onların nə hörməti, nə nüfuzu ola bilər?
Xeyrəddin Qoca - "DİA-AZ"











