Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                 

Həmədandan Dərbəndə qədər... BİZİK!
Tarix: 5-02-2026, 06:17 | Çap et

II YAZI
Kəsrəvinin ortaya atdığı “azəri” nəzəriyyəsinin mahiyyətini anlamaq üçün ötən əsrin birinci rübündə tarixi Azərbaycan ərazilərində - həm cənub, həm də şimalda baş verən siyasi hadisələrə qısa nəzər yetirək. Cənubda Səttarxan hərəkatı olur. Ardınca Şimali Azərbaycanda Məmmədəmin Rəsulzadə və yaxın çevrəsi Rusiya imperatorluğunun yıxılması, nəticədə bolşeviklərin hakimiyyətə gəlməsilə yaranan xaosdan yararlanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edir. 23 ay davam edən AXC hökumətini bolşeviklər devirir və yeni bir dövlət qurulur. Sosialist üsul-idarəsinin hakim olduğu bu yeni dövlətin adı da Azərbaycan olur - Azərbaycan Sovet Sosialist Respublikası. Cənubda isə Xiyabaninin rəhbərliyi altında Milli Azadlıq Hərakatı baş verir.
Bu 3 (hətta 4) ciddi siyasi hadisəni bir-birinə bağlayan birləşdirici, əsas kilid nöqtə Azərbaycanın adıyla bağlıdır. Elə həmin tarixlərdə İranda da hakimiyyət dəyişikliyi baş verir - türk qacar xanədanlığı pəhləvi rejimi ilə əvəz olunur. Hakimiyyətə yiyələnən Rza şah Pəhləvi iddia edir ki, o, qədim Parfiya dövlətini quran 7 aristokratik klandan biri olan karenlər nəslindəndir və pəhləvi adını da bu səbəblə götürüb. Əslində, Parfiyanın hakim sülaləsi olan arşakilər kimi karenlər nəsli də türk-saqa boylarındandır, Rza şahın özü də Şimali Azərbaycan əsillidir, türk-ayrım boyundandır. Amma buna rəğmən, o, iliyinə qədər fars şovinistidir, bu ruhda böyüyüb. Onun özünü qədim parfiyalılara, karenlər nəslinə bağlaması isə həm hakimiyyətinə legitimlik qazandırmaq, həm də qədim İran ənənələrini dirçəldən hökmdar kimi fars aristokratiyasını ətrafında birləşdirmək istəyindən qaynaqlanırdı. Rza şahın bu strateji hədəfini gerçəkləşdirməsi üçün çıxdığı yolda ən yaxın köməkçilərindən biri Əhməd Kəsrəvi oldu.
Kəsrəvi də Rza şah kimi türk kökənlidir, amma ruhən panfarsizmə xidmət edən siyasi əbləh olub. Onun ideoloji baxışlarına görə, “vahid millət, vahid dövlət” şüarı ilə hərəkət edib, İranın “qədim, şanlı keçmişini geri qaytarmaq” üçün bu yolda baryer olan hər şeyi yıxmaq lazımdır. Kəsrəvinin düşüncəsinə görə, qurulacaq yeni İranın qarşısındakı ən böyük maneə Azərbaycan və bu ölkədə yaşayan türk etnosudur. O, fəaliyyətini bu “maneə”ni yıxmağa yönəldir.
Hələ şahlıq taxtına oturmasa da, İranda hakimi-mütləq olan Rza şah Pəhləvinin sifarişi əsasında Kəsrəvi 1921-ci ildə “Azəri, ya zaban-e bastan-e Azərbaycan” (“Azəri, yaxud Azərbaycanın qədim dili”) kitabını yazır. 1928-ci ildə isə “Şəhriyarane-gomnam” (“Naməlum hökmdarlar”) kitabını ərsəyə gətirir. O, adı çəkilən ilk kitabında iddia edirdi ki, Səlcuqlardan (XI əsr) əvvəl Azərbaycanda türkcə yox, “azəri” adlanan və fars dilinə yaxın olan bir dildə danışılırdı. Kəsrəvi bu iddiasını bəzi orta əsr ərəb müəlliflərinin (məs. Əl-Məsudi) qeyd etdiyimiz “əl-azəriyyə” ifadəsilə əsaslandırırdı. O, İbn əl-Nədimə istinad edərək, “əl-azəriyyə”ni İran dillərinin Pəhləvi qrupuna aid edirdi. Kəsrəviyə görə, Cənubi Azərbaycandakı yerli əhalinin türkləşməsi yalnız XI əsrdən sonra baş verib.
“Naməlum hökmdarlar” kitabında isə o qeyd edirdi ki, şimalda qurulan dövlətin adının Azərbaycan kimi verilməsinin heç bir elmi əsası yoxdur, çünki bu ərazi tarixən Arran və ya Qafqaz Albaniyası adlandırılıb. Kəsrəvinin anlamadığı əsas məqam odur ki, Şimali Azərbaycanın nə zamansa Arran və ya Qafqaz Albaniyası adlanması heç də o demək deyil ki, şimal və cənubda yaşayan xalq eyni soykökə dayanmır. Əvvəla, orta əsr ərəb mənbələri “Azərbaycanda qədimdən bəri türklər yaşayır” deyəndə Arazın hər iki tərəfində yaşayan xalqı nəzərdə tutublar. Çünki Kəsrəvinin də bəhs etdiyi Arran və ya Albaniya ərazisində ərəb fütühatlarından yazan mənbələr xilafət qoşunlarının türklərlə qarşılaşdığını göstərirlər. Eyni mövqe cənub əhalisi haqqında danışılanda da ortaya qoyulub. İkincisi, Kəsrəvinin məntiqiylə məsələyə baxsaq, o zaman bugünkü İran dövlətinin adı ətrafında da mübahisə açmaq gərəkir. Çünki 1925-ci ilə qədər İran coğrafiyasında qurulan bütün dövlətlərin adı tamamilə fərqli olub. Məsələn:
- bizim Midiya krallığı kimi tanıdığımız dövlətin orijinal adı Madadır;
- Əhəmənilərə gəlincə, onlar öz dövlətlərini konkret coğrafi adla deyil, “səltənət”, “krallıq” və “imperiya” anlamına gələn “Xsaaça” kimi adlandırırdılar. I Daranın kitabəsində isə bu dövlətin adı Dahyu-nam Vispa-zana-nam (birinci sözdə “u” və sonuncu “a”, ikinci sözdə isə son iki “a” saiti uzanır) adlanırdı. Əhəmənilər dövlətinin adının mənası bu anlama gəlir: “Bütün millətlərin torpaqları”, yəni dünya dövləti, bugünkü ABŞ!
- sonrakı İran dövlətlərinin də adı coğrafi bölgəyə görə adlandırılmayıb, başqa müxtəlif adlarla tanınıb. Məsələn, Parfiya, Sasanilər, Samanilər, Buveyhilər və s.
Bu deyilənlərdən əminliklə o nəticəyə gələ bilirik ki, İran adı qətiyyən dövləti tanıtmaq üçün işlədilməyib, ümumi regiona verilən addır, coğrafi anlam daşıyır. Konkret farsların özünə gəlincə, onlar bu böyük coğrafiyanın çox kiçik bir parçasıdır. Bugünkü Şiraz şəhəri və ətrafı - İranın Fars ostanlığı tarixi Parsa əyalətidir. Lap qədim zamanlardan farslar öz etnik kimliklərini və məskunlaşdığı ərazini Parsa adlandırıblar, sonradan dildə baş verən dəyişikliklər nəticəsində, bu sözün sonundakı “a” saiti düşüb və söz “Pars” formasını alıb. “Pars”ın “fars”a çevrilməsi isə islam dininin gəlişiylə olub; ərəblərdə “p” samiti işlənmədiyinə görə, onlar bunu “f” ilə əvəz ediblər. Qərb mənbələrində bu coğrafiyada mövcud olmuş bütün dövlətlərin adının Persis, Persiya kimi çəkilməsi isə yunanlar və latınlarla bağlıdır. Onlar Əhəmənilər və Sasanilər kimi böyük imperatorluqları xanədanların mənsub olduğu etnik qrupun adıyla adlandırırdılar, “Pars”ı “Persis”, “Persiya”, “Persida” kimi tələffüz edirdilər. Yəni Persiya və pers adları farslara başqaları tərəfindən verilən bir ekzonimdir. Bu tendensiya XX əsrə qədər davam etdi, hətta türksoylu Səfəvilər, Qacarlar dövləti də qərb mənbələrində “Persiya” kimi tanınırdı. İran adlı dövlət isə, Rza şah Pəhləvi və onun ideoloji müəllimi Kəsrəvinin süni şəkildə ortaya atdığı məfhumdur. Fars etnosunun ətrafında saxta bir kimlik yaratdılar - iranlı! Hamını bu saxta kimlik ətrafında birləşməyə məcbur etdilər. Ən böyük zərəri görən də Azərbaycan türkləri oldu.
Bu sadalanan faktlara əsaslanaraq, üzümü “tarixdə heç bir zaman Azərbaycan adlı dövlət olmayıb, bu adı Məmmədəmin Rəsulzadə ortaya atıb” deyən içimizdəki kəsrəviçi deputatlara tutub soruşuram: 1935-ci ilə qədər dünyada İran adlı dövlət olubmu? Təbii ki, cavab birmənalı şəkildə “YOX”dur. O zaman hansı haqla bizim ölkə və dövlətimizin adı məsələsində kəsrəviçilərin dəyirmanına su tökürsünüz?
İran adı məsələsində ortaya qoyduğumuz mövqedə anlaşılmazlıq, ən kiçik boşluq qalmasın deyə, bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Qarşı tərəf Sasanilər dövlətinin rəsmi adıyla manipulyasiya edib, deyə bilərlər ki, bu dövlətin rəsmi adı İran etnoniminə bağlıdır. Çünki Sasanilərin qurucusu I Ərdəşir Papakan öz dövlətinin adını Eranşahr (“e” və 1-ci “a” saiti, həmçinin “ş” samiti uzanır) kimi elan etmişdi. Addakı bənzərliyi nəzərə alıb, bunu İranşahr, İranlıların imperiyası kimi qələmə verirlər. Ancaq əksər mütəxəssislər belə yozumu yanlış hesab edir. Eranşahr (Eeraanşşahr) etimoloji olaraq “arilərin dövləti”, “arilərin ölkəsi” mənasını verir və bunun bugünkü anlamdakı “İran” politonimi ilə heç bir bağlılığı yoxdur, baxmayaraq ki, “İran” sözü “ari” kökündən yaranıb. Qədim Avesta dilində də öz ölkələrinə “Airyanam vaeejah” deyirdilər, əhəmənilər isə “ariya” sözünü işlədirdi.
Qayıdaq “Azərbaycan” adı məsələsinə. Kəsrəvi və onun davamçıları iddia edirlər ki, tarixən Azərbaycan Arazdan cənubdakı torpaqlara, qədimdə Atropatena kimi tanınan dövlətin yarandığı coğrafiyaya verilən addır, hətta Azərbaycan adının Atropatenadan törədiyi xüsusi olaraq vurğulanır. Mən bu haqda mübahisə açmaq fikrində deyiləm, bu, tamam başqa bir mövzunun söhbətidir və mənim də bu haqda qəti bir fikrim yoxdur, çünki bu fikri dəstəkləyənlərin də, əksinə olanların da (söhbət mütəxəssislərdən gedir) mövzuya son nöqtəni qoyacaq qədər faktları yoxdur. Məni maraqlandıran tamam başqa məsələdir...
Kəsrəviçilər iddia edirlər ki, bu gün Arazdan şimaldakı torpaqlarda yaradılan siyasi birliyə Azərbaycan adının verilməsi elmi və siyasi cəhətdən doğru deyil, İranın daxili işlərinə müdaxilədir, çünki Azərbaycan adı İran adlı dövlətin kiçik bir əyalətinin adıdır. İddialardan biri də odur ki, Azərbaycan adlı dövlətin olması onun gələcəkdə İranın şimal-qərb bölgəsinə torpaq iddiası ilə nəticələnə bilər. Onlar bunu da xüsusi olaraq iddia edirlər ki, Səlcuqlu dövləti qurulana qədər Atropatena (Azərbaycan) və Arazdan şimaldakı torpaqlar (Arran, Albaniya) heç bir vaxt bir dövlətin tərkibində olmayıblar, qarşlıqlı siyasi-iqtisadi və mədəni bağlara malik deyildilər. Bu fikir kökündən yanlışdır. Əvvəla, Mada (Midiya) dövlətinin vaxtında regionu fəth edən və 28 il ərzində bütün Orta Doğunu nəzarət altına alan Skif (İşquz) imperatorluğunda Arazın hər iki tərəfi bir çatı altında idi. Atropatena dövlətinin şimal sərhədləri böyük bir zaman kəsiyində Kür çayına dayanırdı. Sasanilər dövründə, konkret olaraq, Xosrov Ənuşirəvanın siyasi-hərbi və inzibati-ərazi islahatları da qətiyyən diqqətdən yayınmamalıdır. O, imperiya torpaqlarını 4 kusta (sepəhbodluq) bölür. Bu bölgüdə Albaniya və Atropatena eyni kusta - “Şimal kustu”na (buna Bakhtar və Kust-i Adurbadaqan da deyirdilər) daxil idi. Orta əsr mənbələri Arazın hər iki tərəfinin eyni kusta daxil edilməsini həm strateji, həm də mədəni faktorlarla izah edirdilər. Bu haqda həm Təbəridə, həm də sasani mənbələrində (“Şəhristaniha-yi Eeraanşahr” risaləsi) kifayət qədər geniş məlumatlar var. Həmin mənbələrdə açıq-aydın yazılıb ki, Azərbaycanın (Atropatena) sərhədləri Həmədandan başlayır, Dərbəndə qədər uzanır. Təkcə bu tarixi cümlə VAHİD AZƏRBAYCAN ideyasının nə zamansa gerçəkləşəcəyinə elmi, tarixi və siyasi-hüquqi bir səbəbdir...
ARDI VAR
Fərəməz Novruzoğlu - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Bu gün, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Bu gün, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Bu gün, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Bu gün, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Bu gün, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Bu gün, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Bu gün, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Bu gün, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Bu gün, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Bu gün, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Bu gün, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Bu gün, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Bu gün, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Bu gün, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Bu gün, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Bu gün, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Bu gün, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Bu gün, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Bu gün, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Bu gün, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Bu gün, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru