Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                 

40 milyonluq tenderlər udub, Qarabağda binalar tikən şirkətə «STOP» QOYULDU - «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Tarix: 3-02-2026, 09:49 | Çap et

Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir şirkət əlavə olunub.

"DİA-AZ" xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Ricon» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) etibarsız təchizatçılar siyahısına əlavə edilib.

Rəsmi məlumata görə, buna səbəb - «Ricon» MMC-nin tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin iyul ayının 26-a qədər qadağan edilib.

Xatırladaq ki, «Ricon» MMC Azərbaycanda xüsusilə tikinti sahəsində ən çox dövlət sifarişi alan şirkətlərdəndir. Şirkət ölkənin müxtəlif bölgələrində ayrı-ayrı dövlət qurumlarının tenderlərini, o cümlədən azad edilmiş ərazilərdəki tenderləri tez-tez qazanıb. Bu tendjerlər çərçivəsində şirkətin təkcə son 2 ildə əldə etdiyi sifarişlərin ümumi həcmi 40 milyon manatı keçib.

Belə ki, «Ricon» MMC ötən il Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzi PHŞ ilə Ağdam rayonu, Şahbulaq kəndi ərazisində "Şahbulaq qalası"nın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı dəyəri 3 milyon 530 min manat olan satınalma müqaviləsi bağlayıb. 2025-ci ildə şirkət Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 10 saylı Lənkaran Ərazi idarəsi ilə dəyəri 749 min 449 manat olan satınalma müqaviləsi də bağlayıb. Müqaviləyə görə, MMC Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran ərazisinin idarə binasında təmir və yenidənqurma işləri həyata keçirib.

Yəni təkcə 2025-ci ildə MMC iki tenderin qalibi olaraq 4 milyon 280 min manat dəyərində müqavilələr bağlayıb.

Həmçinin bu şirkət 2024-cü ildə də 7 müxtəlif tenderin qalibi olub. Şirkət 36 milyon 573 min manat dəyərində satınalma müqavilələri bağlayıb. 2024-cü ildə Dövlət Turizm Agentliyinin Daşaltı kənd turizm infrastrukturunun yaradılması tenderinin qalibi olub və 3 milyon 608 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.

Bununla yanaşı, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən keçirilən Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 2-ci məhəllə üzrə 92 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı) 4 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikinti işlərinin satın alınması ilə bağlı tenderin qalibi olub. Dövlət qurumu ilə şirkət arasında 12 milyon manat dəyəri olan satınalma müqaviləsi bağlanıb.

Şirkətin udduğu ən böyük tender isə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni inzibati binasının tikintisi”dir – 13,5 milyon manat.

“Ricon” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə “MIDA” MMC tərəfindən keçirilən Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində tikilmiş yaşayış kompleksində baş plan üzrə yollar, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satın alınması ilə bağlı tenderin də qalibi olub və tərəflər arasında 1 milyon 995 min manat dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, “Ricon” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğlu olan şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir.

Xatırladaq ki, son aylar “RİCON” MMC-nin problemləri başlamışdı. Şirkətin Qarabağdakı layihələrində çalışan işçiləri əmək haqlarını alabilmədiklərini bildirirdilər: "RİCON” MMC bizi Qarabağda aylardır işlədib pulumuzu vermir”.

Həmin şirkətdə çalışmış Vüsal Nəcəfov bildirmişdi ki, təxminən 200-ə yaxın işçi bir ildir maaşlarının veriləcəyi günü gözləyir: “2023-cü ildən “RİCON” MMC-də Füzuli rayonunun abadlaşdırılmasında iştirak etmişik. 2024-cü ilin iyun ayında Cəbrayıl layihəsində çalışmışıq. Həmin ilin noyabr ayınadək maaşımızı bir az tez-bir az gec aldıq. 2025-ci ilin fevralınadək bizim 3 aylıq əməkhaqqımız ödənilməyib.

MMC-nin 2024-2025-ci illərdə qalibi olduğu tenderlər aşağıdakılardır:

2025






Satınalan təşkilatın adı

Satınalma predmeti

Layihənin dəyəri

Dövlət Turizm Agentliyinin Qoruqlari İdarəetmə Mərkəzi PHŞ

Turizm Turizmin Qoruqları Dövlət İdarəetmə Mərkəzi ilə Ağdam rayonu, Şahbulaq kəndi ərazisində "Şahbulaq qalası" nın bərpası və Agentliyi ətrafında turizm infrastrukturunun qurulması

3 530 197 AZN

Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 10 Sayli Lənkəran Ərazi İdarəsi

"Daş Əmlakın Dövlət Dəstəyi və Reyestri" publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazisinin idarə binasında təmir və yenidənqurma işləri

749 449 AZN




2024



Satınalan təşkilatın adı

Satınalma predmeti

Layihənin dəyəri

Dövlət Turizm Agentliyi

Lahıc qəsəbəsində isə “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması

1 336 378 AZN

Dövlət Turizm Agentliyi

Daşaltı kənd turizm infrastrukturunun yaradılması

3 607 759 AZN

"Tikilməkdə olan obyektlərin müdiriyyəti" PHŞ

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni inzibati binasının tikintisi” – (mövcud işin davamı)”

13 551 318 AZN

Azərbaycan Respublikasinin Prezidenti Yanında Ali Attestasiya Komissiyasi

Tikintisi başa çatdırılmayan idarə binanın təmir-tikinti işləri

3 748 920 AZN

Qaçqinlarin və Məcburi Köçkünlərin Işləri Üzrə Dövlət Komitəsi, Mənzil İstismar Departamenti

Bakı və Gəncə şəhərləri, Abşeron, Biləsuvar, Tərtər, Hacıqabul və Sabirabad rayonları daxilində salınmış məcburi köçkün qəsəbələrinin fərdi yaşayış evləri və mənzil təmiri işləri.

284.500 AZN

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ

Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 2-ci məhəllə üzrə 92 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 4 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikinti işlərinin satın alınması

12 049 271 AZN

"MİDA" MM

Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində tikilmiş yaşayış kompleksində baş plan üzrə yollar, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satın alınması

1 995 005 AZN












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Dünən, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Dünən, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru