"Bizdə büdcə hesablarına, sosial kart hesablarına xidmət bir neçə bank üçün xüsusi imtiyaz kimi tanınıb". "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu açıqlamasında tanınmış iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
O daha sonra bildirir: "Yəni büdcə təşkilatları və sosial kart sahibləri üçün sərbəst seçimi imkanı yoxdur.
10 milyardlarla manat illik dövriyyəsi olan bu seqment heç bir biznes strategiyası, risk olmadan oturduğun yerdə hazır qazanc mənbəyidir.
Türkiyədə pensiya kartlarına xidmət banklar arasında rəqabətə əsaslanır.
Banklar pensiyaçılara "promosyon" adlanan mükafat təklif edir. Yəni kim A bankını seçirsə və onunla 3 illik müqavilə bağlayarsa, ona pensiyanın məbləğindən asılı olaraq birdəfəlik mükafat verilir.
Bu ödənişin məbləği 100 dollardan 500 dollara qədər ola bilir.
Yeganə şərt odur ki, müqavilədə göstərilən müddətdə həmin bankın kartını daşımalısan. Əks halda "promosyon"u geri ödəməlisən..."









