"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                 

Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Tarix: 19-08-2025, 08:46 | Çap et

Məlum olduğu kimi, Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Belə ki, “Tibb” ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, “Stomatologiya” ixtisası üçün 6 000 AZN, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib. “Bu il bir çox universitetlərdə təhsil haqları artırılıb. Təhsil haqları artırılarkən əhalinin vəziyyəti nəzərə alınmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. Deputat hesab edir ki, artım mütləq dövlətin qərarı ilə olmalıdır: “Dövlət bu qiymətləri tənzimləməli və tədrisin keyfiyyətinə uyğun olmalıdır. Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa, bu məbləğdə xeyli maaş alan varsa, vətəndaşlar təhsil haqlarını hansı formada və necə ödəyəcəklər? Ona görə düşünürəm ki, bu kimi məsələlərə dövlətin ciddi nəzarəti olmalıdır və dövlət prosesə əl qoymalıdır”.

Deputat bildirib ki, təhsil haqlarının bu qədər artırılması ciddi şəkildə araşdırılmalı məsələdir: “Hesab edirəm ki, bu məsələnin universitetlərin ixtiyarına buraxılması düzgün deyil. Universitetlər istədiyi vaxt qiyməti qaldırmalı deyillər. Anlayıram, universitetlərin özlərinin də xərcləri var. Amma bu formada qiymət artımı ona aparacaq ki, gənclər yerli universitetləri deyil, xarici universitetlərdə təhsil almağı seçəcək”.

Ceyhun Məmmədov bu gün iki-üç tələbə oxudan ailələlərdən də söz açıb: “2-3 uşağı təhsil alan ailələr var. Belə ailələrin il ərzində 6-7 min manat təhsil haqqı verməsi kifayət qədər çətin və mürəkkəbdir”.

Bəs görəsən, gənclərin təhsil üçün xaricə üz tutduğu ərəfədə, ölkədə həkim qıtlığı mövcud olan situasiyada bu artım doğru addımdırmı?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ceyhun müəllimin fikirlərində böyük həqiqət var. Ümumiyyətlə, dövlət universitetlərində pullu təhsilin tamamilə əleyhinəyəm. Dövlət universitetləri publik hüquqi şəxs olaraq yalnız ödənişsiz təhsil verməlidir. Dünyada bu istiqamətdə müxtəlif təcrübələr mövcuddur. Əgər konkret olaraq tibb təhsilindən söhbət gedirsə, bu sahə dünyada bahalı təhsil sahəsi hesab olunur. Amma elə ölkələr var ki, orada tələbələrə müxtəlif təqaüdlər təqdim edilir. Universitetlərin özlərinin də təqaüd proqramları mövcuddur. Həmin təqaüdlər hesabına tələbələr müəyyən güzəştlər əldə edərək təhsil ala bilirlər.

Təbii ki, anlayıram ki, dövlət sifarişli yerlərin sayı xeyli artırılıb - bu rəqəm təxminən 50 faiz təşkil edir. Hazırda bu göstəricinin 65 faizə çatdırılması nəzərdə tutulur. Əks arqumentlərdən biri odur ki, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı kifayət qədərdir və yüksək bal toplayanlar pulsuz təhsil imkanı əldə edə bilirlər. Amma təhsil haqlarının artırılması bir çox ailələr üçün ali təhsilin əlçatan olmamasına səbəb olur. Bu halda tələbələrimiz xarici ölkələrin ali təhsil müəssisələrinə üz tuturlar.

Məsələn, öz təcrübəmdən deyə bilərəm: oğlum Almaniyada təhsil alır və bu təhsil tamamilə pulsuzdur. Xarici vətəndaş olmasına baxmayaraq, Almaniya dövləti təhsili pulsuz təqdim edir. Bəzi ölkələrdə isə təhsilə birbaşa biznes kimi yanaşılır. Məncə, təhsil biznes ola bilməz. Biz bu yanaşmanı yalnız əcnəbi ölkələr üçün tətbiq edə bilərik. Amma ölkə daxilində təhsilə biznes kimi yanaşmaq tamamilə yanlışdır. Yaxşı oxuyan tələbələr üçün təqaüdlər təsis olunmalıdır. Aztəminatlı ailələrə, çoxuşaqlı ailələrə və bir ailədə bir neçə tələbə təhsil alırsa, onlara fərqli yanaşma göstərilməli, güzəştlər tətbiq olunmalı, xüsusi proqramlar həyata keçirilməlidir. 5000-6000 manat çox sayda azərbaycanlı ailə üçün böyük rəqəmdir".

Təhsil eksperti Etibar Əliyevin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.

Səbəbi izah olunmur. Bəlkə universitetə fiziologiya və tibb üzrə Nobel mükafatçıları gətirilib? Xarici ölkələrdə zəhmətləri hesabına yüksək elmi dərəcə və elmi adlar qazanmış alimlərin potensialından nə dərəcədə istifadə olunur? Bəlkə yeni nəsil dərsliklər yazılıb, yaxud tərcümə olunub? Bu addımı dəstəkləyənlər dünyanın hər yerində tibb təhsilinin bahalı olmasını önə çəkirlər. Qardaş Türkiyədə yüksək tibb təhsili verən ali məktəblərin təhsil haqqı ATU-da müəyyənləşdirilən təhsil haqqından azı 10 dəfə ucuzdur. Bu universitetin uğurları haradadır? Kardioloqların tam əksəriyyəti, uroloqlar və qastroentreloqların əksəriyyəti ya Türkiyədə, ya da Rusiyada təhsil almış həkimlərdir. COVİD -19 bütün ölkələrin səhiyyə sistemini imtahana çəkəndə gördük ki, ölkədə infeksionist həkimlər barmaqla sayılacaq qədərdir. Bütün digər universitetlərdə də təhsil haqlarının abituriyentlərin ixtisas seçimi ərəfəsində yüksəldilməsi kasıb təbəqə üçün çox ağırdır.

Dövlət tibb mütəxəssislərinin hazırlığı üçün lazım olanı edir. Məsələn, dövlət babanın qurduğu Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikası modern baxımdan yüksək tələblərə cavab verir. Gömrük Hospitalı da həmçinin. Həmin klinikalar yüksək gəlir də əldə edir. Tələbələrə dövlətin qurduğu klinikalarda tədris prosesini həyata keçirir. Klinikalarda aparılan tədris prosesi də təhsil haqlarının fantastik yüksəldilməsinə zəmin yaratmır. Pasiyentlər klinikalarda Türkiyədə tibb təhsili görmüş həkimlər axtarırlar.

Başqa bir faktı deyim. Tibb Universitetində tam ştatda olan müəllimlərin sayı nə qədərdir? Məndə olan məlumata görə, xeyli müddət əvvəl tam ştatlar yarıya bölünərək xeyli sayda müəllim işə qəbul ediblər. Yəni məqsəd tamamilə başqa olub.

Yaxşı, fərz edək ki, tibb təhsili bahadır. Hüquq təhsili də bahadır? Hüquq təhsili ki, auditoriyalarda həyata keçirilir. 6500 manat da hüquq ixtisasının qiymətidir. Universitetlər gəlir mənbəyini yalnız tələbənin ödədiyi təhsil haqqında tapıblar. Rektorlar gözlərini açıb dünya təcrübəsi ilə tanış olmalı və yeni gəlir mənbələri axtarmalıdırlar.

Doktorantura təhsili də bahalaşıb. Təhsil haqqı 2000 manat artırılaraq 4000 manata çatdırılıb. Bu da elmlə məşğul olmaq istəyənlər üçün “şad” xəbər".

Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox inkişaf etmiş ölkələrdə ali təhsil ya tamamilə ödənişsizdir, ya da dövlətin ciddi maliyyə dəstəyi ilə təmin olunur. Məsələn, Almaniyada dövlət universitetlərində təhsil yerli və xarici tələbələr üçün pulsuzdur. Tələbələr yalnız simvolik məbləğdə inzibati rüsum ödəyirlər. Bununla yanaşı, müxtəlif sosial təqaüdlər və yaşayış yardımları da mövcuddur ki, bu da təhsilin daha əlçatan olmasını təmin edir. Norveçdə də vəziyyət oxşardır - bütün tələbələr, o cümlədən əcnəbilər üçün ali təhsil pulsuzdur. Hökumət təhsilə tam subsidiya ayırır və tələbələrə yaşayış üçün dəstək göstərilir. Fransa dövlət universitetlərində təhsil haqları olduqca aşağıdır - illik təxminən 200-500 avro təşkil edir. Sosial rifah sistemi çərçivəsində təqaüdlər və yardım mexanizmləri geniş şəkildə tətbiq olunur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru