Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                 

“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Tarix: Bu gün, 06:56 | Çap et

“Ermənistanda seçkilərdə qələbədən sonra keçiriləcək ilk hökumət iclasında Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul ediləcək”. Bu barədə müxalifətdəki “Güclü Ermənistan” partiyasının baş nazir postuna namizədi, hazırda ev dustaqlığında olan iş adamı Samvel Karapetyan bildirib.

Biz vətəndaşları ən çox maraqlandıran məsələni müzakirə edib həll etmək üçün toplaşmışıq. İki ay ərzində bütün iqtisadi proqramlara toxunduq: 300 min iş yerinin yaradılması, turizmin inkişafına 1 milyard ayrılması, demoqrafik vəziyyətin dəyişdirilməsi üçün iri həcmli vəsaitlər, kiçik biznesin vergilərdən və yoxlamalardan azad olunması və s. Amma ən ciddi məsələ var: əgər Paşinyan və Əliyevin 300 min azərbaycanlının Ermənistana köçürülməsi layihəsinin qarşısını ala bilməsək, bütün iqtisadi proqramlar qeyri-real olacaq. Əsas iş yerləri azərbaycanlılara çatacaq. Buna görə də hökumətin ilk iclasında ən vacib qanunu qəbul edəcəyik. Biz onu “Səfərovun qarşısının alınması” adlandırmışıq: azərbaycanlıların ev və torpaq almasını, həmçinin hədiyyə kimi əldə etməsini qadağan edək. Bunun necə baş verdiyini artıq görmüşük. 240 kvadratkilometr Azərbaycan hədiyyə edildi. Biz nə etsək də, iqtisadiyyatı necə inkişaf etdirsək də, ən vacib problemi həll etmədən qalan məsələlərin heç bir dəyəri olmayacaq”, – Samvel Karapetyan bildirib.

Onun komandasının hüquqşünası Aram Vardevanyan qanun layihəsinin əsas müddəalarını təqdim edib. O bildirib ki, “cəmiyyətdə ölkə hakimiyyətinin Azərbaycanın istənilən tələbini dinamik şəkildə yerinə yetirməsi ilə bağlı ciddi narahatlıq var”.

Paşinyan və Əliyevin hazırladıqları dəhşətli proqramı nəzərə alaraq, qanunvericilik paketi qəbul etməyə ehtiyac yaranıb”, – hüquqşünas bildirib. O, əlavə edib ki, layihə “Səfərovun qarşısının alınması” və ya “nifrətin qarşısının alınması haqqında” qanun layihəsi adlanır.

Qanun layihəsinə əsasən, Azərbaycan vətəndaşlığına malik heç bir fiziki və ya hüquqi şəxs Ermənistanda daşınmaz əmlak əldə edə bilməyəcək. Onun sözlərinə görə, torpaq qanunvericiliyində buna bənzər müddəa artıq mövcuddur və təklif edilir ki, həmin norma daşınmaz əmlaka da şamil olunsun. Hüquqşünas qeyd edib ki, beynəlxalq praktikada da belə presedentlər var.

Daha sonra Qoar Meloyan adlı şəxs “Ermənistan hökumətinin planlaşdırdığı dəhşətli proqramı” qısa şəkildə təqdim edib. Onun sözlərinə görə, sülhlə bağlı bəyanatlarla paralel olaraq “ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması davam edir, Azərbaycanın hərbçiləri Ermənistanın dörd vilayətində mövcuddur və bu, suverenlik və ərazi bütövlüyünə təminat verilməsini nəzərdə tutan imzalanmış sənədlərə baxmayaraq baş verir. Azərbaycan qoşunları Ermənistan ərazisindən çıxarılmayıb, üstəlik anklavlar məsələsi də açıq qalır”.

Yekunda Samvel Karapetyan bəyan edib ki, hakimiyyətə gəldikləri təqdirdə bu qanun bir həftə ərzində qəbul olunacaq.

Dərhal qeyd etmək lazımdır ki, bütün bu ritorika kifayət qədər qəribə görünür. Karapetyan ümumiyyətlə niyə belə nəticəyə gəlib ki, Paşinyanla Əliyev arasında azərbaycanlıların Ermənistan Respublikası ərazisinə köçürülməsi barədə heç olmasa hansısa razılıq mövcuddur? Bunun sübutları haradadır? Axı bu məsələ ilə bağlı yalnız Azərbaycan tərəfinin arzuları səslənib. Heç bir fakt yoxdur. Paşinyan və ya onun komandasının üzvləri bu mövzunu nəinki praktik, hətta ritorik səviyyədə belə müzakirə etməyə hazır olduqlarını bir dəfə də olsun bildirməyiblər.

Amma Karapetyan artıq azərbaycanlılara Ermənistanda torpaq və ev almağı qadağan etməyə hazırlaşır. Belə bir qanunun qəbul edilməsi üçün hansı əsaslar var? Heç bir əsas yoxdur. Sadəcə mövcud deyil.

Amma özünü ən populyar müxalifət lideri hesab edən şəxs bu cür uydurma ideyalarla, bu cür absurd fantaziyalarla parlament seçkilərində qalib gəlmək istəyir. Hesab ən sadəlövh seçicilər üzərində qurulub?

Yaranmış vəziyyətlə bağlı Pressklub.az-a danışan təhlükəsizlik məsələləri üzrə mütəxəssis İlham İsmayılın fikrincə, bu vəziyyət onunla izah olunur ki, Ermənistanda parlament seçkiləri Rusiya və onun dəstəklədiyi siyasi müxalifət tərəfindən son şans kimi qiymətləndirilir.

Tamamilə realdır ki, əgər Paşinyanın partiyası qalib gəlsə, Karapetyan, Koçaryan, Sarukyan və Rusiyanın dəstəklədiyi digər siyasətçilər məğlubiyyətdən sonra siyasi səhnədən silinəcəklər və onlar bunu çox yaxşı anlayırlar. Nəticədə Rusiyanın Ermənistana təsiri də minimuma enəcək. Buna görə də guya azərbaycanlıların Ermənistana köçürülməsi ilə bağlı “plan” məsələsinin Paşinyana qarşı mübarizədə həssas mövzu kimi qabardılması və seçicilər qarşısında bu məsələyə tez-tez qayıdılması Paşinyana qarşı nifrəti gücləndirməyə hesablanıb”, – ekspert hesab edir.

O, həmçinin vurğulayıb ki, Paşinyanla Əliyev arasında azərbaycanlıların Ermənistana köçürülməsi ilə bağlı nə şifahi, nə də yazılı razılaşma mövcuddur.

Sadəcə olaraq bizim azərbaycanlıların yaşadığı tarixi məkanları Qərbi Azərbaycan adlandırmağımız qarşı tərəfi qıcıqlandırır. Buna görə də anti-Paşinyan qüvvələri bu məsələni seçkilərdə siyasi mübarizənin əsas xətti kimi görürlər.

Azərbaycanlıların Ermənistanda ev və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul etmək vədi seçicilər qarşısında özlərini daha “patriotik” göstərmək cəhdindən başqa heç bir məna daşımır.

Hazırkı düşmənçilik münasibətləri şəraitində Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtması real görünmür və ermənilər bunu çox yaxşı başa düşürlər. Yəni qeyd etdiyim kimi, məqsəd kütlələrə saxta patriotizm nümayiş etdirməkdir. Bu baxımdan məşhur “Patriotizm əclaflar üçün son sığınacaqdır” ifadəsi Karapetyanın sözləri ilə üst-üstə düşür”, – İsmayıl yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru