"Tanınmış ilahiyyatçı Elşad Miri yazır ki, başda Balakişi Qasımov olmaqla bir neçə televiziya ona və deputat Fazil Mustafaya qadağa qoyub..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Balakişinin belə bir xasiyyəti var və əminliklə söyləmək olar ki, 3- cü dəfə seçiləndən sonra missiyasını daha da genişləndirəcək. Böyük fizik, akademik Sergey Kapitsa gözəl demişdi: “Televiziya bulka sexi deyil ki, kiminsə şəxsi obyekti olsun!”
Kapitsanın aforizminfəki “bulka” sözünü “dönər” sözü ilə də əvəz etmək olar. Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir. Bir dəfə Muradı Tarqovıda gördüm, gözünü göyə qaldırmışdı ki, birdən ona kimsə salam verər…"








