200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                     Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA .....                     "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" .....                     “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? .....                     Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                 

Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir? - AKTUAL
Tarix: 19-04-2025, 14:00 | Çap et
Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir?
Rusiya tərəfindən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılması ilə bağlı Bakı və İrəvana növbəti dəfə vasitəçilik təklifi irəli sürülüb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 17-də keçirdiyi brifinqdə deyib ki, Moskva regionda kommunikasiyaların açılmasında, sərhədlərin delimitasiyası və ölkələr arasında humanitar məsələlərin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

“Üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin mümkün qədər tez bərpası şübhəsiz ki, Cənubi Qafqazda davamlı sülh və rifahın bərqərar olmasına töhfə verəcək. Eyni zamanda, əlbəttə ki, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas sahələrində kömək etməyə hazırıq”, - Zaxarova qeyd edib.

Rusiyalı diplomat bildirib ki, Moskvanın Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşdırılmış işçi qrupu çərçivəsində regional nəqliyyat kommunikasiyalarının qarşısının alınması üçün bəzi inkişaflar var.

“Biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu sahədəki mütəxəssislərimiz mənə elə gəlir ki, postsovet məkanında ən yaxşı mütəxəssislər kimi tanınırlar. Bizim unikal kartoqrafik materialımız da var. Biz Ermənistan-Azərbaycan münaqişəsində illərində toplanmış humanitar məsələlərin həllinə kömək edə bilərik”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.

Zaxarova həmçinin, Qarabağ məsələsinin nizamlanması üzrə Minsk konfransının bütün strukturlarının ləğv edilməsi zərurətinə toxunub: Çünki Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri ilə rusiyalı həmsədr arasında 2022-ci ilin fevralında baş vermiş ünsiyyətin dayandırılması, eləcə də 2022-ci il oktyabrın 62-də Praqada keçirilən Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitindən sonra Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması ilə, habelə “yerdə” vəziyyətin köklü dəyişməsi, 2023-cü ilin payızında yaşanan hadisələr fonunda ATƏT-in Minsk konfransının Qarabağ nizamlanması üzrə ATƏT tərəfindən təsdiqlənmiş həmsədrlərinin məhz bu mandatı öz aktuallığını itirib. Biz bu mövzuya dəfələrlə toxunmuşuq. Nəticədə Minsk konfransının bütün strukturları: Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in Qarabağ nizamlanması üzrə hazırkı nümayəndəsinin şəxsi nümayəndəsi vəzifəsi – bunların hamısı ləğv edilməlidir. Hesab edirik ki, müvafiq qərarın qəbul olunmasının optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”.

Rusiyanın vasitəçilik təklifi ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, Zaxarovanın fikirlərində müəyyən həqiqətlər var:

- Doğrudan da sərhədlərin delimitasiya və demarkasiya prosesində Rusiyadan olan mütəxəssislərin kifayət qədər təcrübəsi var. Eyni zamanda, məlumdur ki, tarixi xəritələr də Rusiyadadır. Çar Rusiyası dövründə olan, SSRİ dövründə olan əsas xəritələr Moskvadadır. Mən altı il müddətində Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın üzvü olmuşam, proseslərdə iştirak etmişəm. Bu mənada, bilirəm ki, delimitasiya üzrə rusiyalı mütəxəssislər kifayət qədər peşəkardırlar, həmçinin bütün dövrlərə aid xəritələr mövcuddur.

Hesab edirəm ki, Rusiyanın delimitasiya və demarkasiya ilə bağlı vasitəçilik, kömək təklifində qeyri-adi nəsə yoxdur. Sadəcə siyasi korporativ maraqlar olmamalıdır. Biz zaman-zaman, 30 illik işğal dövründə Rusiyanın bəzi dairələrinin Ermənistana birbaşa dəstəyinin şahidi olmuşuq. Eyni zamanda, Cənubi Qafqazda gərginliyin qalması fonunda Rusiyanın mənfi davranışlarını da görmüşük.

Rusiyada xəritələr olsa da, yaxşı mütəxəssislər olsa da, delimitasiya və demarkasiya prosesinin üçüncü qüvvənin iştirakı olmadan həyata keçirmək daha yaxşıdır. Bunun nümunəsi də var. Qazax rayonu ərazisində Azərbaycanla Ermənistan arasında bu proses vasitəçisiz həyata keçirildi. Yəni iki ölkə öz arasında bu problemləri həll edə bilərlər.

- Yəni Rusiyaya etibar etmək olmaz və buna ehtiyac da yoxdur...

- Rusiya vasitəçilik istəyində səmimidirsə, bu, müsbət qarşılanmalıdır. Amma hesab edirəm ki, sülh prosesi vasitəçisiz daha səmərəli nəticə verər. Azərbaycan bu mövqeyini bir neçə dəfə səsləndirib. Çünki kənar vasitəçilər olanda razılaşmalarda maneələr yaranır. Ona görə ki, hər güc öz maraqlarına uyğun sülh prosesində maraqlı olur. Eyni zamanda, Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan arasında danışıqlar da səmərə verə bilər. Üç Cənubi Qafqaz ölkəsi bölgənin problemlərini daha yaxşı dərk edirlər. Baxın, dünən (17 aprel – A.B) Tiflisdə hər üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirildi və görüş müsbət bəyanatlarla yadda qaldı. Üçtərəfli formatda görüşlər daha yaxşı nəticə verər.

Bilirsiniz, Cənubi Qafqaz ölkələrinin bir-biri ilə münasibətlərinin yaxşı olması ilk növbədə, o dövlətlərin özü üçün yaxşıdır. Gürcüstan maraqlı deyil ki, Azərbaycanla Ermənistan arasında gərginlik olsun. Eyni zamanda, biz maraqlı deyilik ki, qonşu dövlətlərin bir-biri ilə, yaxud bizimlə gərginliyi olsun. “Qafqaz Evi” olaraq biz regionu gərginlikdən çıxarmalıyıq. Bunun üçün də kənar qüvvələrin vasitəçiliyi yox, məhz özümüzün, üç ölkənin əməkdaşlığı vacibdir.

- Sizcə, Rusiya niyə indiki məqamda yenidən vasitəçilik təşəbbüsü ilə çıxış etdi?

- Hesab edirəm ki, bu, daha çox Rusiya-Avropa İttifaqı arasında yaşanan gərginliklə bağlıdır. Avropa İttifaqı çox çalışdı ki, Ermənistan üzərindən regiona daxil olsun. Müəyyən mənada bunu avropalılar bacardılar da. Ermənistan tərəfində Avropa İttifaqının mülki missiya adı altında yerləşdirdiyi Müşahidə Missiyası fəaliyyət göstərir. Bu Missiya təkcə Azərbaycan yox, Rusiya əleyhinə də kəşfiyyat məlumatları toplamaqla məşğul oldular və bu fəaliyyəti indi də davam etdirirlər. Zaxarovanın dediklərində o da həqiqətdir ki, avropalı missionerlər kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar və sülh prosesinə ziyandan başqa nəsə vermirlər. Sərhədlərin delimitasiya və demarkasiyası prosesində Rusiya vasitəçilikdə ona görə maraqlıdır ki, həmin Missiyanın fəaliyyətinə hansısa formada əngəl törədə bilsin. Yenə də deyirəm, Moskva istəyində səmimidirsə, korporativ siyasi maraqları naminə bu təklifi vermirsə, məsələyə baxıla bilər. Amma Rusiyanın marağı olmadan vasitəçilik cəhdi istəyi şübhəlidir.

Ümumiyyətlə, mənə elə gəlir ki, artıq Ermənistan da anlayıb ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Azərbaycanla sülh prosesinə ciddi köməklik göstərmək imkanları yoxdur. Çünki bu güclərin hər birinin öz maraqları var. Ermənistanın nicatı Azərbaycanla sülhdən və Azərbaycanla yanaşı, Türkiyə ilə münasibətlərinin normallaşmasından, əməkdaşlıqdan keçir. Azərbaycan və Türkiyə ilə münasibətlər nizamlanmadan Ermənistanın Avropaya inteqrasiyası mümkünsüzdür. Hesab edirəm ki, Ermənistan hakimiyyəti götür-qoy etməli, Azərbaycanın sülh sazişi ilə bağlı tələblərini yerinə yetirməli və bölgədə sülhün əldə olunmasına töhfəsini verməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru