Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB .....                     Bu sistem yaşatmır... ÖLDÜRÜR! .....                     Hərbi-ruhani rejim UÇURUMA GEDİR... .....                     Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... .....                     MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır .....                     Bu addım çoxdan atılmalı idi... .....                     Türkiyəli sənətçi həm də belə qazanacaq... .....                     Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                     Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb .....                     Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                 

“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Tarix: 27-12-2024, 07:08 | Çap et
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır”
"DİA-AZ" Globalinfo.az-a istinadla Azərbaycan Prezidentinin İctimaiyyətlə Əlaqələr bölməsinin sabiq rəhbəri, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Layihələrinin sabiq rəhbəri, müstəqil ekspert Çingiz Məmmədovla müsahibəni təqdim edir:

-Çingiz bəy, 2024-cü ilin əvvəlində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirdi. Lakin baş tutmadı. Ermənistan növbəti ildə müxtəlif bəhanələrlə prosesi ləngidə bilərmi?

-Mən 2024-cü ilin əvvəlində də iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin deyildim. Əsas səbəb isə Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməməsi idi. Bu yaxınlarda Prezident İlham Əliyev də açıqlamasında bu nüansları qeyd etdi. Hazırda Ermənistanın mövqeyində dəyişiklik görünmür. Rəsmi İrəvan sözügedən şərtləri qəbul etməyənə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması gözlənilən deyil.

-Azərbaycanın Ermənistandan əsas tələbi konstitusiyada dəyişiklikliyin edilməsi idi. Rəsmi Bakı bu olmadan sülh sazişinin imzalanmasının mümkünsüzlüyünü dəfələrlə deyib. Hansı halda Nikol Paşinyan Ermənistan konstitusiyasında olan ərazi iddiasının çıxarılması üçün referenduma gedər?

-Ermənistan konstitusiyasında dəyişiklik edilməsini zəruri edən iki səbəb var: hüquqi və mənəvi-psixoloji. Hüquqi baxımdan əgər bir ölkənin konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiası varsa, iki ölkə arasında sülh müqaviləsi imzalana bilməz. Ermənistan Konstitusiya Məhkəməsinin “bu məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmadığı” barədə səsləndirdiyi fikirlər tamamilə yanlışdır. Beynəlxalq aləm suveren dövlətlərdən ibarətdir. Onların əsas sənədi isə konstitusiyadır. Heç bir daxili və ya beynəlxalq sənəd konstitusiyadan üstün ola bilməz. Bu, beynəlxalq hüququn əlifbasıdır. Bir sözlə, Ermənistan konstitusiyasında ərazi iddiasından əl çəkməyəcəkcə, Azərbaycanla imzalanacaq hər hansı sülh müqaviləsinin hüquqi qüvvəsi olmayacaq. Yeni gələn hakimiyyət bu sənədi konstitusiyaya uyğun olmadığı üçün ləğv edə bilər.

Digər tərəfdən hətta imzalanmış hər-hansı sənəd belə sülhün təminatçısı deyil. Çünki dövlətlər öz imzaladıqları sənədləri belə pozurlar. Bunu son zamanlar beynəlxalq aləmdə tez-tez görürük. Yeganə sülh təminatçısı Ermənistanda revanşizmin olmamasıdır. Yəni davamlı sülh üçün erməni xalqının böyük hissəsi revanşizmdən əl çəkməlidir. Konstitusiyada dəyişiklik isə referendum vasitəsilə mümkündür. Əhalinin böyük hissəsi bunun lehinə səs verərsə, həm konstitusiyada dəyişiklik mümkün olacaq, həm də Ermənistan cəmiyyətində revanşizm ehtimalı xeyli azalacaq.

-Bu ilin aprel ayında Qazaxın anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı. Naxçıvanın Kərki kəndi və Qazaxın anklav olan kəndləri ilə bağlı isə hələ də qeyri-müəyyənlik qalır. Onların da qaytarılması mümkündürmü?

-Kərki kəndi çox strateji əhəmiyyətə malikdir. Çünki məhz Zəngəzurda Naxçıvanla Azərbaycanın digər ərazilərinin böyük hissəsi arasındakı əsas yolda yerləşir. Ona görə də Ermənistan Kərkinin Azərbaycana qaytarılmasına müqavimət göstərir. Rəsmi Bakı Kərkinin geri qaytarılması məsələsində təkid etməlidir.

-Yaxın Şərqdə gərginlik davam edir, eləcə də Rusiya-Ukrayna müharibəsi 3 ilə yaxındır dayanmır. Bunların hansının yeni ildə dayandırılması daha realdır?

– Yeni ilin əsas hadisəsi ABŞ-da yeni administrasiyanın işə başlaması olacaq. Rəsmi Vaşinqtonun üç böyük problemi var. Bunlardan birincisi və ABŞ üçün ən önəmlisi Çinlə dünya hegemonluğu uğrunda rəqabətdir. Amma hazırda orada qan tökülmür. Siz qeyd etdiyiniz digər iki münaqişə ocağı ABŞ-ın diqqət və resursunu Çinlə rəqabətdən yayındırır. Ona görə ABŞ bu iki ocağı söndürməkdə maraqlıdır ki, bütün gücünü Çinlə mübarizəyə yönəldə bilsin.

Yaxın Şərq 1948-ci ildə İsrail yaranandan gərgin vəziyyətdədir. İsrail lobbisi ABŞ-da çox güclüdür. Onun maraqları naminə ABŞ Yaxın Şərqdə İsraili dəstəkləməkdə davam edəcək, buna görə bu bölgədə sülhə nail olmaq çox çətindir. Yaxın Şərqlə müqayisədə Rusiya-Ukrayna müharibəsinin dondurulması mənə daha ehtimallı görünür. Buna görə çox güman ki, yeni ABŞ administrasiyası ilk növbədə Ukrayna müharibəsini dayandırmağa çalışacaq.

-Suriyada 53 ildən sonra Bəşər Əsəd rejiminin süqutu böyük səs-küyə səbəb oldu. Suriyada baş verənləri necə dəyərləndirirsiniz? Bu günlərdə İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki lider razılaşıb ki, Suriyanın bərpasında Azərbaycan da iştirak etsin. Bunun geopolitik mənası, anlamı nədir? Azərbaycan Yaxın Şərqdə təmsil olunmaq imkanı qazanır?

-Suriya rejimi zəif hakimiyyət idi. Çünki xalqa arxalanmırdı. Amma prosesdə əsas rolu hakimiyyətdəki boşluq oynadı. 2011-ci ildə Suriyada başlamış proseslər 2015-16-cı ildə Rusiya və İranın Bəşər Əsəd hakimiyyətini dəstəkləməsi hesabına status-kvo ilə tamamlandı. Hazırda Rusiyanın başının Ukraynaya qarışması, İranın da İsrailin, yəni, ABŞ-ın zərbələri və daxili səbəblərdən zəifləməsi Bəşər Əsədin hakimiyyətini laxlatdı. Nəticədə o, hakimiyyəti təhvil verməli oldu. Sözsüz ki, burada əsas rollardan birini Türkiyə oynadı. Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünün saxlanması şərti ilə burada yeni hakimiyyətin qurulmasına çalışır. Azərbaycan bu işdə Türkiyəyə yardımcı ola bilər. Prezidentlərin telefon danışığında da məhz bu məsələ müzakirə edilib. Azərbaycanın Türkiyəni dəstəkləməsi Yaxın Şərqdə rəsmi Ankaranın təsirini daha da gücləndirir. Deməli, Azərbaycanın da Yaxın Şərqə təsiri var.

-Suriyadan baş verən hadisələrdən sonra İranın da eyni vəziyyəti yaşaya biləcəyindən bəhs edilir. Bu mümkündürmü?

-Suriyada baş vermiş hadisələrdən sonra İsrailin və onu dəstəkləyən ABŞ-ın diqqəti İrandadır. İran hazırda İsrailin əsas hədəfidir. Onlar rəsmi Tehranda hakimiyyət dəyişikliyini istəyər. Amma bunun nə dərəcədə real olduğunu nəzərə almalıyıq. Suriya ilə müqayisədə İranın bir neçə fərqli cəhəti var.

İndiki İran Qacar dövlətinin varisidir. Yeri gəlmişkən, Qacar dövlətinin digər varisi Azərbaycan Respublikasıdır. Avropanın müstəmləkə dövründə cəmi iki müsəlman dövləti – Osmanlı imperiyası və Qacarlar nominal müstəqilliyini qoruyub saxlaya bilmişdi. Ona görə də İranın uzunmüddətli dövlətçilik ənənəsi, daha sonra 90 milyona yaxın əhalisi var. Özü üçün kifayət edəcək qədər iqtisadi potensiala malikdir. Ona görə də Suriyada baş verənləri İranda təkrarlamaq asan məsələ deyil.

-Digər məsələ İrana qarşı Qərbin gözlənilən sanksiyalarıdır. Rusiyaya olduğu kimi, rəsmi Tehrana da sanksiyaların tətbiq ediləcəyi gözlənilir? İran buna tab gətirə biləcək?

– İrana qarşı sanksiyalar elə islam inqilabından sonra tətbiq edilib. Əlbəttə, yeni sanksiyalar da mümkündür. Sanksiyaların məqsədi bir növ hakimiyyəti zəiflədib, əhalini hakimiyyətdən narazı vəziyyətə s almaqdır. İranda sosial məsələlərdə problemlər var. Elektrik enerjisində fasilələr yaranır, pensiya və maaşlarda ləngimələr olur, yerli valyuta zəifləyib və s.

Lakin İrandakı sosial vəziyyətin hakimiyyət dəyişikliyinə gətirə biləcək qədər gərgin olduğunu düşünmürəm. Çünki İran Çinə və digər ölkələrə öz enerji daşıyıcılarını satır və satacaq. Bu gəlirlər sosial gərginliyi müəyyən səddi keçməməyə kömək edər. Kənd təsərrüfatı da kifayət qədər inkişaf edib. Zənnimcə, İrana qarşı daha çox etnik separatizmdən istifadə etməyə çalışacaqlar. Bu, sosial çətinliklərlə birlikdə ciddi təhlükəyə çevrilə bilər.

-Rusiya-Ukrayna müharibəsinə də toxunmaq istəyərdim. 2025-ci ildə bu müharibənin taleyi necə olacaq? Tərəflər arasında sülh sazişi, hansısa anlaşma mümkün görünürmü? Ukraynanın bölünməsi realdırmı?

– Rusiya-Ukrayna müharibəsi hər iki dövlətin gücünü azaldır. 10 milyona yaxın ukraynalı ölkəni tərk edib. Təxminən bir milyona yaxın insan ya həlak olub, ya da ağır yaralanıb. Çox güman ki, Rusiya tərəfində də rəqəmlər eynidir. Hər iki ölkə müəyyən şərtlər altında münaqişənin dayandırılmasında maraqlıdır. Bu müharibənin təsirini təəssüf ki, biz də hiss edirik.

Rusiya Ukraynanın NATO-ya üzv olmamasında təkid edəcək. Krım yarımadası daxil olmaqla, ələ keçirdiyi ərazilərin onda qalmasını, Qərbin tətbiq etdiyi sanksiyaların aradan götürülməsini istəyəcək. Bu şərtlər də Ukrayna üçün qəbuledilməzdir. Ona görə də iki ölkə arasında sülh müqaviləsinin deyil, atəşkəsin imzalanması mümkündür. Qüvvələrin yerləşdiyi xətt boyu atəşkəs elan edilir və döyüşlər dayandırılır. Təxminən 1994-cü ildə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəsə bənzəyir.

Belə bir atəşkəsin imzalanması Ukraynanın bölünməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. Çünki Ukrayna nə Krımı, nə də öz şərqində yerləşən 4 vilayəti idarə etməyəcək.

-ABŞ-da yeni seçilmiş prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra müharibəni dayandıracağına böyük ümidlər var idi. Lakin son vaxtlar bunun əksi istiqamətində xəbərlər yayılır…

– Rusiya və Ukrayna arasında hər hansı bir razılaşma onların həm bir-biri ilə qüvvə nisbətinin, həm də beynəlxalq aləmdə gedən proseslərin nəticəsidir. Bayden administrasiyasının Tramp administrasiyası ilə əvəz olunması Ukrayna-Rusiya münaqişəsinə təsir göstərən amil hesab olunur. Donald Trampın seçki öncəsi verdiyi vədlər daxili auditoriyaya yönəlmişdi.

O, seçildiyi andan bir gün sonra münaqişəni dayandıracağını bəyan etmişdi. Lakin seçilməsindən ay yarım vaxt keçsə də müharibə hələ də davam edir. Doğrudur, Tramp əlindəki imkanlardan Rusiya və Ukraynaya təsir göstərə bilər. Bu resursların atəşkəsə kifayət edib-etməyəcəyi isə sual doğurur. Hesab edirəm ki, atəşkəs mümkündür. Bundan sonra uzun danışıqlar başlayacaq. Bizim Ermənistanla 35 il çəkmiş danışıqlar kimi. Onların nə ilə nəticələnəcəyi hər iki dövlətin daxilində, həm də qlobal miqyasda baş verəcək hadisələrdən asılı olacaq.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Dünən, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Dünən, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Dünən, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Dünən, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Dünən, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Dünən, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Dünən, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Dünən, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Dünən, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Dünən, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Dünən, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Dünən, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Dünən, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Dünən, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Dünən, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Dünən, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Dünən, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Dünən, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Dünən, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Dünən, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Dünən, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Dünən, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Dünən, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru