Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                 

İŞİD Rusiyanı vura bilərmi? - TƏHLİL
Tarix: 21-10-2015, 10:52 | Çap et
İŞİD Rusiyanı vura bilərmi?
Suriyada İŞİD-lə mübarizəyə başladığını elan edən Rusiya istər-istəməz həm də Yaxın Şərqdə şiələrlə sünnilər arasında aparılan müharibəyə şiələrin tərəfində daxil oldu.

Rusiyanın Suriyada apardığı antirerror əməliyyatlarının “antisünni” xarakter alması Moskvanın İran və İraqla koalisiyaya daxil olması və İŞİD-ın liderlərilə yanaşı, Səudiyyə Ərəbistanındakı nüfuzlu sünni din xadimlərinin Rusiyanı düşmən elan etməsilə başladı. Kreml anlayır ki, sünnilərlə qlobal düşmənçilik ölkə üçün böyük təhlükədir və bunun əvvəlcədən qarşısını almağa çalışır.

Rusiya İŞİD-a qalib gələ bilərmi?

Bunu əminliklə söyləmək olar ki, Rusiya İŞİD-ə qalib gəlmək gücündə deyil. Söhbət hətta İŞİD-ın hansısa böyük geosiyasi qüvvələr tərəfindən dəstəklənməsindən də getmir. Söhbət ondan gedir ki, təşkilat artıq böyük bir əraziyə malik, daimi gəlirləri olan, güclü ideoloji baza və idarəetmə aparatı yaratmış kvazi-dövlət statusunu qazanıb.

Corc Meyson Universitetinin professoru Odri Kurt Kronin “Foreign Affairs” jurnalında dərc olunan “İŞİD terrorçu qrupu deyil” başlıqlı məqaləsində yazır ki, “İŞİD sıralarında təxminən 30 min döyüşçü var, o, İraq və Suriyada işğal etdiyi əraziləri nəzarətində saxlayır, ciddi hərbi imkanlara malikdir, kommunikasiya xətlərinə, infrastruktura rəhbərlik edir, özü-özünü maliyyələşdirir və mürəkkəb hərbi əməliyyatlarda iştirak edir. Yəni İŞİD silahlı ordu tərəfindən idarə olunan dövlət formasına yaxın qrum sayıla bilər. Məhz buna görə, qiyamçılarla mübarizə strategiyası və antiterror fəaliyyəti taktikası İŞİD-a qarşı təsirli olmayacaq”.

“Əl-Qaidə” terror təşkilatından fərqli olaraq, İŞİD dünyanın müxtəlif bölgələrində olan müsəlman icmalarının dünyəvi dövlətlərə qarşı üsyana qalxmasını təlqin etmir. İŞİD-ın məqsədi konkret ərazidə sünnilərin yaşayacağı dövlət qurmaqdır. Terrorla mübarizədə ən effektiv metodlardan biri təşkilata gedən maliyyə axınının qarşısını almaq olsa da, İŞİD-lə bağlı bunu etmək mümkün deyil. İŞİD-çilər Suriyanın neft sənayesinin 60 faizinə nəzarət edir, Mosul da daxil olmaqla İraqın əsas neft hasil edən bir neçə əyaləti onların əlindədir. `Qara bazar`da neft satmaqla yanaşı, İraq və Suriyadan Türkiyə və İordaniya ərazisinə qaçaq yolla neft satışını həyata keçirir. Təkcə neftdən İŞİD-ın gündəlik gəliri 1-3 milyon dollar təşkil edir. Bundan əlavə, nəzarət olunan ərazidə yük daşımaları və digər bütün sahibkarlıq fəaliyyətindən vergi toplanır.

İŞİD ordusuna komandanlığı vaxtilə amerikalılar tərəfindən təlim görmüş İraq ordusunun sabiq komandir heyəti həyata keçirir. Həmçinin, İŞİD ən müasir Amerika atıcı silahları, tanklar, mina əleyhinə hərbi maşınlar və s. hərbi avadanlıqla təchiz olunub.

Məğlubedilməz?

İraqın ABŞ tərəfindən işğal edilməsindən sonra Amerika ordusu qiyamçılarla mübarizədə böyük çətinliklərlə üzləşirdi. Həmin dövrdə Vaşinqton qərara aldı ki, qiyamçılarla mübarizədə elə iraqlıların öz qüvvələrindən istifadə etsin. 2007-ci ildə İraqın Ənbər əyalətində baş komandanın müavini vəzifəsində xidmət edən general Con Allenin apardığı danışıqlar nəticəsində 40-a yaxın sünni qəbiləsi Amerika ordusu tərəfinə keçdi və qiyamçılarla mübarizəyə başladı. Nəticədə bir il ərzində qiyamçıların hücumları 80 faiz azaldı. İraqda hakimiyyətə şiə Malikinin gəlməsi və Amerikalıların ölkədən getməsindən sonra həmin sünni qəbilələri İŞİD-i yaratdılarr. Hazırda Con Allen ABŞ prezidenti Obamanın İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyadakı nümayəndəsidir.

Odri Kurt Kronin hesab edir ki, hərbi yolla İŞİD-a qalib gəlmək qeyri-mümkündür və bu ABŞ-ın gücündə deyil. Odur ki, Amerika İŞİD-la mübarizə məqsədilə böyük bir koalisiya yaradılmasına nail olmalı və “qarşıalınma və hücum ” taktikasına uyğun mərhələli şəkildə İŞİD-a qarşı mübarizə aparmalıdır.

Demək ki, Amerikanın öhdəsindən gələ bilmədiyi qüvvənin Rusiya tərəfindən ram edilməsi mümkün deyil. Təbii ki, bunu Moskva da anlayır və güman etmək olar ki, Rusiyanın əsas məqsədi heç də İŞİD-i məhv etmək deyil. 2000-ci illərdə olduğu kimi, “beynəlxalq terrorla mübarizə ideyaları”nı rəhbər tutub, Amerika ilə `əl-ələ verib`, birlikdə “xalqların təhlükəsizliyi naminə” çalışmaqdır. Lakin görünür ki, Vaşinqton bunu istəmir. Çünki Putinin terrorla mübarizəni müzakirə etmək üçün baş nazir Medvedyevin başçılığı ilə Amerikaya göndərmək istədiyi nümayəndə heyətinin səfərinə Ağ ev etiraz edib. Görünür, Vaşinqton Ukraynaya görə Moskvanı bağışlamayacaq.

5.8 milyon rus İŞİD-ı dəstəkləyir

Rusiyanın Suriyaya girməkdə məqsədindən asılı olmayaraq, bu addımın ölkə üçün gözlənilməz mənfi nəticələr gətirəcəyi şübhəsizdir. Hətta ölkə vətəndaş müharibəsilə üz-üzə qala bilər.

Rusiyalı sosioloq Denis Sokolov hesab edir ki, bu müharibə Rusiya daxilində İŞİD və Əsədin tərəfdarları ilə əleyhidarları arasında olan fikir ayrılıqlarını daha da dərinləşdirməklə mövcud olan münaqişəli vəziyyəti gərginləşdirəcək və şiə-sünni ziddiyyətlərini yeni formasiyaya keçirəcək. Onun fikrincə, Rusiyada siyasi rəqabəti məhv etmək üçün süni yaradılmış terror, bu dəfə Suriyada olduğu kimi əsil müharibəyə çevrilə bilər. Belə olan halda, dövlət tərəfindən idarə olunun məhdud terror və müxalifət vətəndaş müharibəsi şəraitinə gətirib çıxarır və münaqişə tərəfinə çevrilir.

İdarə olunan terror və güc tətbiq edilərək həyata keçirilən biznes o zaman vətəndaş müharibəsinə çevrilir ki, idarə edən rejimin təlim görmüş aslana verməyə şəkəri qalmır. Sokolovun fikrincə, hüquq mühafizə orqanlarının `İŞİD-lə mübarizə` adı altında dindarlara qarşı əsassız repressiyaları vəziyyəti daha da gərginləşdirir. Həmçinin etirazlar Rusiyanın hansısa konkret regionunu deyil, bütöv ölkəni əhatə edə bilər.

Ümumrusiya İctimai Fikrin Tədqiqi Mərkəzinin apardığı sorğunun nəticələri göstərir ki, Rusiya əhalisinin 4 faizi ölkələrinin Suriya və İraq ərazisində müsəlman dövləti qurmaq istəyən müxalifətin tərəfində çıxış etməsini istəyir. Yəni, Rusiyanın 5.8 milyon əhalisi İŞİD tərəfdarıdır. Bu, ondan xəbər verir ki, Rusiya daxilində illər ərzində aparılan təbliğat artıq bəhrəsini verir.

İŞİD hər nə qədər “əsl islama aid olmayan qüvvə” kimi təbliğ edilsə də, təşkilatın özünə tərəfdar qazanmaq üçün qurduğu ideoloji təbliğat çoxlu sayda insanı cəlb edir. Bəzi mütəxəssislər hesab edir ki, insanların öldürmək və işgəncəyə olan həvəsi, bəzilərinin öz ölkələrində qarşılaşdıqları ədalətsizliklə mübarizə istəyi, bəzilərində olan macəra axtarışı, cinsi əlaqəyə xüsusi qadağanın qoyulmaması yeniyetmə və gəncləri bu təşkilata cəlb edir. Faktiki olaraq İŞİD mövcud müsəlman qanunlarını müasir tərəblərə uyğunlaşdıraraq cəlbedici ideologiya qurmağa nail olub.

Bundan əlavə, yayılan məlumatlara əsasən, hazırda iŞİD sıralarınada 10 mindən artıq rusdilli hərbiçi xidmət edir. Həmçinin çoxlu sayda Rusiya vətəndaşının Suriyada təlim keçdikdən sonra geri qayıtdıqları bildirilir. İŞİD-çilərin Rusiyada əsas baş qaldıracağı ərazi isə Şimali Qafqaz və Volqaboyu hesab olunur.

AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru