Bu qış hansı oliqarx-məmurlar üçün daha soyuq keçəcək... - Gözlənti...
Tarix: 16-10-2015, 11:10 | Çap et
 Prezident İlham Əliyevin iqtisadiyyatdakı inhisarçılıq və azad sahibkarlığın sıxışdırılması ilə bağlı sonuncu çıxışı ölkədə ciddi müzakirələrə səbəb olub. Sadə vətəndaşların, sahibkarların ürəyindən xəbər verən həmin çıxışdan sonra artıq bu sahədə qayda-qanunun yaradılacağına, məmurların sahibkarları sıxışdırması kimi neqativ hallara son qoyulacağına ümidlər artıb. Bu çıxış həm də onu göstərdi ki, prezident elan etdiyi islahatlar kursuna sadiqdir, bu siyasəti davam etdirməkdə qərarlıdır, sadəcə olaraq bəzi məmurlar bilərəkdən ya da bilməyərəkdən bu siyasi xəttə qarşı çıxır.
Məlumat üçün bildirək ki, məmurların sahibkarları sıxışdırmasının bir səbəbi onların qanunsuz varlanmaq istəyidirsə, digər vacib məqam isə biznesi olan həmin məmurların sahibkarları rəqib gözüylə gördüklərindən onları sıradan çıxartmaq niyyətidir. Bu gün heç kimə sirr deyil ki, ayrı-ayrı məmurların qanun qadağan etməsinə baxmayaraq geniş biznes şəbəkələri var, onlar qanunsuz şəkildə sahibkarlıqla məşğul olur. Bu isə istər istəməz ölkədə azad sahibkarlığın rəqabətli mühitdə inkişafını tormozlayır. Belə olan halda sahibkarlığın inkişaf etdirilməsi tədbirləri çərçivəsində məhz sahibkarlıqla məşğul olan məmurların cəzalandırılmasını gözləmək daha doğru olardı. İnkarediləməz faktdır ki, məhz bu səbəbdən son illər ölkədəki sahibkarlıq mühitinin davamlı şəkildə pisləşdiyinin şahidinə çevrilməkdəyik. Xatırladaq ki, sahibkarlıq mühiti, sahibkarların sıxışdırılması ilə bağlı ilk dəfə deyil ki, fikirlər səsləndirilir. Hələ 2002-ci ildə mərhum prezident Heydər Əliyev dönəmində də bu məsələlər dəfələrlə səsləndirilmişdi. H.Əliyev də sahibkarların sıxışdırılması, onlara olan basqıları dəfələrlə qeyd etmişdir. Bununla bağl müxtəlif fərmanlar imzalanmış, qərarlar verilmişdir. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin toplantılarında, müxtəlif iclaslarda sahibkarlara olan basqılardan bəhs edib. Bununla bağlı müxtəlif sənədlər imzalanlıb. 2011-ci ildə Azərbaycanda lisenziyalaşma ilə bağlı xüsusi qanunun hazırlanması ilə bağlı göstəriş verilmişdi. 2014-cü ildə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ayrı-ayrı istiqamətlərdə müvafiq tədbirlərin görülməsi ilə bağlı da göstərişlər verilib. Lakin bütün bunlara baxmayaraq biz vəziyyətin gözlənilən şəkildə yaxşılaşdığının şahidi deyilik. Düzdür, indiyə qədər görülən tədbirlər, həyata keçirilən islahatlar özünün bəzi müsbət işartılarını göstərir. Amma prezidentin də ifadə etdiyi kimi bu çox azdır və azad sahibkarlığın inkişafı üçün daha ciddi tədbirlərə ehtiyac var. Yuxarıda da qeyd etdiyimiz kimi, bunun üçün isə məmur sahibkarlığına son qoyulmalı, azad sahibkarlığın qarşısında dayanan maneələr bir-birinin ardınca aradan qaldırılmalıdır. Sirr deyil ki, bu gün ölkəmizdə sahibkarlığın bazasında azad sahibakrlığın deyil, inhisarçılıq mühitinin dayanması faktdır. İnhisarçılığın başında duran isə ayrı-ayrı məmurlardır. Azərbaycanda dövlət məmurlarının sahibkarlığı mövcuddur. Bu səbəbdən də dövlət məmurları digər şəxslərin sahibkarlıqla fəaliyyətinə maneçilik törədirlər. Odur ki, məmur sahibkarlığı aradan qaldırılmadığı təqdirdə, bu sahədə ciddi bir uğura nail olmaq mümkün olmayacaq. Nə qədər ki, ölkədə məmur sahibkarlığı mövcuddur, nə qədər ki, inhisarçılıq var, vəziyyətin müsbətə doğru dəyişəcəyi o qədər də güman edilən deyil. Ölkəyə bu günə qədər ciddi neft gəlirləri gəlirdi və büdcənin doldurulmasında bu gəlirlərdən istifadə edilirdi. Lakin büdcədə də vəziyyət ağırlaşıb və bu ağırlaşma büdcənin doldurulması baxımından belə olsa sahibkarlıq mühitinin yaxşılaşdırılmasını tələb edir. Bütün bu məqamların nəzərə alınması isə məmur-sahibkarların cəzalandırılacağı ehtimalını gücləndirir. “Unikal” qəzetinin əldə etdiyi məlumata görə, artıq bununla bağlı konkret tədbirlər planı müəyyənləşdirilib və planın icrası noyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonrakı dövr üçün nəzərdə tutulub. Elə bu baxımdan da qarşıdan gələn qışı məmur sahibkarlar üçün “qara qış” da adlandırmaq mümkündür.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22 |
|
|
|
| • Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12 |
|
|
|
| • Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03 |
|
|
|
| • "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00 |
|
|
|
| • “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56 |
|
|
|
| • Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53 |
|
|
|
| • Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49 |
|
|
|
| • Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40 |
|
|
|
| • DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37 |
|
|
|
| • “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35 |
|
|
|
| • Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32 |
|
|
|
| • “Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26 |
|
|
|
| • Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01 |
|
|
|
| • Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59 |
|
|
|
| • Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56 |
|
|
|
| • MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54 |
|
|
|
| • Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30 |
|
|
|
| • Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27 |
|
|
|
| • İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52 |
|
|
|
| • Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50 |
|
|
|
| • Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31 |
|
|
|
| • Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29 |
|
|
|
| • Litva Rusiyaya nota verdi
Dünən, 15:24 |
|
|
|
| • "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18 |
|
|
|
| • "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15 |
|
|
|
| • Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13 |
|
|
|
| • Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20 |
|
|
|
| • Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14 |
|
|
|
| • “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55 |
|
|
|
| • Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44 |
|
|
|
| • "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36 |
|
|
|
| • Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27 |
|
|
|
| • “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20 |
|
|
|
| • Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16 |
|
|
|
| • Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14 |
|
|
|
| • Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09 |
|
|
|
| • Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06 |
|
|
|
| • Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52 |
|
|
|
| • Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48 |
|
|
|
| • “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43 |
|
|
|
| • Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39 |
|
|
|
| • İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26 |
|
|
|
| • "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04 |
|
|
|
| • Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02 |
|
|
|
| • “Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57 |
|
|
|
| • "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45 |
|
|
|
|