"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                 

Hacı İbrahimin 3 millyardlıq yeni nağılı və həqiqətlər – “Ya məni tutun, ya da…”
Tarix: 14-09-2015, 09:14 | Çap et
Hacı İbrahimin 3 millyardlıq yeni nağılı və həqiqətlər
“Avesta” Konserninin prezidenti, FANTASTİK “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) 3 milyardlıq müqavilə imzaladığna dair yeni nağıllavari açıqlama ilə çıxış edib.

İş adamının iddasına görə, o, Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb. Guya Çinin adıçəkilən şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşdıracaq.

İbrahim Nehrəmlinin “Xəzər adaları” layihəsi ilə bağlı indiyədək söylədiklərinin heç 1 faizi belə reallaşmadığından, bunun da doğru olduğuna inanmaq çətindir, hətta mümkün deyil. Hər halda “AzPolitika.info”nun “XƏZƏR ADALARI”: FIRILDAQ LAYİHƏ BARƏDƏ BÜTÜN GİZLİNLƏR” başlıqlı araşdırmasını oxuyanlar buna şübhə etməz. Elə İbrahim Nehrəmlinin son aylar düşdüyü vəziyyət – tez-tez saxlanılaraq “Bandotdel”ə aparılması, aldığı kreditlərə görə faizləri ödəməməsi, işçilərinin maaşlarını belə verə bilməməsinə dair ETİRAFLARI da onun milyardlarla bağlı söyləmlərinin əksəriyyətinin əsassız, ucuz piar olduğunu göstərir.

Bunları yenidən təkrarlamaq niyyətində deyilik. Ancaq görünür İbrahim Nehrəmli yalan nə qədər böyük olarsa, bir o qədər inandırıcı olar prinsipindən əl çəkmək istəmir. Buna görə yenə də hansısa çinli ilə 3 milyardlıq müqavilə imzaladığını bəyan edir. Bununla da kifayətlənməyib bu müqavilənin yaxın gələcəkdə ölkəmizə 20 milyon turist cəlb edəcəyindən, bunun da büdcəyə ildə təqribən 20 milyard gəlir gətirəcəyindəın dəm vurur. Elə danışır ki, guya onun neftlə çirklənmiş, seysmik baxımdan təhlükəli zonalardan sayılan və bu səbəblərdən heç bir turistik cəlbediciliyi olmayan fantastik, hətta bəzi ekspertlərin FIRILDAQ adlandırdğı layihəsi postneft dövründə Azərbaycanın qurtuluşu olacaq. Amin demək istərdik…

Ancaq şübhə etmirik ki, İbrahim Nehrəmlinin bundan əvvəl Bakıya gətirib bol-bol şəkil çəkdirdiyi, ilkin müqavilələr imzaladığı Türkiyədən, ərəb ölkələrindən olan iş adamları kimi, çinli iş adamı da bir müddət sonra yaddan çıxaçaq. Hər halda layihənin heç bir perspektiv vəd etmədiyini bir yana qoysaq belə, Çindən hansısa ciddi iş adamının İbrahim Nehrəmlinin adı olan layihəyə milyardlarla pul buraxması inandırıcı görünmür.

Ən azı ona görə ki, İbrahim Nehrəmlinin məhz bu layihə üçün Beynəlxalq Bankdan götürdüyü 100 milyonlarla manat (özü 430 milyon manat götürdüyünü etiraf edib-red.) krediti qaytara bilmədiyindən, hüquq-mühadfizə orqanları tərəfindən məsuliyyətə cəlb olunduğu xəbəri bütün dünyaya yayılıb. Aldığı kreditləri ödəyə bilmədiyi üçün bir müddət Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (“Bandotdel”) zirzəmisində “yatan”, ölkədən çıxışına qadağan qoyulan bir iş adamı ilə isə heç bir ciddi investor belə böyük həcmdə müqavilə imzalamağa risk etməz. Hələ onu demirik ki, borclara görə, sözügedən layihənin Beynəlxalq Bank tərəfindən müsadirə olunduğuna dair məlumatlar yayılıb. Onun özü isə “Xəzər Adaları”nın bir hissəsini borcunun əvəzinə banka girov qoyduğunu bildirib. Hansı ağıllı investot belə mübahisəli və perspektivi görünməyən əraziyə milyardlarla vəsait yatırar?

Bəs Hacı İbrahimin müqavilə imzaladığı yeni şirkətdən nə xəbər var? “AzPolitika.info” araşdırıb ki, cənab Nehrəmlinin yeni tərəfdaşı olan və Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti adlanan (Milli sözünü bizimkilər əlavə edib) bu şirkət 2010-cu ilin dekabrında Böyük Britaniyanın yurisdiksiyasında olan Kayman adalarında qeydiyyatdan keçib. Honkonq birjasında bu şirkət haqqında heç bir məlumat yoxdu. Özünün saytında isə son maliyyə hesabatı 2012-ci ilə aiddir. Milyardlarla investisiyadan dəm vuran şirkətin hansısa iri bir layihədə iştirakına dair isə ümumiyyətlə məlumat yoxdu.

Bu cür ofşor zonalarda yaradılan şirkətlər isə bir çox hallarda fırıldaq layihələri leqallaşdırmaq, çirkli pulların yuyulması ilə məşğul olurlar. Bəzən iş adamları yerli ictimaiyyəti aldatmaq üçün də bu cür şirkətlərlə yalançı, heç bir real əhəmiyyəti olmayan müqavilələr bağlamaq üçün istifadə edirlər. Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin bu cür işlərlə məşğul olub-olmadığını söyləyə bilməsək də, Hacı İbrahimlə “razılıq” əsasında sözügedən müqaviləyə imza atdığını da istisna etmək olmaz. Müqavilənin bəzi şərtləri də belə düşünməyə əsas verir.

Belə ki, İbrahim Nehrəmlinin çinli iş adamı ilə imzaladığı müqaviləsinə dair açıqlamasındakı bir məqam xüsusi diqqətimizi cəlb etdi. Hacı İbrahim deyib ki, müqavilə şərtlərinə əsasən, şirkət “Xəzər adaları” ilə bağlı satış işini Çində və Honkonqda həyata keçirəcək: “Bununla əlaqədar mən sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki MƏNİM yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonqa SƏFƏR ETMƏYİM məsələsi bu gün imzaladığımız müqavilədə ŞƏRT KİMİ İRƏLİ SÜRÜLÜB. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və “Xəzər adaları” layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq.”

Yəni, İbrahim Nehrəmlinin sözlərindən belə çıxır ki, o, yaxın günlərdə Honkonqa səfər etməsə, müqavilənin əsas şərtlərindən biri pozulacaq. Bu da bütövlükdə müqavilənin baş tutmaması deməkdir.

Biz biləni Hacı İbrahimin özünün də bir müddət əvvəl dediyinə görə, ölkədən çıxışına qadağa qoyulub. Hətta bir müddət əvvəl o, yaxın dostunun şəxsi layneri ilə gizlincə ölkədən çıxmaq istəyərkən, saxlanılaraq geri qaytarılmışdı.

Bu baxımdan İbrahim Nehrəmlinin indi necə Honkonqa səfər edəcəyi sual doğurur. Hər halda bunun üçün kredit problemini həll edə bilmədiyindən vaxtaşırı “Bandotdel”ə çağırılan iş adamının ölkədən çıxışına qoyulan qadağa götürülməlidir.

Elə Hacı İbrahimin müqaviləyə Honkonqa SƏFƏR ETMƏYİ bir ŞƏRT kimi məhz bu üzdən saldığını da istisna etmək olmaz. Daha doğrusu, ölkədən leqal və qeyri-leqal yollarla çıxışının qarşısı alınan Hacı İbrahimin, sözügedən müqaviləni məhz ÖLKƏDƏN ÇIXMAĞA İCAZƏ ALMAQ üçün imzaladığını da ehtimal etmək olar.

Beynəlxalq Banka 430 milyon, əlavə olaraq digər banklara, işçilərinə külli miqdarda borcu olan Hacı İbrahimin Azərbaycandan çıxdıqdan sonra geri qayıdacağı ehtimalı isə çox azdır. Yada salaq ki, onun Londonda və Dubayda böyük biznesinin olduğu bildirilir. Ailə üzvlərinin bir çoxunun Londonda yaşadığına dair məlumatlar var.

Yəni, sözügedən müqaviləni Hacı İbrahimin növbəti hiyləgər gedişi kimi də xarakterizə etmək olar. Ölkədən çıxışına icazə verilərsə, bəlkə bir daha geri dönməyəcək, gedib xaricdə biznesinin başında oturacaq. Verilməzsə də layihəyə 3 milyardlıq investisiyanı cəlb etdiyini, ancaq hüquq-mühafizə orqanlarının günahı üzündən reallaşdıra bilməyəcəyini deyəcək.

Ancaq adama sual verərlər: layihə burda, investisiya bura qoyulacaqsa, şirkət niyə Honkonqda yaradılır? Ortada hələ satılmalı bir şey də yoxdur ki, bunu üçün Honkonqda şirkət yaradasan. Digər tərəfdən NİYƏ bunun üçün vəkalət verdiyin birini deyil, mütləq sənin Honkonqa səfər etməyin şərt kimi müqaviləyə salınır? Hər halda bu sualları hüquq-mühafizə orqanları Hacı İbrahimə verəcək .

Biz isə Hacı İbrahimin nağıllarını bir yana qoyaq, keçək həqiqətlərə. Belə ki, “AzPolitika.info”-ya daxil olan məlumata görə, Hacı İbrahimin Beynəlxalq Bankdan götürdüyü kreditlə bağlı problemləri davam edir. Mətbuatda onun Beynəlxalq Bankdan 850 milyon dollar götürdüyü bildirilsə də, bu reallığı əks etdirmir. Belə ki, bizə verilən bilgiyə görə, Hacı İbrahimin Beynəlxalq Bankla 850 milyon manatlıq kredit müqaviləsi imzalayıb. Ancaq bunun özünün də etiraf etdiyi kimi, 430 milyonunu götürüb. Beynəlxalq Bankda başlayan yoxlamalardan sonra kredit verilməsi dayandırılıb.

Elə buna görə də, Hacı İbrahimdən aldığı kreditləri də geri qaytarmaq tələb olunur. Ancaq Hacı İbrahim bundan qəti olaraq imtina edərək, kreditin qalan hissəsinin də verilməsini tələb edir. O, kreditin qalan hissəsi verilərsə, “Xəzər adalarını tikib başa çatıracağını, sonra da satıb vəsaiti geri qaytaracağını bildiri. “Hacı İbrahim deyir ki, ya kreditin qalanını da verin, ya da məni tutun”, deyə mənbə bildirir.

Mənbə onu da qeyd edir ki, bir neçə dəfə “Bandotdel”ə aparılan Hacı İbrahim indiyədək cəmi 20 milyon pul qaytarıb. Bu vəsaiti də Hacı İbrahimdən bəzi əmlakları satdırılaraq alınıb: “Onun Türkiyədə 3 villasını müəyyən edib, satdırıblar. 12 milyon onların satışından əldə olunub. Azərbaycanda da bəzi obyektlərini satdıraraq, ümumilikdə banka 20 milyon ödədiblər.”

Beləliklə, həqiqət ondan ibarətdir ki, Beynəlxalq Bankdan 430 milyon manat kredit götürən Hacı İbrahim, bunun 400 milyondan artığını xərcləyib, üstündən də bir su içib. Belə ki, onun bu pullar hesabına xaricdə biznes qurduğu, dəbdəbəli həyat sürdüyünə dair məlumatlar var. Yəni, şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə xərclədiyi pullar dövlət bankının pulları olub.

Yada salaq ki, son aylaradək Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil vardı. Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom” (1 milyon dollar), “Range Rover” (180 min), “Nissan Patrool”, “Bentley” markalı və digər modeldən olan maşınlar olduğu bildirilirdi. Təkcə sifarişlə gətirdiyi “Bentley” üçün 300 min dollar xərclədiyi iddia edilirdi.

Bundan əlavə rəhbərlik etdiyi “Avesta Concern”də işə götürdüyü dünyanın populyar modellərinə də İ. Nehrəmlinin böyük pullar xərclədiyi bildirilir. Bunların arasında “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloderin və həmin müsabiqədə “Miss Khazar Islands” seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçin adları xüsusi qeyd edilir.

Yəni realıq budur. Onun milyardlarla bağlı keçmişdə və indi dedikləri isə nağıldan başqa bir şey deyil. Qalır göydən 3 almanın düşməsi,..

İ.İsmayıbəyli (azpolitika.info)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru