Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı .....                     Xocalıda ANAMA əməkdaşı minaya düşdü .....                     Azərbaycan nefti bahalaşdı .....                     "Bərbad bir xidmət səviyyəniz var..." .....                     "Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" .....                     Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb .....                     Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək .....                     "Görəsən, nəyi və kimi gözləyirlər?" .....                     TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır .....                     Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” .....                     Teymur Qurbanovun şirkətində nə baş verir? .....                     Bakı Paşinyana o pulu versə... .....                     İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib .....                     "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                     Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR .....                     Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB .....                     “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” .....                     Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək .....                     4 kənd, yoxsa sülh müqaviləsi? .....                     Rusiya artıq Azərbaycanı itirib .....                     "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı .....                     Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib .....                     İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi .....                     Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                 

Məcburi köçkün FHN rəhbərindən kömək istədi - "Problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər"
Tarix: 13-03-2015, 14:36 | Çap et
Məcburi köçkün FHN rəhbərindən kömək istədi
Ağdam rayonundan məcduri köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi,
523-cü kvartal, ev 12, mənzil 25-də məskunlaşmış
Hacızadə Hüseyn Hacı oğlu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova video müraciət etmişdir.
Müraciətdə deyilir:
Çox hörmətli Kəmaləddin müəllim!
Görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişinə uyğun olaraq biz - Qarabağdan olan məcburi köçkünlər 1994-cü ildə rəsmi qaydada “Azərneftyağ” zavodunun baş direktorunun imzaladığı 07.12.1994-cü il tarixli 199-x nömrəli müqavilə əsasında Bakı şəhəri, Nobel prospekti 23-də yerləşən 1364 kv.m neftlə çirklənmiş ərazini və 80 kv.m uçulub-dağıdılmış tikintini icarəyə götürdük. Həmin sahədə tikinti-abadlıq işlərinin aparılması üçün rəsmi icazə alaraq (qoşma-1) erməni işğalından sonra əlimizdə qalan son əmlakımızı bir yerə topalayıb özümüz də gecə-gündüz işləməklə 12 ədəd boks və yardımçı binalar (yeməkxana, yuyunma otağı, kabinetlər və s.) yaradaraq 780 kv.m tikinti işləri apardıq (tikintinin həqiqətən bizim tərəfimizdən aparılmasına dair qarşı tərəfin təsdiqi var və tikintinin planı əlavə olunur - qoşma-2). Ədliyyə Nazirliyindən “Xüsusi mülkiyyətçi” kimi rəsmi qeydiyyatdan keçdik və qanuni müqavilə ilə biz məcburi köçkünlər və şəhid ailələrinin üzvləri avtomobillərə texniki xidmət göstərməyə başladıq (qoşma-3).
Hər il yenilənən müqavilə əsasında öhdəmizə düşənləri, o cümlədən icarə haqqını vaxtlı-vaxtında ödədik (qoşma-4, 5). Lakin zavoda yeni direktor gələn mərhum Ramiz Mirzəyev bizə xəbərdarlıqlar göndərməyə başladı ki, “Oranı xoşluqla bizə verib gedin”. Biz razı olmadıqda, müxtəlif saxta sənədlərlə, hətta güc tətbiq etməklə təzyiqlərə başladılar. Bizim xəbərimiz olmadan, direktor yalnız öz tabeçiliyindəki işçilərin imzası ilə saxta, qondarma aktla bizim xüsusi mülkiyyətimizi birtərəfli qaydada öz “insafına” uyğun cəmi 42 milyon manat (keçmiş Azərbaycan manatı ilə, təqribən 8 min ABŞ dolları) qiymət qoydurub (onların belə bir qiymətləndirmə səlahiyyətləri olmadığı halda) və onu bank vasitəsilə bizim kiçik müəssisənin hesabına köçürtdürdü (qoşma-6). Beləliklə, əslində o, sahibkarlıq fəaliyyətində qətiyyən yolverilməz bir qanunsuzluq törətdi, yəni “iri bir təşkilat kiçik müəssisəni assimilyasiya etmişdir”.
Hətta bizim xəbərimiz olmadan adımızdan saxta sənədlər tərtib etdirilməkdən də çəkinmədilər (qoşma-7), giriş qapısına “xüsusi işçilərini” qoyaraq zor tətbiq etməklə bizi içəri buraxmadılar (həmin mənzərənin fotosu əlavə olunur).
Bundan sonra məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir (qoşma-8). Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur (qoşma-9).
Göründüyü kimi, bu günə qədər bizə çatacaq vəsaitdən yalnız 8100 ABŞ dolları ödənilmişdir (söz vermişdilər ki, qalanını da yavaş-yavaş ödəyəcəklər, amma vədlərini yerinə yetirmədilər). Onlar etibarımızdan sui-istifadə edərək, bizi aldadaraq erməni işğalından sonra yenidən bizim əmlakımızı işğal etmişdilər. Hər yerə yazırlar ki, guya biz “Ədalət” qəzetində onlardan razılıq da etmişik. Lakin ”Ədalət” qəzeti 2.11.2011-ci il tarixli nömrəsində yazıb ki, ”Bununla əlaqədar olaraq heç bir cavab və ya təşəkkür məktubu almamışıq” (qoşma-10). İnsafsızlıqla hər cür saxtakarlığa əl atmışlar, əvvəl bizi zavoda işə götürüb, sonra xəbərimiz olmadan adımızdan saxta ərizə yazıb işdən çıxarmışblar (qoşma-11). Əslində isə bizim elə bir tələbimiz də yoxdur, yalnız bizə dəyən ziyanın ödənilməsini istəyirik.
Hörmətli Kəmaləddin müəllim!
Mən biləndə ki, bu ərazidə Boks Federasiyasının zalları tikilir, dərhal В«Allah xeyir versin!В» deyərək düşdüyümüz acınacaqlı vəziyyəti bilavasitə Sizə çatdırmaq üçün dəfələrlə qəbulunuzda olmaq istədim. Lakin hələ də bu mümkün olmayıb. Onsuz da hamı kimi biz də əminik ki, Siz dara düşənlərə həmişə əl uzatmısınız, məcburi köçkünlərə dayaq olmusunuz. Mən əminəm ki, Siz özündən asılı olmayaraq son imkanını itirmiş mənim kimi yaşlı bir məcburi köçkünün öz zəhmətilə tikdiyi tikintisinin sökülərək dəymiş ziyanın ödənilməməsinə dözməzsiniz. Əminəm ki, Sizin böyük ürəyiniz mənim çıxılmaz vəziyyətimə biganə qalmayacaq. Müavininiz Orucəli müəllim məni dinləyərək, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Komitəsinə göndərdi. Orada araşdırma aparıldı və mənə bildirdilər ki, nəticə barədə bir neçə gündən sonra çağırıb məlumat verəcəklər. Üç gündən sonra məni Komitəyə çağırdılar. Komitənin əməkdaşları mənə bizim 780 kv.metrlik sökülən tikintimizin yalnız 6 m eni, 62 m uzunluğunda olan ərazinin hazırda tikilməkdə olan sahəyə, qalan hissənin (eni 16 m, uzunluğu 62 m) isə yol tikintisinə düşdüyünü bildirdilər (qoşma-12). Mən onların təklifi ilə razılaşdım. Ancaq bir həftədən sonra yenidən komitəyə çağrıldım. Orada məndən bir həftə öncə verdikləri sənədi geri istədilər. Mən işin nə yerdə olduğunu başa düşüb, hətta onların istədiyi şəkildə razılığa gəlməyimi də bildirdim. Yəni onların nəzərdə tutduğu eni 6 m, uzunluğu 62 metr olan sahənin müəyyən qədər azaldılmasına da razı oldum. Ancaq aradan 5 ay keçməsinə baxmayaraq, Komitədən heç bir reaksiya yoxdur. Bu səbəbdən də mən Orucəli müəllimin və müavinlərinin qəbuluna getsəm də, onlar bu problemin həllinin yalnız sizdən asılı olduğunu deyirlər.
Möhtərəm Prezidentimizin televiziyada dediyi kimi, halallıq olsun deyə Sizin işçilər tərəfindən də təsdiqlənən həcmdə olan tikintimizin dəyərinin hansı formada ödənilməsinə köməklik göstərməyinizi xahiş edirik.
Hörmətli cənab nazir!
Şizin ünvanınıza göndərdiyim yuxarıdakı müraciətimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzası ilə məni heç cürə qane etməyən cavab aldım. Cavab məktubunda bildirilir ki, guya araşdırma zamanı В«NSNВ» kiçik müəssisəsi ilə ARDNŞ-nin nəzdində olan В«AzneftyağВ» Neft Emalı Zavodu arasında olan mübahisənin məhkəmə orqanlarının müxtəlif instansiyalarında baxıldığı və müvafiq qərarlar qəbul edilərək qüvvəyə mindiyi müəyyən edilib. Daha sonra qeyd edilir ki, qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə israatında olan məsələlərə dövlət orqanlarının müdaxiləsinə yol verilmir. Halbuki məhkəmə orqanlarının verdiyi qərarlar Sizə göndərdiyim sənədlərdə öz əksini tapıb. Hansı ki, ARDNŞ-nin nəzdində olan В«AzneftyağВ» Neft Emalı Zavodunun rəhbərliyi qanuni əmlakımızı mənimsəmək məqsədilə saxta sənəd tərtib edib. Həmin saxta sənəd də Sizə təqdim etdiyim sənədlər içərisindədir. Və yuxarıda qeyd etdiyim kimi, məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir. Yaxşı, bu məbləği versinlər! Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur. Bəs bu məbləği niyə ödəmirlər?
Xususi olaraq vurğulamaq istəyirəm ki, 2002-ci ildə 121 min manat dəyərində qiymətləndirilmiş 780 kv.m-lik tikintimizin bizdən alınması barədə heç bir məhkəmə qararı yoxdur. Odur ki, bizə dəyən zərərin ödənilməsinə kömək etməyinizi xahiş edirəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, məsələ ilə bağlı Sizin məsul işçilərinizlə dəfələrlə görüşmüşəm. Onlar problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər. Bu səbəbdən də inanıram ki, bu problemin həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.
Redaksiyadan: Biz də inanırıq ki, məlum problem süründürməçilik müstəvisindən həll olunma mərhələsinə keçəcək. Çünki ictimai fikirdə həqiqətən də nazir K.Heydərovun məhz belə bir ədalətli insan və məmur olduğu təsdiqlənib.
Mövzuya mütləq qayıdacağıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı - rəsmi
Bu gün, 09:35
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:33
Azərbaycan nefti bahalaşdı
Bu gün, 09:32
"Bərbad bir xidmət səviyyəniz var..." - GİLEY
Bu gün, 09:29
"Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" - Xeyrəddin Qocadan İYNƏ KİMİ SÖZLƏR...
Bu gün, 09:12
Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb - FOTO
Bu gün, 09:00
Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək - Tramp belə deyir...
Bu gün, 08:58
"Görəsən, nəyi və kimi gözləyirlər?" - ETİRAZ VAR!
Bu gün, 08:56
TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31
Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29
Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru