Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                 

SOCAR Gürcüstanda qiyməti saldı: bəs, bizdə? – TƏHLİL
Tarix: 1-12-2014, 17:47 | Çap et
SOCAR Gürcüstanda qiyməti saldı: bəs, bizdə?
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Gürcüstanda satdığı benzinin qiymətini növbəti dəfə aşağı salıb. Başqa sözlə desək, onun törəmə şirkəti olan “SOCAR Georgia Petrolium” Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiymətini yenidən azaldaraq 2-3 tetri, yəni 0,9 - 1,3 qəpik ucuzlaşdırılıb.

Şirkətdə bunu dünya bazarlarında neftin ucuzlaşması ilə izah ediblər. SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində benzinin qiyməti bununla da indiyədək ən aşağı həddə düşüb. Qeyd edək ki, hazırda bu ölkədə SOCAR-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 2 laridən - 2,15 lari, yəni 86,3 - 92,8 qəpik aralığında satılır. Xatırladaq ki, son 3 ayda SOCAR bununla üçüncü dəfədir ki, benzinin qiymətini aşağı salır.

Bəs, bu, Azərbaycanda niyə müşahidə edilmir?

Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycanda Aİ-95 “Premium” markalı benzinin satış dəyərinin bu ilin oktyabrın 1-dən 2 qəpik enməsi ciddi ucuzlaşma sayılmasa da, ölkəmizdə neft məhsullarının pərakəndə satış tariflərinin ilk dəfə məhz üzü aşağıya doğru dəyişməsi baxımından, mühüm hadisə oldu. Ona görə ki, bizdə buna kimi heç bir növ neft məhsulu 1 qəpik də olsa belə, ucuzlaşmamışdı. Yanacaq məhsullarının qiymətlərinin sonuncu dəfə keçən ilin dekabrın 3-dən Tarif Şurasının qərarı ilə 25-33 faiz yüksəldilməsindən və bundan əvvəlsə 6 il öncə - 2007-ci ilin yanvarında bahalaşdırılmasından ötən dövr ərzində heç bir ucuzlaşma baş verməmişdi.

Düzdür, ölkəmizdə bütün növ enerji daşıyıcılarının qiymətlərinə Tarif Şurası nəzarət edir. İkincisi də, məhz bu ilin əvvəlindən ancaq Aİ-95 ilə Aİ-98 markalı benzin markalarının qiymətləri sərbəst buraxıldığından bu və ya digər qiymət dəyişikliyindən əslində, söhbət də belə gedə bilməzdi.

“SOCAR Georgia Petroleum” şirkəti keçən il Gürcüstanda ən böyük vergi ödəyicisi olub. 2013-cü ildə şirkət tərəfindən Gürcüstanın dövlət büdcəsinə 129 457 626 lari (təxminən 78 459 167 ABŞ dolları) məbləğində vergi ödənilmişdir ki, 2006-cı ildən bu vaxtadək isə bu məbləğ ümumilikdə 1 123 824 431 lari (təxminən 681 105 715 dollar) təşkil edib. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilib ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşüb. Sözümüz bunda deyil.

Adı çəkilən şirkətdən qeyd ediblər ki, benzinin qiyməti aşağı salınmaya da bilərdi. Sadəcə, yanacaq satışı sahədə bu ölkədə ciddi rəqabət mövcud olduğundan, bu, qaçılmaz idi. Çünki əks təqdirdə, “SOCAR Georgia Petroleum”un fəaliyyəti sual altına düşə bilərdi.

Deməli, qonşu ölkədə enerji daşıyıcılarının qiymətləri sərbəst olmaqla yanaşı, güclü rəqabət də var. Hansı ki, bu da qiymətlərin təşəkkül tapmasında mühüm rol oynayır. Azərbaycanda isə belə imkan yoxdur.

Ümumiyyətlə, eyni mövzuda ötən şərhimizdə də yazdıq ki, dünya ölkələrinin daxili bazarlarında neft məhsullarının pərakəndə satış qiymətləri 2 şəraitdə – dünya bazarlarında bu sahədəki real vəziyyətdən irəli gələn səbəblər təsirindən və bir də həmin ölkələrdə yürüdülən fiskal – vergi və büdcə siyasətindən asılı olaraq formalaşır. ABŞ-da neft məhsullarının pərakəndə satış qiymətləri bilavasitə dünya bazarlarında real vəziyyətdən asılı olaraq təşəkkül tapır. Xam neftin qiyməti düşdükdə yanacaq məhsulları ucuzlaşır, bahalaşdıqda isə yüksəlir.

Ancaq ABŞ-dan fərqli olaraq Rusiyada isə yeni ilin yanvar ayından benzinin qiymətinin Aİ-95 üçün 1 litrə 40 rubl olacağı deyilir ki, bunda da bilavasitə dövlətin vergi siyasəti mühüm rol oynayacaq.

Azərbaycanda da vəziyyət eynidir. Belə ki, ölkəmizdə də neft məhsullarının pərakəndə satış qiymətləri hökumətin fiskal – vergi və büdcə siyasətindən asılıdır. Əvvəla, ölkəmizdə sözügedən məhsulların topdansatış və pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir və buna Tarif (qiymət) Şurası baxır, ikincisi də, sözügedən sahədə bayaq qeyd etdiyimiz kimi rəqabət yoxdur.

İstehsalçı da və bazarda qiyməti diqtə edən də məhz eyni şirkətdir. Başqa sözlə desək, daxili bazarda SOCAR-la üz-üzə gələ bilən şirkət olmadığından qiymətlərə nəzarət edilməsəydi, benzin də daxil, bütün neft məhsulları indiyədək bir neçə dəfə bahalaşmışdı. Çünki bazarda tələb fasiləsiz olaraq artır.

Odur ki, ölkədə neft məhsullarının qiymətləri büdcəyə əlavə gəlir mənbəyi rolunu oynamaqla istər-istəməz hökümətin əlində vasitə sayılır ki, gəlirlərin təminində bu, mühüm “cilov” sayılır. Yeri gəlmişkən, ölkədə yanacaq məhsullarının qiymətlərinin Tarif Şurası tərəfindən keçən il dekabrın 3-dən etibarən yüksəldilməsi məhz büdcəyə əlavə gəlir əldə etmək məqsədi daşıyırdı.

Hələ yaxşı ki, neft məhsullarının pərakəndə satış qiymətləri hökumətin fiskal siyasətinə sıx bağlı olan Rusiyadaki kimi Azərbaycanda da dünyada neft ucuzlaşdığı təqdirdə, neft məhsulları bahalaşmır. Yəni, benzinin ucuzlaşmaması bir yana qalsın, hələ o, bahalaşdırıla da bilər. Bu, bizdə hökumətin əhalinin sosial müdafiəsinə, ümumi istehlak bazarında qiymətlərə nəzarət etməsi və ümumiyyətlə, makroiqtisadi sabitliyi qorumaq, inflyasiyanı idarə etmək sarıdan ehtiyatlı mövqe tutması səbəbindən baş vermir.

Ancaq təkrar edirik ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətləri sərbəstdir və bunlar əslində, ucuzlaşmalıdır.

Yeri gəlmişkən, Aİ-95-in qiyməti Aİ-98 kimi sərbəst buraxılarkən qeyd etmişdik ki, yanacaq məhsulları sarıdan ölkənin daxili bazarında keyfiyyətə, real qiymətlərə və şəffaflığa nail olmaq istəyiriksə, buna öyrəşməliyik. Çünki dövlətin əlində onsuz da güclü tənzimləyici vasitələr var.

Ancaq bizdə həmin növ benzin ölkəyə kənardan gətirilir deyə, qiymət sərbəst buraxıldı. Bu işlə isə ilkin mərhələdə Neft Şirkətinin məşğul olacağı, sonradan isə prosesə özəl qurumların da qoşulacağı deyilsə də, dünya bazarlarında neftin qiymətinin düşməsiylə əlaqədar sözügedən benzinin satış dəyərinin enməməsi bunun belə olmadığını və ölkəyə yanacaq idxalında heç bir rəqabətin olmadığını göstərir.

Odur ki, sual yaranır: daxili bazarda yanacaq məhsullarının qiymətlərinə dövlət nəzarətini saxlamaqla, idxala geniş imkanlar açaraq bu sahədə ölkəmizdə rəqabətə şərait yaratmaq olmazmı? Onsuz da kənar ölkələrdə benzin bizdəkindən bahadır. Məsələn, Gürcüstanda qiymət hələ endiyi halda, bizdəkindən yenə bahadır.
Bu sahədə, rəqabət məgər, pis nəticə verərmi? Bizcə, yox...

AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru