Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                 

Sahibkarlar “Bakıelektrikşəbəkə”dən prezidentə şikayət etdilər
Tarix: 26-09-2014, 11:22 | Çap et
Sahibkarlar “Bakıelektrikşəbəkə”dən prezidentə şikayət etdilər
Qaradağ rayonu ərazisində mişar daşının istehsalı ilə məşğul olan daş karxanalarının bir qrup sahibkarı “Bakıelektrikşəbəkə” əməkdaşlarının qanunsuz əməllərindən Prezident İlham Əliyevə, eləcə də “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevə, həmçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, sənaye və energetika naziri Natiq Əliyevə şikayət məktubu ünvanlayıb.

Sahibkarların modern.az saytına da göndərdiyi şikayət məktubunda ölkə rəhbərliyinə xitabən deyilir:

“Sizə müraciət etməkdə məqsədimiz bir qrup sahibkarın düşdüyü çıxılmaz vəziyyətdir. Belə ki, biz və bizim kimi onlarla sahiblar Qaradağ rayonu ərazisində daş karxanasında mişar daşının istehsalı ilə məşğuluq. İşlədiyimiz müddətdə fəaliyyətimiz tam qanuni olub və heç bir qayda pozuntusuna yol verməmişik. İstehsalatla məşğul olmaq üçün təbii ki, bizlər elektrik enerjisindən istifadə edirik. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müraciətlər edərək müəssisələrimizi sayğacla təmin etmişik. Belə ki, işlədiyimiz müddətdə elektrik sayğaclarına uyğun olaraq sərf edilən enerjinin haqqı vaxtı-vaxtında ödənilib.

Lakin artıq bir neçə müddətdir ki, bizim fəaliyyətimiz demək olar ki, iflic vəziyyətə düşüb. Belə bir vəziyyətə səbəb rəhbərlik etdiyiniz İdarənin bir neçə dələduz əməkdaşının- Ruslan və Canəhməd adlı şəxslərin qanunsuz hərəkətləridir. İradımız həmin şəxslərin (Ruslan və Canəhməd) işlədilən elekrtik enerjisinə görə əlavə və şişirdilmiş sərfiyyat yazmasıdır. Belə ki, hər ay sayğaca baxış keçirilir və sayğacın ilk və son göstəricisi arasındakı fərq elektrik enerjisindən sərfiyyat kimi yazılır. Buna görə heç bir iradımız yoxdur. Nə işlədiriksə, onun da ödənişini etməyə hazırıq. Lakin Ruslan hər dəfə hesab-faktura gətirəndə əlavə olaraq bizim müəssisələrə 1500-2000 manatlıq əlavə sərfiyyat yazır. Biz isə bununla razılaşmırıq və səbəbini soruşduqda “bu mənlik deyil, mənə rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin” cümləsi ilə rastlaşırıq. Bu adamlar dövlətin qanunlarını tapdalayır, Cənab Prezidentin sahibkarlara olan diqqət və qayğısına kölgə salmaq istəyirlər. Vaxtilə xalqımız Ümummilli Lideri Heydər Əliyevin sayəsində quldurlardan canını qurtardı və bu gün də Cənab Prezidentimiz İlham Əliyev xalqımızın firəvanlığını ən yüksək səviyyədə təmin etmişdir. Şükürlər olsun ki, öləmizdə demokratiya bərqarar olub və sabitlikdir.

Lakin sözügedən şəxslər özlərinin özbaşınalığına son qoymaq istəmirlər. Hesab edirlər ki, onlara və havadarlarına heç nə edə bilməzlər. Lakin bu belə davam edə bilməz. Elektrik enerjisinin istifadə qaydalarına uyğun olaraq hər bir elektrik enerji istehlakçısı tərəfindən sərf edilən elektrik enerjisinin hesabatı onun uçot nöqtəsində quraşdırılmış hesabat sayğacı ilə aparılmalıdır. Sayğac ayda bir dəfə, zəruri hallarda isə bir neçə dəfə oxuna bilər. Sayğac quraşdırılan zaman üzərində olan göstərici qeyd edilir, həmin göstərici sayğacın ilk göstəricisi və yaxud bazis göstərici adlanır. Sayğacın üzərindəki göstərici oxunarkən, ilk göstəricilə son göstərici arasındakı fərq abonentin həmin dövr üçün istifadə etdiyi elektrik enerji sərfiyyatı adlanır və bu sərfiyyata müvafiq olaraq abonentə verqi hesab-fakturası tərtib olunur. Hesab-faktura tərtib edilən zaman sərf olunan elektrik enerjisi sərfiyyatı abonentin müvafiq istehlakçı qrupuna məxsus olmasından asılı olaraq müəyyən edilmiş tariflə hesablanır, bu zaman abonentə aid sayğacın əmsalı (cərəyan transformatoru varsa) və sərf edilən enerjinin dəyərindən tutulan Əlavə Dəyər Verqisi (Ə.D.V) nəzərə alınır. İstehlaka nəzarət ilk növbədə ASC-nin Rayon Enerjisatış İdarələri tərəfindən aparılır. Bu, birbaşa olaraq sayğac oxuyucusu və mühəndislər tərəfindən həyata keçirilir. Əgər sayğac oxuyucusunun hər hansı bir obyektin elektrik enerjisindən istifadəsindən qeyri-qanuni olduğundan şübhələnərsə obyektdə yoxlama aparılması məqsədi ilə tabe olduğu mühəndisə və ya şöbə rəisinə məlumat verir və obyektin elektirk enerjisindən istifadəsi mühəndislər tərəfindən yoxlanılır. Sonuncu olaraq istehlaka nəzarəti Nəzarət İdarəsinin işçiləri tərəfindən hər hansı bir obyektin işinə mane olmamaq şərti ilə reyd vasitəsi ilə aparılır. Əgər obyektin elektrik enerjisindən istifadəsində qeyri-qanunilik aşkar olunarsa, Elektrik Enerjisindən İstifadə Qaydalarına əsasən işlədicilərin yükünü nəzərə alaraq itirilmiş elektrik enerjisinin məbləği hesablanaraq əlavə sərfiyyat tətbiq olunur. Bu günə kimi heç bir belə tədbir görülməyib.

Hörmətli Baba müəllim! Ruslan və Canəhməd bunu təkcə bizim müəssisələrə tətbiq edirlər. Halbuki, ərazidə 240-a yaxın daş karxanası fəaliyyət göstərir. Bundan başqa ərazidə ümumiyyələ elektrik sayğacı olmayan istifadəçilər var ki, həmin əlavə sərfiyyat onlara münasibətdə tətbiq edilməlidir. Lakin nədənsə məhz bu qanun pozuntuları bu özbaşınalıq, bu hörmətsizlik bizlərə qarşı edilir. Bunu isə onlar belə izah edirlər ki, “həmin adamlar başqa cür ödəniş edərək öz sərfiyyatlarını ödəyirlər”. Elektrik enerjisinin qiymətləri (tariflər) В«Elektroenergetika haqqındaВ», В«Təbii inhisarlar haqqındaВ» Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Biz də tarifə uyğun olaraq öz ödənişimizi etmək istəyirik. Kiminsə cibinə gedən qanunsuz çirkli pullara vasitə olmaq fikrində deyilik. “Elektrik enerjisindən istifadə” Qaydalarına əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsi ilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Belə bir hal mövud deyil. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən Qaydalara uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi bütün bu deyilənlər birbaşa və dolayısı ilə korrpusiyaya şərait yaradan hallardır. Hesab edirik ki, bütün bu xüsusatlar araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Azərbaycanda müşahidə olunan dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğuru islahatların nəticəsi olmaqla yanaşı, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğı nəticəsində mümkün olmuşdur. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir. Prezident İlham Əliyevin ötən beş illik fəaliyyətində qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Cənab İlham Əliyevin son illərdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, "Korrupsiyaya qarşı mübarizə haqqında", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu vardır: "...Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir, burada süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb, amma yenə də faktlar var. Məlumatlar gəlir ki, hüquq-mühafizə orqanları biznes strukturlarına müdaxilə edirlər, incidirlər, əsassız tələblər irəli sürürlər. Bunu yığışdırın....Mənim siyasətim bundan ibarətdir... Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm".

Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən İdarənizin əməkdaşları Ruslan və Canəhməd barəsində xüsusi tədbirlər görməyə və müəssisəmizə yazılan əlavə sərfiyyatların ləğv edilməsi barədə səlahiyyətiniz çərçivəsində göstəriş verməyinizi xahiş edirik.

İmza: “ENSO” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Eyniyev Natiq Sarıbala oğlu, “NFT” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Abbasov Kamal Babalı oğlu, “Karvansaray” Məhdud Məsuliyyətli Cəmiyyəti, Sahibkar Quliyev İlqar Nadir oğlu, “Minkənd” MMC-nin rəhbəri Qazakov Şirvan İsmayıl oğlu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru