Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                     Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi .....                     Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub .....                     Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir .....                     Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq .....                     “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb .....                     Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? .....                     Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? .....                     Döyüşə robotlar gedir .....                     XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib .....                     Mandatı olsa da, misrası olmayan şair deputatımız .....                     Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... .....                     Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən .....                     "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? .....                     Paşinyan müxalifəti hədələdi .....                     Energetik içkilər azyaşlılara hələ də satılır .....                     Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır .....                     Ramil Əmənova vəzifə verildi .....                     Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir .....                     WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir .....                     Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı .....                     S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub .....                     SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib .....                     Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib .....                     Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                 

“Rusiya casusları istəsə, hakimiyyətləri də dəyişərlər...” - Əfsanəvi kəşfiyyatçı
Tarix: 16-09-2014, 15:11 | Çap et
“Rusiya casusları istəsə, hakimiyyətləri də dəyişərlər...”
Polşanın “Polska” jurnalı əfsanəvi polyak kəşfiyyatçısı Aleksandr Makovskidən Rusiya kəşfiyyatının Ukrayna və digər keçmiş sovet respublikalarında, habelə Şərqi Avropadakı fəaliyyəti ilə bağlı müsahibə alıb.

Aleksandr Makovski casus oğludur, London və Vaşinqtonda böyüyüb, Harvard Universitetinin təqaüdçüsü olub, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Keykutadakı kəşfiyyat məktəbində təhsil alıb. Polşa Təhlükəsizlik Xidmətinin XI şöbəsinin keçmiş rəhbəridir. Polşa kəşfiyyatının məxfi əməliyyatlarından bəhs edən “Bin Ladeni təqib edərkən. 1997-2000-ci illərdə əfqan tələsində” adlı kitabın müəllifidir.

Virtualaz.org saytı A.Makovskinin müsahibəsinin rus dilindən tərcüməsini təqdim edir:

***

-Belə demək olarmı ki, Rusiya ilə Ukrayna arasında kəşfiyyat müharibəsi gedir?

-Rusiya üçün kəşfiyyat müharibəsi daim gedir, axı kəşfiyyat fəaliyyəti bu cür situasiyaları həmişə əvvəlcədən proqnozlaşdırır. Effektiv və iş qabiliyyətli kəşfiyyata malik olan prezident Putin gözəl bilirdi ki, Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya sazişinin davamı nə olacaq. O bilirdi ki, növbəti addım Ukraynanın NATO-ya üzvlüyü olmalıdır. Bununla əlaqədar olaraq o sadə seçim qarşısında qaldı: ya Krım onun bazası olacaq, ya gələcək NATO bazasına çevriləcək. Bütün bu çaxnaşma da oradan başladı.

-Maraqlıdır , Rusiya kəşfiyyatının fəaliyyəti içəridən necə görünür? Məsələn, rus xüsusi xidmət orqanları Ukrayna ərazisində necə fəaliyyət göstərirlər?

-Rusiya kəşfiyyatı Ukraynada, Avropada, o cümlədən Polşada, ümumiyyətlə isə bütün dünyada intriqa yaratmaq və idarə etməklə məşğuldur. O, qlobal kəşfiyyatdır, arxasında on illər, hətta yüz illər boyu fasiləsiz davam edən iş dayanır, aktivləri uzun illərdir dünyanın bütün əhəmiyyət kəsb edən ölkələrində yerləşdirilir. Bu kəşfiyyat ən müxtəlif ssenarilərə hazırdır.

-Konkret olaraq nəyə?

-Rusiya kəşfiyyatı agentura şəbəkəsinə əsaslanan kəşfiyyatdır, yəni o, agentlər üzərində qurulub. O, xarici dövlətlərdə, təşkilatlarda, ordularda, digər kəşfiyyatlarda özünə agentlər axtarıb tapır. Onların köməyi ilə informasiyaların toplanması ilə məşğul olur və harada lazım bilsə, orada qeyri-sabitlik yaradır. Mən hesab edirəm ki, Rusiya kəşfiyyatının Ukraynada imkanları daha böyükdür, orada praktiki olaraq nə istəsə edə bilər.

-Bu imkanlar haradan əldə edilib?

-Ukrayna praktiki olaraq hamının rus dilində danışdığı, Sovet İttifaqının bir hissəsi olmuş ölkədir. Ukrayna xüsusi xidmət orqanlarının zabitlərinin böyük əksəriyyəti rus kəşfiyyat məktəbini bitiriblər və onlar ruslarla bir-birlərini yaxşı tanıyırlar. Bu, ideal vəziyyətdir. Vaxtilə Şərqi Almaniya kəşfiyyatının Qərbi Almaniyada dərin infiltrasiya imkanları əldə etməsinə oxşayır. Əlbəttə, ruslar Ukrayna ilə yanaşı SSRİ-yə daxil olmuş digər respublikalarda, o cümlədən Estoniya, Latviya və Litvada da belə imkanlara malikdir. Estoniyada bu günlərdə baş vermiş hadisə buna misaldır.

-Ruslar eston əks-kəşfiyyat zabitini oğurladılar. Bu, necə mümkün oldu? Və nəyə görə?

-Estoniya NATO-nun üzvüdür. ABŞ prezidenti Barak Obama bu yaxınlarda orada oldu və güclü nitqlə çıxış etdi. Bəyan etdi ki, Şimali Atlantika alyansı bütün üzvlərini qoruyacaq. Buna cavab olaraq ruslar eston xüsusi xidmət orqanlarının zabitini oğurladılar və müşahidə edirlər ki, bundan sonra nə baş verəcək. Mənim fikrimcə, Rusiya tərəfindən bu oyun ən azı iki il əvvəl qurulmuşdu. Həmin zabit isə Rusiya tərəfində öz mənbələrinə malik idi. Mən iddiaya girə bilərəm ki, mənbələrdən biri rusların “qurbanlıq ördəyi” olub. O, həmin zabitə müxtəlif informasiyalar ötürə, müəyyən məqamda isə onu indi oğurladıqları yerə aldadıb apara bilərdi.

-Siz burada hansı ssenari görürsünüz?

-Ssenari sadədir: o zabit rusların artıq elan etdiyi kimi məhkəmə qarşısında dayanacaq, oradan isə dünyaya müxtəlif informasiyalar gedəcək. Hər şey ondan asılıdır ki, həmin zabiti hansısa rus agenti ilə görüşdə çəkiblərmi, səsini yazıblarmı, həmin agent rusların işləri ilə bağlı hansısa məlumatları ötürübmü və s. Bütövlükdə ruslar göstərmək istəyirlər ki, NATO Estoniya ərazisindən onlara qarşı fəal kəşfiyyat işi aparır. Onlar Eduard Snoudenlə bağlı vəziyyətdə olduğu kimi bu vəziyyətdən də təbliğat sferasında fayda götürməyə çalışacaqlar.

-Həmin zabiti hansı cəza gözləyir?

-Məlumdur ki, onu 20 ilə qədər həbs gözləyir. Onun yeganə şansı odur ki, NATO-nun və onun hansısa xidmətlərinin əlində rus casusları olsun və onu həmin zabitlə dəyişdirsinlər.

-Ukraynaya qayıdaq. Hansı sübutlar var ki, Rusiya kəşfiyyatı orada məhz siz deyən kimi işləyir?

-Çox şey göstərir ki, Rusiya kəşfiyyatı Ukrayna ordusunun imkanlarını gözəl bilir, onun silahları, təchizatı, hansı hücum əməliyyatlarını planlaşdırdığı ilə tanışdır. Bilir ki, komandanlıqda kim kimdir. Mən istisna etmirəm ki, bütün bu məlumatlar separatçılara ötürülürdü və nəticədə onlar Ukrayna ordusunun əməliyyatlarına yaxşıca hazırlıq görə bilirdilər. Nəticədə Ukrayna tərəfi onları qəfil yaxalaya bilmirdi. Burada rusların hərbi və mülki kəşfiyyatlarının işini bir-birindən ayırmaq lazımdır.

Ancaq Ukraynaya gəldikdə onların hər ikisinin qarşısında dayanan məqsəd ölkədə qeyri-sabitlik yaratmaqdır. Bundan əlavə indiki situasiyada Rusiya kəşfiyyatının fəaliyyəti Ukrayna ilə məhdudlaşmır. O, aydınlaşdırmağa çalışır ki, NATO hansı addımları atır, Fransa, ABŞ və Almaniya kimi ölkələr nə dərəcədə qətiyyətlidir. Yəni ruslar başa düşməyə çalışır ki, onlar Ukraynada və ya Baltik ölkələrində müxtəlif hərəkətlərlə bağlı nə dərəcədə uzağa gedə bilərlər. Mən inanıram ki, bu kəşfiyyat olduqca dəqiq məlumatlar ala bilir və prezident-polkovnik Putin kifayət qədər yaxşı bilir ki, o, özünə nəyi rəva görə bilər.

-Ukraynada Amerika kəşfiyyatı hansı rol oynayır?

-O, Rusiya kəşfiyyatı Qərbdə nə işlə məşğul olursa, o işi görür: rusların hədəfinin nədən ibarət olduğu barədə informasiya almaq istəyir, separatçıların nə etdiyi, nə qədər uzağa gedə biləcəkləri ilə maraqlanır. Amerikalılar aydınlaşdırmaq istəyir ki, ukraynalılar Avropa İttifaqına daxil olmağa nə dərəcədə hazırdır, onların ruslara müqavimət imkanı necədir. Bu, Birləşmiş Ştatlarla Rusiya arasında qlobal xarakter daşıyan irimiqyaslı oyundur, Ukrayna bu oyunda epizodlardan yalnız biridir.

-Amerika kəşfiyyatı Ukraynaya hansı köməyi göstərə bilər?

-Bu dəstək haqda açıq danışırlar. Axı Amerika kəşfiyyatı müxtəlif peyk çəkilişlərini açmağa qərar verir, bu şəkillərdə rusların mövqeləri, onların texnikası, Ukrayna ərazisində hərəkəti görünür. Lakin problem ondan ibarətdir ki, amerikalılar ilk növbədə elektron kəşfiyyata üstünlük verdilər. Bu sahədə onlar ustadır, ancaq agentura kəşfiyyatında amerikalıların işləri yaxşı getmir. Bu isə o deməkdir ki, əgər onların Kremldə, bilavasitə Putinin ətrafında agentləri yoxdursa, deməli, amerikalılar Rusiya prezidentinin növbəti addımın nədən ibarət olacağını da yaxşı bilmirlər. İndiki situasiyada isə ən başlıcası budur.

-Hansı yaxşıdır - əla agentura kəşfiyyatına malik olmaq, yoxsa fantastik texnikaya?

-Mən Polşa kəşfiyyatı barədə danışıram. Bizi həmişə belə öyrədiblər ki, kəşfiyyatda əsas silah agentdir, texnika isə əlavə köməkçi rolunda çıxış edir. Texnikanı bu və ya digər yolla aldatmaq olur. Amma əgər sərəncamınızda konkret dövlət başçısının, yaxud konkret hərbi qərargahın planlarına çıxış imkanları olan, yaxşı yoxlanılmış, sınaqdan çıxarılmış agent varsa, bu, qiyməti sözlə ifadə oluna bilməyən böyük üstünlükdür. Onu heç bir texnika əvəz edə bilməz. Xüsusilə də çoxqütblü dünyada agentura kəşfiyyatının misli yoxdur.

-Rusiyada mülki və hərbi kəşfiyyatın rollarının ayrılmasının mahiyyəti nədən ibarətdir?

-Onlar bir-birini tamamlamalıdır. Hərbi kəşfiyyat ilk növbədə Ukrayna ordusunun imkanlarını öyrənməklə məşğuldur. O, Ukraynada baş verənləri müşahidə edir, orada başqa ölkələrdən olan insanların döyüşüb-döyüşməməsini öyrənir, NATO çərçivəsindəki müxtəlif milli qoşun növlərinin hərəkətlərini izləyir. Mülki kəşfiyyat isə ilk növbədə Qərbin və ABŞ-ın Ukrayna hadisələrinə münasibətini və rusiyalıların atdığı addımları öyrənməklə məşğul olur. Məqsəd bu suala cavab tapmaq üçün məlumat toplamaqdır: “Biz bir addım da irəli getsək, Qərb nə edəcək?”

-Ruslar “biz Ukraynaya silah satmağa hazırıq” deyən Polşa müdafiə naziri Tomaş Semonyakın bu bəyanatına reaksiya verə bilərlərmi?

-Bunun Rusiyadan ötrü heç bir xüsusi əhəmiyyəti yoxdur. Çünki Ukraynanın müdafiə sənayesi kifayət qədər yaxşı səviyyədədir. Bir neçə silah növünü çıxmaq şərtilə Ukraynada özlərinə lazım olan hər şey var. Kiyevin problemi silahla bağlı deyil. Kiyevin əsas problemi pis komandanlığı olan, pis təlim görən zəif ordudur. Əsas məsələ də budur. Ukrayna yaxın zamanlara qədər hətta Polşadan da böyük silah ixracatçısı idi. Orada kifayət qədər silah var. Özü də silahları da yaxşıdır.

-Polşa ekspertləri deyirlər ki, polyak mətbuatı Ukrayna münaqişəsini təhrif olunmuş formada təqdim edir. Bu cür baxışlar Rusiya təbliğatının təsirinin nəticəsi sayıla bilərmi?

-Ruslar öz təbliğatını aparır, Qərb də özününkünü. Polşa əlbəttə ki, Qərbin bir parçasıdır. Buna görə də təbliğat oyunlarında iştirak edir. Lakin belə deyim ki, istənilən kəşfiyyatın qarşı tərəfi necə anlamağa dair köhnə metodikası var. Qarşı tərəfin oturduğu stulda oturmaq, onun kimi düşünməyə başlamaq lazımdır. O zaman sənin üçün müəmmalı olan məsələlər aydın olacaq. Əgər biz oturub Putin kimi düşünsək, onda bəlli olacaq ki, onun bütün hərəkətlərinin nəticələrinin açıq-aydın olacağını görəcəyik. Putin heç bir sürpriz yaratmır. Aydın məsələ idi, əgər Avropa İttifaqı Ukrayna ilə Assosiasiya sazişi imzalamaq istəyirdisə, Putin avtomatik şəkildə belə qərar verməli idi ki, növbəti addım Ukraynanı NATO üzvlüyünə dəvət etmək olacaq.

Bu məntiqdən çıxış edən Putinin seçimi çox sadə idi: “Mən buna ya yol verməliyəm, ya da yox”. Putin Rusiyanın qulağının dibində Ukrayna boyda NATO dövlətinin peyda olmasını istəmədiyi üçün buna yol verməmək qərarına gəldi. İlk addım Krımın tutulması oldu. Krım Putin üçün müstəsna əhəmiyyətə malik idi. Çünki Krım Aralıq dənizinə pəncərə, deməli, dünyanın yarısına çıxış deməkdir. Əgər biz qarşı tərəfin nə düşündüyünü anlamağa çalışsaq, bu zaman heç bir sürpriz olmaz. Belə metodikaya malik olan, özü də ondan tez-tez istifadə edən Qərb, xüsusilə də amerikalılar baş verənlərdən bu üzdən zərrə qədər də təəccüblənmədilər. Rusiya ilə ABŞ arasında bu gün də davam edən bu oyunların kökü hələ “soyuq müharibə” dövrünə gedib çıxır. Bu, onlar üçün adi işdir.

-Bu oyunlar Polşa kontekstində necə görünür?

-Rusiya kimi ölkə həm Polşada, həm də digər regionlarda baş verənlərə hansısa formada təsir göstərməyə həmişə çalışıb və çalışır. Rusiyanın imkanlarının bu və ya digər partiyanın qələbəsini təmin edəcək səviyyədə böyük olacağına tam əmin deyiləm. Lakin Rusiya buna bu və ya digər dərəcədə təsir göstərə bilər. Buna misal olaraq Putinin “Tu” təyyarəsinin qalıqlarını Varşavaya bir ildən sonra vermək və Polşadakı resurslarını fəallaşdırmaq barədəki qərarını göstərmək olar. O zaman bizdə təyyarənin qalıqları ətrafında mübahisələr qızışacaq və Smolensk aviaqəzası ilə bağlı başqa süjetlər meydana çıxacaqdı. Təyyarə qalıqları ətrafındakı diskussiyalar bütün seçkiqabağı kampaniyanın sifətini dəyişəcəkdi. Buna əminəm.

-Bu, seçkinin nəticələrinə təsir edə bilərmi?

-Edə bilər. Rusiyada bizim ölkəmizdə müxtəlif hadisələr törətməyə qadir bütöv qərargahlar işləyir. Deməli, onlar belə bir ssenarini düşünüblər.

-Rus casusları polyak xarakterini çox yaxşımı bilirlər?

-Məncə, onlar bunu polyakların özündən də yaxşı bilirlər. Bizə uzaqdan baxan kənar müşahidəçi polyakların özünə qarşı istifadəsi mümkün olan müxtəlif elementləri daha asanlıqla və soyuq başla, heç bir hissə qapılmadan sezə bilir.

-Polyak kəşfiyyatının rus kəşfiyyatına qarşı çıxmağa imkan verəcək öz metodları varmı?

-Buna inanıram və əminəm ki, şərq istiqaməti polyak kəşfiyyatı üçün ən əsas istiqamətdir. Lakin gördüyümüz kimi, Ukraynada məsələ artıq bitib. Qərb Krım məsələsi ilə də, Luqansk və Donetskdə geniş muxtariyyət məsələsi ilə də artıq barışıb. İndi ən böyük təhlükə bütün dünya boyunca özünü göstərən xilafətlər məsələsidir.

-Yəni İslam siyasi sistemi. Üsamə bin Ladeni “ovlayan”, sonra da bunu öz kitabında təsvir edən adam bu məsələdən yəqin ki, daha yaxşı baş çıxarar...

-Putin Avropada və ya başqa yerdə heç vaxt açıq müharibəyə girişməyəcək. Xilafətlərə gəlincə isə onlardan biri artıq Suriya və İraqda yaranıb. Nigeriya və Somalidə də xilafətlər mövcuddur. Tezliklə Əfqanıstanda da yaranacaq. Avropada 15 milyon rusiyalı yoxdur. Amma bu qədər müsəlman var. Həyat islamçılara yeni silah verib. Məsələn, Ebola virusu kimi. Təsəvvür edin ki, islamçılar 100-200 nəfər cihadçını bu virusa yoluxdurub onları Avropaya göndərdi. O zaman Qərbdə insanları bürüyəcək qorxu və dəhşət hissi 11 sentyabr teraktlarının təkrarlanması ehtimalının yaratdığı qorxu hissindən qat-qat güclü olardı. Bu isə ən real təhlükədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21
"Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18
Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09
Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07
Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03
Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55
WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36
S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34
SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30
Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21
Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Dünən, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Dünən, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru