Tehran Elektrik Paylayıcı Şirkəti paytaxtın enerji şəbəkəsinin dayanıqlığının qorunması məqsədilə məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Tehran Elektrik Paylayıcı Şirkəti havaların istiləşməsi və paytaxtda elektrik enerjisinə tələbatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar bu gündən etibarən Tehranın müxtəlif bölgələrində məhdudiyyətlərin tətbiq olunacağını bildirib.
Bundan əvvəl İranın Elektrik Enerjisinin İstehsalı, Ötürülməsi və Paylanması Şirkəti də 40 günlük müharibə zamanı ölkənin elektrik infrastrukturuna ciddi ziyan dəydiyini açıqlamışdı.
Şirkətdən bildirilib ki, texniki hesablamalara əsasən, İranın elektrik şəbəkəsinin gücü təxminən 4200 meqavat azalıb və şəbəkənin 2 mindən çox nöqtəsi zədələnib. Qeyd olunub ki, bu dağıntılar pik istehlak dövründə elektrik təchizatının dayanıqlılığına və xidmətlərin göstərilmə sürətinə birbaşa təsir göstərir.
















