Son Azərbaycan çempionu “Sabah” Masazırdan köçəcək.
Xitab24.az-ın əldə etdiyi eksklüziv məlumata görə, “bayquşlar” “Liv Bona Dea Arena”nı AFFA-dan satın alıb.
Bunun üçün “Sabah” rəhbərliyi 12 milyon manat ödəyib.
Son çempion sözügedən stadionda əvvəlcə təmir işləri aparacaq, daha sonra sonra ev oyunları məhz bu arenada keçirəcək.
“Sabah”ın yeni mövsümdən Mərdəkanda oynayıb- oynamayacağı ilə bağlı klubdan
Xitab24.az-ın sorğusuna cavab olaraq bildirilib:
“Hazırda komandamız “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Gələcəkdə hər hansı yenilik olsa, bu barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik”.
Qeyd edək ki, “Sabah” əvvəllər “Əlincə Arena”, daha sonra isə “Bank Respublika Arena” adlanan Masazırdakı stadiondan icarə əsasında istifadə edir.
Onu da əlavə edək ki, əvvəlki adı “Dalğa Arena” olan “Liv Bona Dea Arena”nın açılışı 2011-ci ildə baş tutub. Açılış mərasimində həmin vaxt FİFA-nın prezidenti olan Yozef Blatter və UEFA-nın ozamankı prezidenti Mişel Platini də iştirak edib.



















