Televiziya niyə izlənilmir? .....                     Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb .....                     Bakıda hoteldə FACİƏ: .....                     Jurnalist araşdırmaları Ermənistanı silkələdi: .....                     DİN vətəndaşlara çağırış edib: .....                     Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı .....                     "Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." .....                     Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı .....                     Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? .....                     Deputatlar sabah son iclaslarına çıxır .....                     Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: .....                     Elvariz Məmmədov yeni vəzifətə təyin olundu .....                     Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... .....                     100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi .....                     AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu .....                     Prezident DİN-nin iki polkovnikinə general-mayor rütbəsi verib .....                     Rusiya ordusu üçün “könüllü” toplanışı: .....                     Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir .....                     ""Problem həll olundu" deyilir, amma yenə eyni şey..." .....                     Xəzər düyünü: geosiyasi-ekoloji fəlakət astanasında .....                     Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR? .....                     İcra nümayəndələrini "TASA OTURDAN" müavin İŞDƏN QOVULDU .....                     Monitorun kiçilməsi sizi aldatmasın!.. .....                     Əziyyət çəkib verilişə bir də baxın! .....                     Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! .....                     Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... .....                     Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB .....                     Ukrayna cəbhəsində gərginlik davam edir.. .....                     Ceyhun Cəlilovun məmurları HOQQA VERİR .....                     Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək .....                     "Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" .....                     Babək Hüseynov dövlətə necə ZİYAN VURUR .....                     Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... .....                     Nail Abdullayev haqda İLGİNC FAKT .....                     ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər .....                     ABŞ və İran arasında qarşılıqlı zərbələr güclənib, .....                     İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb .....                     CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı .....                     ABŞ İrana yeni zərbələr endirməyə başlayıb .....                     "The Guardian" sensasiyalı planı açdı: .....                 

Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: - "Öldürmək istəmirdim, özümü saxlaya bilmədim"
Tarix: Bu gün, 10:19 | Çap et

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qardaşının arvadını qətlə yetirməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Pərviz Məlikovun cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, prosesdə ittiham aktı elan olunub.


İttihama görə, təqsirləndirilən şəxs qardaşına məxsus torpaq sahəsi ilə bağlı illərlə davam edən narazılığın təsiri altında qardaşının həyat yoldaşı, zərərçəkmiş Əminə Məlikovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisədən əvvəl Pərviz Məlikov qardaşı Əmrulla Məlikova məxsus 0,11 hektar torpaq sahəsinin ona verilməli olduğunu deyib. Bu məqsədlə 2015-2016-cı illərdə müxtəlif məhkəmə instansiyalarına – Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciətlər etsə də, bütün instansiyalar torpaq sahəsinin qardaşının mülkiyyətində qalması barədə qərarlar qəbul ediblər.

Məhkəmə qərarları ilə razılaşmayan təqsirləndirilən şəxs mübahisəni hüquqi yollarla deyil, zor tətbiq etməklə həll edəcəyini dəfələrlə ətrafındakılara bildirib. Bu müddətdə qardaşı və onun ailə üzvləri ilə tez-tez münaqişələr yaşanıb. Hadisədən bir müddət əvvəl isə mübahisəli torpaq sahəsində yerləşən Əmrulla Məlikovun evinin pəncərə şüşələrini sındırıb. Bununla bağlı zərərçəkmiş polisə müraciət etsə də, həmin araşdırma da onun davranışına təsir göstərməyib.

Cinayət hadisəsi günü – 02 sentyabr 2025-ci il tarixində isə növbəti münaqişə baş verib. Belə ki, Pərviz Məlikov küçədə qardaşının həyat yoldaşı Əminə Məlikovanı görərək onunla mübahisə yaradıb. O, əvvəlcədən üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq qadına ardıcıl zərbələr endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş döş qəfəsinin döş və qarın boşluğuna nüfuz edən, ürək, ağciyər və qaraciyərin zədələnməsi ilə müşayiət olunan üç deşilmiş-kəsilmiş yara, həmçinin qarın nahiyəsində bir deşilmiş-kəsilmiş yara alıb. Bundan başqa, döş qəfəsinin arxa hissəsində və sol əlində də bıçaq xəsarətləri aşkarlanıb. Ekspertiza həmin xəsarətlərin çoxsaylı qan itirməyə səbəb olduğunu və zərərçəkmişin məhz bu səbəbdən həyatını itirdiyini müəyyən edib.

Məhkəmədə ifadə verən Pərviz Məlikov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib. O, uzun illər ailələri arasında ciddi narazılıqların mövcud olduğunu söyləyib.

Onun sözlərinə görə, münaqişənin kökü hələ 1999-cu ildən başlayıb. Təqsirləndirilən şəxs iddia edib ki, həmin vaxt anası qardaşının həyat yoldaşı tərəfindən təhqir və fiziki zorakılığa məruz qalıb. O, məhkəmədə deyib ki, anası bu hadisələrdən sonra uzun müddət yataq xəstəsi olub və sonradan vəfat edib. Pərviz Məlikov qardaşının həyat yoldaşını anasına qarşı qəddar münasibətdə ittiham edib.

O, həmçinin bildirib ki, atasından qalan torpaq sahəsinin bərabər bölünməsini istəsə də, qardaşı Əmrulla Məlikov buna razılıq verməyib. Pərviz Məlikovun sözlərinə görə, notariat sənədlərinə imza atdıqdan sonra torpaq üzərində hüquqlarının tanınmadığını öyrənib. Bu səbəbdən illərlə məhkəmələrdə mübarizə aparsa da, nəticə əldə edə bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində hadisədən bir neçə gün əvvəl mərhumun yenidən ailə üzvlərini hədələdiyini, bundan sonra isə qardaşının evinin şüşələrini sındırdığını etiraf edib.

Hadisə günü isə qardaşının həyat yoldaşı ilə danışaraq mübahisəni sülh yolu ilə həll etmək istədiyini bildirib. Söhbət zamanı Əminə Məlikova ona qarşı təhqiramiz ifadələr işlədib, anası barədə nalayiq sözlər deyib və bu zaman özünü idarə edə bilməyərək cibində gəzdirdiyi bıçaqla ona dörd zərbə vurduğunu vurğulayıb.

Pərviz Məlikov məhkəmədə qadını öldürmək niyyətində olmadığını deyib.

O bildirib ki, hadisədən sonra peşman olub, evdən götürdüyü örtüyü zərərçəkmişin üzərinə salıb, çantasını və mobil telefonunu da yanında qoyub. Daha sonra hadisə yerinə yaxınlaşan patrul əməkdaşlarına baş verənləri özü danışdığını qeyd edib.

Bununla belə, məhkəmə iş üzrə toplanmış sübutları, ekspertiza rəylərini, şahid ifadələrini və digər materialları qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini qəsdən adam öldürmə kimi qiymətləndirib və iş üzrə yekun hüquqi nəticəyə gəlib.

Məhkəmənin hökmü ilə Pərviz Məlikov cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətə azadlıqdan məhrum edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Televiziya niyə izlənilmir? - Problem tamaşaçıdadır, yoxsa efirdə?
Bu gün, 11:39
Azərbaycanlı alim Dünya Bankının sertifikatına layiq görülüb
Bu gün, 11:36
Bakıda hoteldə FACİƏ: - Gənc işçinin ürəyi dayandı
Bu gün, 11:27
Jurnalist araşdırmaları Ermənistanı silkələdi: - Milyonluq saatlar və hakim partiyanın maliyyəsi sual altında
Bu gün, 11:24
DİN vətəndaşlara çağırış edib: - Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın!
Bu gün, 11:07
Bir saat ərzində mağazadan əvvəl oğurluq etdi, sonra balta ilə qayıdıb taladı – CƏZA
Bu gün, 11:00
"Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.." - İTTİHAM VAR...
Bu gün, 10:58
Məhkəmə nənə və babasının qəbir daşlarını dağıdan gənclə bağlı qərar çıxardı
Bu gün, 10:49
Maliyyə naziri NK qarşısında GERİ ÇƏKİLDİ? - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Deputatlar sabah son iclaslarına çıxır - DETALLAR
Bu gün, 10:35
Torpaq davası faciəyə çevrildi, gəlinlərini qətlə yetirdi: - "Öldürmək istəmirdim, özümü saxlaya bilmədim"
Bu gün, 10:19
Elvariz Məmmədov yeni vəzifətə təyin olundu - ƏMR
Bu gün, 10:17
Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı... - FOTOLAR
Bu gün, 10:11
100 manatlıq taksi sifarişi quldurluqla nəticələndi, sürücünün maşını ələ keçirildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu
Bu gün, 10:03
Prezident DİN-nin iki polkovnikinə general-mayor rütbəsi verib - ADLAR...
Bu gün, 09:50
Rusiya ordusu üçün “könüllü” toplanışı: - İşçisini verməyən müəssisələr...
Bu gün, 09:45
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir - İlham Əliyevdən SENSASSİON AÇIQLAMA
Bu gün, 09:39
""Problem həll olundu" deyilir, amma yenə eyni şey..." - GİLEY
Bu gün, 09:38
Xəzər düyünü: geosiyasi-ekoloji fəlakət astanasında - AKTUAL
Bu gün, 09:30
Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR? - İLGİNC
Bu gün, 09:12
İcra nümayəndələrini "TASA OTURDAN" müavin İŞDƏN QOVULDU - 3 saat qapalı iclas keçirilib...
Bu gün, 09:03
Monitorun kiçilməsi sizi aldatmasın!.. - AKTUAL
Bu gün, 07:39
Əziyyət çəkib verilişə bir də baxın! - Problem məndə deyil! Sizdədir...
Bu gün, 07:18
Rusiya çıxış yolu tapdı: Gəmiləri belə qoruyacaq! - "Defens Blog"
Bu gün, 07:02
Şəxsi informasiya seçimi ilə gigiyena vərdişini eyni müstəviyə qoymaq sağlam arqument deyil... - ETİRAZ
Bu gün, 07:00
Yasamalda bütün ara küçələr ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 06:55
Ukrayna cəbhəsində gərginlik davam edir.. - TƏFƏRRÜAT
Bu gün, 06:40
Ceyhun Cəlilovun məmurları HOQQA VERİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Almaniya 50 min Shrike FPV dronunun istehsalını maliyyələşdirəcək - Ukraynanın Müdafiə Qüvvələri üçün...
Bu gün, 06:26
"Həmən üzərimə töklüşdülər ki, Putin Trampa kömək etmək üçün belə deyib" - partiya sədri
Bu gün, 06:21
Babək Hüseynov dövlətə necə ZİYAN VURUR - BU RƏSMƏN QARƏTDİR!
Bu gün, 06:17
Banklarla bağlı gözlənilməz vəziyyət: Böyük risk yaranıb... - bu sistemə keçilməsə…
Bu gün, 06:07
Nail Abdullayev haqda İLGİNC FAKT - SƏN DEMƏ...
Bu gün, 06:04
ABŞ-nin Küveytdəki bazasından sağ çıxanlar komandanlığı səhlənkarlıqda ittiham ediblər - WP
Bu gün, 05:49
ABŞ və İran arasında qarşılıqlı zərbələr güclənib, Hörmüz boğazı yenidən bağlanıb
Bu gün, 05:36
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 02:59
CENTCOM Küveytdə üç amerikalı hərbçinin öldürülməsi ilə bağlı məlumatları təkzib edib
Bu gün, 02:55
ABŞ İrana yeni zərbələr endirməyə başlayıb - KİV
Bu gün, 02:52
"The Guardian" sensasiyalı planı açdı: - Avropa İrana güzəştə gedir, yoxsa yeni rüsum?
Dünən, 12:04
Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 12:02
Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası
Dünən, 11:54
Cəmiyyət kişidən ciddi olmağı, məsuliyyət daşımağı, ailə dolandırmağı gözləyir... - AMMA...
Dünən, 11:51
İcra məmuru vəzifəsinə qəbulda müraciət edənlərin 90 %-dən çoxu hüquqşünas deyil - Seyfəlpaşa Əliyev
Dünən, 11:41
Rəhbərlik işi düzgün tənzimləyə bilmir deyə... - BU NƏDİ BELƏ?
Dünən, 11:40
“Azərbaycan Nüvədini geri istəyir..” - Ermənilər təlaşda
Dünən, 11:24
Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub - SEPAH
Dünən, 11:21
"O saat rayon rəhbərliyi hücuma keçərək mane olur..." - MÜRACİƏT
Dünən, 11:03
DÖNÜŞ NÖQTƏSİ... - ANIM
Dünən, 10:50
Putin nüvə silahına ƏL ARTACAQMI... - GƏLİŞMƏ
Dünən, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru