" "Leobank"ın əməkdaşlarına müraciət edirəm... zəhmət olmasa, əlaqə saxlayn..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Adəm Əlizadə adlı sosial şəbəkə istifadəçisi qeyd edib.
Üzləşdiyi problemlə bağlı sözgüedən bankla əlaqə qura bilmədiyini iddia edən narazı vətəndaş daha sonra müraciətinə belə davam edir: "Nə "whatsapp", nə "telegram", nə də videozəng vasitəsilə problemi həll edə bilmirlər. Əməkdaşlar çox məsuliyyətsizcəsinə yanaşırlar problemlərə. Ancaq "copy-paste" məlumatlar təqdim edilər təəssüf ki...
Videozəng üçün zəng olunur, "problem həll olundu deyilir", amma yenə eyni şey. 3 saatdır heç bir əməkdaş köməklik göstərmir..."







