Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyində yeni təyinat olub.
"DİA-AZ" Anz.az-a istinadən xəbər verir ki, Elvariz Məmmədov Səlahiyyətli Nümayəndəlikdə vəzifəyə təyin edilib. Onun LinkedIn profilində də iş yeri olaraq Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyi göstərilib.
Qeyd edək ki, Elvariz Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsində məsləhətçi vəzifəsində çalışıb.







