Əsas Səhifə > Güney Press > ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb

ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb


Bu gün, 12:07

ABŞ-ın “ChampionX” şirkətinin Azərbaycandakı törəmə şirkəti “ChampionX Azərbaycan” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 4 500 100 ABŞ dollarından 100 ABŞ dollarına endirilib.

Bununla da şirkətin nizamnamə kapitalı 4 500 000 ABŞ dolları məbləğində azaldılıb.

“ChampionX Azərbaycan” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev 16, Time B/M, 2-ci mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Leonard Knoxdur.


Geri qayıt