UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                 

"Bakıda başlayan tikinti bumu bu prosesi daha da sürətləndirdi" - deputat
Tarix: 13-01-2026, 06:08 | Çap et

Son illər rayonlardan Bakıya axın olması cəmiyyətdə ciddi sosial-iqtisadi problemlər yaradıb. Paytaxtda əhali sıxlığının artması, bölgələrdə isə iş yerlərinin məhdudluğu bu prosesi daha da sürətləndirib. Prezidentin yerli telekanallara müsahibəsində regionlarda yeni iş yerlərinin yaradılması, xüsusilə Xankəndi və Ağdamda məşğulluğun artırılması məsələsinə toxunması mövzunu yenidən gündəmə gətirib.

Bəs rayonlardan Bakıya axının qarşısını almaq üçün hansı addımlar atılır? Bu problemin həlli üçün kompleks yanaşma necə qurulmalıdır?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, bu məsələ hazırda olduqca aktualdır:

“Şübhəsiz ki, urbanizasiya müəyyən problemlər yaradır. Çünki regionların sosial-iqtisadi inkişafı üçün əsas şərtlərdən biri yerli əmək ehtiyatlarının mövcudluğudur. Əhalinin kütləvi şəkildə iri şəhərlərə axını baş verdikdə bölgələrdə sənaye müəssisələrinin yaradılması, istehsalat proseslərinin qurulması və kənd təsərrüfatının inkişafı ciddi çətinliklərlə üzləşir. Bu sahələrin hər biri bilavasitə kifayət qədər əmək qüvvəsinin cəlb olunmasını tələb edir və əmək resursları olmadan genişmiqyaslı istehsalın təşkili mümkün deyil”.

Millət vəkili bildirib ki, urbanizasiya prosesi Azərbaycanda sovet dövründən formalaşmağa başlayıb:

“Müstəqillikdən sonra isə ölkə ərazisinin təxminən beşdə bir hissəsi işğal olundu, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu amil əhalinin iri şəhərlərə, xüsusilə Bakıya üz tutmasını sürətləndirdi və urbanizasiya templərini daha da artırdı. Eyni zamanda bölgələrdə kənd təsərrüfatında yaranan problemlər və uzun müddət lazımi maliyyə axınlarının təmin olunmaması fermer təsərrüfatlarının inkişafını məhdudlaşdırdı. Bu da insanları məşğulluq imkanları axtarmağa vadar etdi. Xüsusilə 2001-ci ildən sonra Bakıda başlayan tikinti bumu bu prosesi daha da sürətləndirdi. Onlarla, yüzlərlə yaşayış binasının eyni vaxtda inşası böyük əmək ehtiyatlarına ehtiyac yaratdı və bu, əsasən regionlardan gələn əhali hesabına ödənildi. Nəticədə paytaxtda iqtisadi fəallıq artdı, bölgələrdən paytaxta axın daha da intensivləşdi və regional inkişafda disbalans yarandı”.

Azər Allahverənov qeyd edib ki, hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı dövlət strategiyası həyata keçirilir:

“Torpaq paylarının verilməsi, güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatının müxtəlif sahələri üzrə maddi-texniki bazanın yaradılması və infrastrukturun qurulması bölgələrdə məşğulluğun təmin olunmasına xidmət edir. Bu siyasət müəyyən nəticələr də verib. Xüsusilə 2020-ci illərdə diurbanizasiya meyilləri müşahidə olundu, yəni insanların müəyyən hissəsi yenidən rayonlara qayıtmağa başladı. Bu prosesdə pandemiyanın da rolu oldu. Belə ki, bir sıra sahələrin, o cümlədən tikinti və istehsalatın məhdud fəaliyyət göstərməsi məşğulluq imkanlarını azaltdı və insanları doğma bölgələrinə dönməyə sövq etdi.

Digər mühüm amil 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə başlayan bərpa və inkişaf prosesləridir. 2023-cü ildə dövlət suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında genişmiqyaslı infrastruktur layihələri icra olunur. Buraya yol-nəqliyyat infrastrukturu, istehsalat sahələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, yaşıl və bərpa olunan enerji layihələri, meşə təsərrüfatının bərpası və xidmət sektorunun təşkili daxildir. Bu tədbirlər keçmiş məcburi köçkünlərin təhlükəsiz və dayanıqlı şəkildə qayıdışını təmin etməyə yönəlib. Artıq həmin ərazilərdə multimodal yol infrastrukturu fəaliyyət göstərir, dəmir yolu xətləri, avtomobil yolları və Füzuli, Zəngilan və Laçın hava limanları istifadəyə verilib. Bu, iqtisadi inkişaf üçün əlverişli mühit yaradır.

Deputatın sözlərinə görə, “Böyük Qayıdış” proqramının birinci mərhələsinin 2026-cı ilin sonuna qədər tamamlanması və ümumilikdə 160 min nəfərin qayıdışının təmin edilməsi nəzərdə tutulur:

“Bu, həm də böyük əmək ehtiyatlarının həmin bölgələrə cəlb olunması deməkdir və iqtisadi fəaliyyətin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2025-ci ilin sonuna olan məlumata görə, təxminən 70 min nəfərin işğaldan azad edilmiş ərazilərə qayıdışı təmin olunub. Ümumilikdə, regionların inkişafı kompleks yanaşma tələb edir. Hər bir bölgənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalı və həmin xüsusiyyətlərə uyğun layihələr həyata keçirilməlidir. Son 20 il ərzində regionların inkişafına 120 milyard manatdan çox vəsaitin yönəldilməsi dövlətin bu sahəyə xüsusi diqqət ayırdığını göstərir. İqtisadiyyatın yeni dövrün çağırışlarına uyğun formalaşmasında əsas amil insan faktorudur və məşğulluq burada prioritet məsələ olaraq qalır. Əsas məqsəd şəhərlərə axının inzibati üsullarla qarşısını almaq deyil, bölgələrin inkişafı üçün daha geniş və dayanıqlı şərait yaratmaqdır. Bu baş verdiyi təqdirdə, əks proses, yəni şəhərlərdən rayonlara qayıdış da mümkün ola bilər.

Xüsusilə kənd təsərrüfatında motivasiyaedici mexanizmlər vacibdir. Güzəştli kreditlər, dövlət zəmanətləri və effektiv bazar mexanizmləri fermerlərin bu sahəyə marağını artıra bilər. Kənd təsərrüfatında istehsal, satış və gəlirin əldə olunması zənciri tam və fasiləsiz işləməlidir. Zəncirin istənilən həlqəsində yaranan boşluq insanları bu sahədən uzaqlaşdırır və onları daha zəmanətli məşğulluq axtarışına, hətta miqrasiyaya sövq edir. Bu baxımdan bölgələrin potensialına uyğun inkişaf strategiyalarının davamlı şəkildə təkmilləşdirilməsi vacibdir. Həyata keçirilən yol xəritələrinin yenidən nəzərdən keçirilməsi və Prezidentin vurğuladığı prioritetlər əsasında daha çevik, effektiv mexanizmlərin tətbiqi regionlarda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Bu gün, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Bu gün, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Bu gün, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Bu gün, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Bu gün, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Bu gün, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Bu gün, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Bu gün, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Bu gün, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Bu gün, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Bu gün, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Bu gün, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Bu gün, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Bu gün, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bu gün, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru