UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                 

“Ölkədə müştəriyə soyğun hədəfi kimi yanaşırlar” - deputat
Tarix: 10-01-2026, 09:13 | Çap et

Milli Məclis hazırda qış tətilindədir və istirahət günləri daha bir həftə davam edəcək. Bu tətil günlərində Milli Məclisin Elm və təhsil komitəsinin, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli ilə həmsöhbət olduq, gündəmin aktual mövzularından danışdıq. Təəssüf ki, deputatlıq fəaliyyəti qiymətli poeziya nümunələrinin müəllifi olan Elçin Mirzəbəylini şeiriyyatdan uzaq salıb, hər halda dediklərindən belə qənaətə gəldik.

Millət vəkilinin Musavat.com-a geniş müsahibəsini oxucularımıza təqdim edirik:

- Elçin bəy, qış tətiliniz necə keçir? İstirahət edə bilirsinizmi? Üz tutduğunuz ünvanlar xidməyinə, qiymətinə görə qane edirmi? Xüsusilə də turizm mövzusunun aktual olduğu günlərdə...

- Dekabrın 30-da Milli Məclisin payız sessiyasının son plenar iclası olub və ötən zaman kəsiyində Bakıda, ailə üzvlərimlə, doğmalarımla birlikdə olmuşam. Ara-sıra vaxt tapıb görüşə bilmədiyim dostlarla, yaxınlarla bir araya gəlmişəm. Mütailəyə müəyyən qədər vaxt ayırmaq, siyasi prosesləri kənardan izləmək, geridə qalan dövrdə baş verənlər ətrafında düşünmək, nəticə çıxarmaq imkanım olub. Bakı şəhərindən kənara çıxmadığım üçün, xüsusilə də bayram günlərində regionlara üz tutan həmvətənlərimizə göstərilən xidmətin qiymətindən və keyfiyyətindən məlumatım yoxdur. Amma ümumilikdə reallıqları bilirəm.

Onu da bilirəm ki, turizmdən real gəlir əldə edən və bunu iqtisadi hədəf kimi müəyyənləşdirən, bu məqsədlə, xüsusilə də bayram günlərində turistləri cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirən digər ölkələrdən və onların turizm sektorundan, şirkətlərindən fərqli olaraq, bizim ölkəmizdə turistə, müştəriyə bir çox hallarda potensial soyğun hədəfi kimi yanaşırlar. Bu isə daha çox mental problemdir və təkcə turizm sektoruna xas olan natamamlıq kompleksi deyil. Təəssüf ki, dilimizə, təfəkkürümüzə bütün bəlalarımızın əsas baiskarı olan qonşularımızdan keçmiş, məsəli millətimizdən uzaq, “donuzdan bir tük də qənimətdir” əxlaqsızlığını həyatımızdan hələ ki, tamamilə silə bilməmişik. Amma həm ölkəmizdə, həm də dünyada çox şey dəyişir və bu baxımdan həyata keçirilən davamlı, sistemli islahatların, həm də mənəvi mühiti sağlamlaşdıracağına ümid bəsləyirəm.

- Bu günlərdə İranda çox ciddi hadisələr baş verir və Azərbaycan şəhərləri də ayağa qalxır. Gözləntiniz nədir: fars rejimi bu dəfə də soydaşlarımızı qan gölündə boğa bilərmi? Sizcə, Güneyin azadlığına çoxmu qalıb? Yoxsa İranı türk dövləti olaraq təsəvvür edirsiniz?

- İranda baş verən hadisələrə tələm-tələsik, emosional reaksiya verməyin doğru olmadığını düşünürəm. Güney Azərbaycan mövzusu mənim üçün soy və qan yaddaşı məsələsidir və bu baxımdan, müqəddəslərim, toxunulmazlarım siyahısındadır. Amma milli qaynaqlarına yenidən qayıdan 35-40 milyonluq bir millətin uzun illər boyu müxtəlif siyasi-ideoloji rejimlərin basqısı altında, hüquqları tapdanılaraq girov saxlanıla biləcəyinə də inanmıram. Hazırda beynəlxalq hüququn müstəqil subyekti olan İran İslam Respublikasında yaşayan, etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, bütün insanların isə bu proseslərdən ziyansız, ölümsüz, xətasız çıxmalarını arzulayıram. Güney Azərbaycan, bütövlükdə isə İran türklərinin arasında kifayət qədər hazırlıqlı, dünyada baş verən prosesləri dərindən dərk edən insanlar var və onlar ötən zaman kəsiyində baş verənlərdən də nəticə çıxarıblar.

İran adlanan zəngin bir ölkəni orta əsr təfəkküründən qaynaqlanan qondarma ideoloji nağıllarla mövcud duruma gətirənlər, yaratdıqları qondarma, ziddiyyətli ideoloji sistemin dalana dirəndiyini başa düşməlidirlər. İranda dini-siyasi-ideoloji sistem tükənib və bu sistemi islahatlar yolu ilə rekonstruksiya etmək mümkün deyil. İslahat o zaman effekt verir ki, alt yapı, bünövrə sağlam olsun. Güney Azərbaycan türklərinə qarşı istənilən repressiv davranış isə bunu etmək istəyənlər üçün çox ağır nəticələrə gətirib çıxara bilər.

- Yeri gəlmişkən, Güney Azərbaycan üçün “Azadlıq marşı” yazmaq fikriniz yoxdur ki?

- Məsələyə təbii olaraq, hər birimizin emosiyalarına toxunan müstəvidən yanaşmaq istəmirəm. Amma Güney Azərbaycan türkləri ilk növbədə öz potensiallarına güvənir və tək olmadıqlarını çox yaxşı bilirlər. “Azadlıq” marşına gəldikdə isə zənnimcə, bir millət üçün iki ayrı-ayrı “Azadlıq” marşı yazılmasına ehtiyac yoxdur. Milli kimliyimiz kimi Azadlıq məfkurəmiz də bütövdür.

- Dünya çox qarışıqdır: Maduro əhvalatı, Qrenlandiya söhbəti, Rusiya-Ukrayna müharibəsi, qaynayan Yaxın Şərq…Bəs sonra və ya haraya qədər?..

- Son 150 il ərzində bəşəriyyət iki dəfə qlobal dünya nizamının yenidən qurulması prosesinə şahidlik edib. Lakin bəlli olduğu kimi nə Birinci Dünya Müharibəsinin, nə də İkinci Dünya Müharibəsinin nəticəsində formalaşan qlobal mexanizmlər dünyada davamlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün yetərli olmayıb. İkinci Dünya Müharibəsindən, BMT-nin yaradılmasından və hazırda mövcud olan və BMT Nizamnaməsinin fundamental prinsiplərindən qaynaqlanan beynəlxalq hüquq anlayışının əhəmiyyətli hissəsinin ərsəyə gəlməsindən 80 ildən bir qədər çox vaxt keçir. Bu 80 ilin əhəmiyyətli hissəsi beynəlxalq münasibətlər sisteminin tənzimləyici hüquqi anlayışlarının və mexanizmlərinin yaradılmasına həsr olunub. Amma göründüyü kimi, dünyada hüquqi mexanizmlər əsasında ədalətli dünya düzəninin qurulması mümkün olmayıb. Çünki BMT-nin həlledici təsir imkanlarına malik mexanizmlərinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının yaradılmasının özü belə ədalətli olmayıb. Bu baxımdan, yaranışdan ədalətsiz olan bir təsisatdan ədalət gözləməyin özü belə emosional sadəlöhvlük, yaxud sadəlöhv etimad göstəricisidir. BMT Təhlükəsizlik Şurası İkinci Dünya Müharibəsində qalib gələn, yaxud bu və ya digər səbəblərdən qaliblər sırasına qoşulan ölkələrdən təşkil olunub. Yəni güc amili üzərində formalaşıb. Sonrakı zaman kəsiyində isə İkinci Dünya Müharibəsinin doğurduğu siyasi, iqtisadi, hərbi və daha geniş anlamda geosiyasi nəticələr dəyişib, maraqların uzlaşdırlması çətinləşib və son nəticədə BMT Nizamnaməsi kağız parçasına, BMT-nin özü isə şikayət və təkliflər klubuna çevrilib. Nə baş verməliydisə, o da baş verib. Amma hazırda ortalıqda pis və ya yaxşı hüquqi normalar var.

- İntiusiya, politoloji baxış nə deyir? Deyəsən, 3-cü böyük savaşsız dünya gücləri sakitləşməyəcək…

- Ən pis qanun belə, qanunsuzluqdan yaxşıdır prinsipi ilə yanaşsaq, hazırda dövlətlərarası münasibətləri tənzimləyə biləcək nə alternativ hüquqi normalar, nə də alternativ təsisatlar var. Deməli, yeni dünya müharibəsi, bu müharibə başa çatdıqdan sonra formalaşacaq yeni dünya nizamının ədalətli ola biləcəyi üçün heç bir təminat vermir. Əgər Üçüncü Dünya Müharibəsi baş verəcəksə, formalaşacaq yeni dünya nizamının prinsip şərtlərini də qaliblər müəyyənləşdirəcəklər. Yəni yenə də güc faktoru həl şeyi həll edəcək. Bu səbəbdən də, Zəfərimizin memarı İlham Əliyevin uğur doktrinasının əsas tezisi – daim güclü olmaq amili hər zaman, tarixin bütün dövrlərində yeganə təhlükəsizlik mexanizmi olaraq qalacaq. Mən sualınıza hazırda göz önündə olanların təməlində dayanan əsas məqamlara aydınlıq gətirməklə cavab verdim. Maduro ilə baş verənlər isə bugünkü dünyanın real və daha aydın görünən bir səhnəsidir. Bəşəriyyət ötən 80 il ərzində dünyanın daha ədalətli olmasına nail ola bilməyib, indi isə hər kəs çox yaxşı anlayır ki, dünya ədalətli deyil və nə qədər ki, maraqlar və güc amili var, bizim humanizm prinsiplərinə uyğun təfəkkürümüzdə formalaşdırdığımız ədalətli dünya heç vaxt mövcud olmayacaq.

- Elçin bəy, necə bilirsiniz, bu il Ermənistanla sülh imzalanacaqmı? Hər halda, 2026-da əsas şərtimiz olan Konstitusiya dəyişikliyinə gedilməsi real görünmür, Paşinyan öz hayındadır. Amma Azərbaycan Prezidentinin verdiyi “ev tapşırıqları” da qüvvəsində qalır...

- 2026-cı ildə sülh gündəliyinin davam etdiriləcəyini, iqtisadi müstəvidə, xüsusilə də Ermənistanda hiss edilə biləcək müəyyən nəticələrə yol aça biləcək addımların atılmasını, delimitasiya prosesinin, yenə də əhəmiyyətli dərəcədə irəliyə aparacaq nəticələrin əldə olunacağını, TRİPP yolu ilə bağlı nəzərəçarpacaq addımların atılacağını gözləmək mümkündür. Lakin Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən və birbaşa yer alan iddialar aradan qaldırılmayınca yekun sülh müqaviləsinin imzalanacağına əmin deyiləm. Bu, kifayət qədər fundamental məsələdir. Lakin artıq paraflanmış saziş və Vaşinqtonda imzalanan bəyannamə Azərbaycanla Ermənistan arasında bir çox istiqamətlərdə sülh gündəliyini irəliyə doğru apara biləcək qarşılıqlı addımların atılmasına imkan verir.

- Deputat olaraq fəaliyyətiniz özünüzü qane edirmi? Düzdür, elə də çox müddət deyil, amma yenə də fikriniz maraqlıdır. Fəaliyyətinizə əngəllər olurmu, sözünüz məmurlar tərəfindən eşidilirmi?

- İnsanın özündən və fəaliyyətindən razı qalmasını motivasiyanı sıradan çıxaran, ətalət yaradan amil kimi dəyərləndirirəm. Bu baxımdan, özümdən və fəaliyyətimdən harada və necə çalışmağımdan asılı olmayaraq, heç vaxt razı qalmamışam. Əgər fəaliyyətimlə bağlı bu və ya digər məsələnin öhdəsindən gələ bilməmişəmsə, bu ilk növbədə mənim günahımdır. Deməli, hesablamalarım, yanaşmalarım təkmil olmayıb. Fəaliyyətimə hər hansı bir əngəl yaradılmayıb, əksinə dəstək verilib. Həm Milli Məclisin rəhbərliyi, həm Milli Məclisin Aparatı, həm də deputat yoldaşlarım tərəfindən daim diqqət görmüşəm. Bu baxımdan, hər kəsdən razıyam. Müraciətlərimə gəldikdə isə onların əhəmiyyətli hissəsi təmin edilib. Təmin edilməyəndə isə səbəbləri göstərilib, izahı verilib. Təəssüf ki, bəzən müraciətlərdə yer alan iddialar faktoloji olaraq, öz təsdiqini tapmır və yaxud aidiyyatı üzrə olmur.

Bu zaman, vətəndaşlarla söhbət aparır və onlara müraciətlərinin aidiyyatı üzrə göndərilməsi üçün tövsiyyələrimizi veririk.

Məsələn, izah edirik ki, torpaqla bağlı Məmmədin qardaşı Əhmədlə bağlı yaşadığı problem məhkəmə qaydasında həllini tapmalıdır.

Fəaliyyətimi qanunvericilik çərçivəsində həyata keçirdiyim üçün bütün qanuni və “Deputat statusu haqqında” Qanunun tələblərinə uyğun gələn müraciətlərin təmin olunmasına səy göstərirəm. Bir qayda olaraq, vətəndaş müraciətləri ilə bağlı müvafiq qurumlara sorğu ünvanlayanda real vəziyyətin hərtərəfli izahını verməyə çalışıram ki, araşırılmasında və təmin edilməsində problem yaranmasın.

- Yerli icra hakimiyyəti ilə konflikt yaşanmır ki?

- İcra qurumları ilə işgüzar və qarşılıqlı hörmətə söykənən münasibətlərim var. Onu da qeyd edim ki, yerli icra orqanlarının rəhbərləri mütəmadi olaraq, vətəndaşlarla görüşürlər və bu baxımdan, yerli problemlərlə bağl müraciətlər birbaşa onların özlərinə ünvanlanır. Mənə ünvanlanan müraciətlər isə bir qayda olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid olan məsələlərlə bağlı olur.

- Sizi tanıyanlar yaxşı bilirlər ki, nə qədər ictimai-siyasi proseslərin içərisində olsanız belə, “iki daşın arasında” da poeziyaya vaxt tapan söz adamlarındansınız. Sirr deyilsə, 2026-cı ildə şeirə “siftə” edibsinizmi?

- Son bir il ərzində ciddi bir poeziya nümunəsinin ərsəyə gəlməsinə yol aça biləcək emosional ovqat yaşamamışam. Düşüncəmdən, bəlkə də yüzlərlə şeirin leytmotivi ola biləcək fikirlər keçib. Hətta yaddaşıma həkk etdiyim tamamlanmamış şeirlər də var, amma onları nə kağız üzərinə, nə də komüterin yaddaşına köçürməmişəm. Çünki poetik ovqat tam, bütöv olmalıdır. Şeir işıq kimi ardı-arası kəsilmədən süzülməlidir. Yarımçıq ovqatdan doğulan şeirlərin yüksək poeziya nümunəsi ola biləcəyinə əmin olmadığım üçün də qələmə almıram...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Bu gün, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Bu gün, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Bu gün, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Bu gün, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Bu gün, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Bu gün, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Bu gün, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Bu gün, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Bu gün, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Bu gün, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Bu gün, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Bu gün, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Bu gün, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Bu gün, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Bu gün, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Bu gün, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru