Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                 

Böyük məmurlarımız kiçiklərdən hansı yolla pul qazanır? - Şok qiymətlər
Tarix: 3-05-2014, 17:05 | Çap et
Böyük məmurlarımız kiçiklərdən hansı yolla pul qazanır?
“Uşaq bağçalarına elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, orada qiymətlər 700 manatdan 1000 manatadək dəyişir.

Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyinin elə bir mənası yoxdur...”

Yəqin ki, xatırlayırsınız, bunu uşaq bağçalarına 10 illik vergi güzəşti verilməsi ilə bağlı müzakirələr zamanı YAP-çı deputat Siyavuş Novruzov söyləmişdi.

YAP-çı deputatın bu iradına spiker Oqtay Əsədovun cavabı isə belə olmuşdu: “Bu, yeni məsələdir və gəlin bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edək...”

Qeyd edək ki, Milli Məclisin qərarı ilə özəl uşaq bağçaları Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisi və sadələşdirilmiş vergi ödəməkdən bu il yanvarın 1-dən etibarən 10 il müddətinə azad edilib.

Virtualaz.org saytı vergi güzəştindən sonra özəl bağçalardakı qiymət fərqini araşdırıb.

Bəlli olub ki, özəl uşaq bağçaları bu ildən aylıq ödənişin məbləğını dəyişib. Amma yeni qiymət müəyyənləşdirilərkən vergi güzəştləri deyil, benzinin bahalaşması (?-red.) nəzərə alınıb.

Uşaqlar üçün böyük qiymətlər...

Qiymətləri onalar heç bir şərh vermədən təqdim edirik:

“Noğullar” uşaq bağçası - aylıq ödəniş 350 manat, əlavə olaraq uşaqların daşınması üçün servis xidmətinin ödənişi 60-120 manat;

“Çiçəklər” - 260-300 manat (uşaqların daşınması üçün servis haqqı bura daxil deyil);

“Magic land” - 500 manat, servis daxil deyil;

“Super kids” - 350 manat, servis daxil deyil;

“Aladdin Jasmin” - 250 manat (servis qiymətləri ayda 60 manatdan başlayır);

“Beby haus” - 300 manat (servis haqqı məsafədən asılı olaraq 100 manatdan başlayır);

“Mickeys hous” - 500 manat (servis haqqı daxil deyil);

“Günəş” - 750 manat;

“Sehrli dayə” - 5 gün üçün 400 manat, 6 günlük isə 450 manat;

“Çiçək” - 200 manat;

“Beby plaza” - 650 manat (servis daxil deyil);

“Dəniz” - 350 manat (servis daxil deyil);

“Beby star” - 300 manat;

“Pleyorena” - 500 manat (servis 60 manat);

Qeyd edək ki, qiymətlərə gündə 3 dəfə yemək, habelə rəqs və ingilis dili kursları daxildir.

Bakıda uşaq bağçaları ilə yanaşı uşaq mərkəzləri də var. Həmin mərkəzlərdə həftənin 3 günü təşkil edilən kursların qiymətini təqdim edirik. Nəzərə alın ki, bu, yalnılz bir məşğələnin qiymətidir:

“Fos Trac kids” - 150 manat;

“Nemo” - həftənin 3 günü 70-100 manat;

“Üç alma” - 75 manat;

“Balaca dostum” - 50-70 manat;

“Çiçək” - günün yarısına qədər 100 manat;

“Znayka” - 70 manat.

Qeyd edək ki, bunlar hələ bizim əlaqə saxladığımız uşaq bağça və mərkəzlərinin təqdim etdiyi qiymətlərdir. Bəzi uşaq bağçaları isə qiymətləri yalnız uşaq bağçaya gedərkən, yəni valideyni tanıyandan sonra təqdim edirlər.

Onların qiymətləri dövlət sirri kimi gizlətməsinin səbəbi isə parlamentdə səsləndirilib. Bu uşaq bağçalarında aylıq ödəniş 1000 manatdan yüksəkdir.

Əcnəbiləşən bağçalar...

Özəl uşaq bağçalarından söz düşmüşkən bir məqamı da qeyd etməyi vacib sayırıq. Uşaq bağçalarının əksəriyyəti əcnəbi adlar seçib. Məsələn, “Baby plaza”, “Znayka”, “Baby star”, “Olimp”, “Nappy life”, “Pley orena”, “Nemo”, “Happi babies”, “Mickeys hous”, “Kids akademy”... Siyahını uzatmaq da olar.

Bəs milli ruhda böyütməli olduğumuz uşaqları tərbiyələndirən bağçalara əcnəbi adlar qoymaqda məqsəd, motiv, izahat nədir?

Bağçalar buna qəribə izahlar verir. Məsələn, “Mickeys hous” bu ad seçimini qəribə məntiqlə əlaqələndirir: “Valideynlər buranın elitar yer olduğunu bilməlidir. Biz ingilis dilində dərs keçirik” (?-red.).

Başqa bir bağçanın - “Baby star”ın əlaqələndirici isə şəxsi sualımıza elə təəccüblə cavab verir ki, özümüzü günah işlətmiş kimi hiss edirik: “Bura gələn uşaqların hamısının şəxsi sürücüsü var. Bəs bağçanın adını nə qoyaq? Həsənbala?”

Görünür, bağçaları lisenziyalaşdıran dövlət qurumlarının əməkdaşları da elitarlaşmanın Avropa adlarından başladığını düşünən tərbiyəçi ilə eyni axsaq məntiqin sahibidir.

Statistika deyir ki...

Hazırda Azərbaycanda fəaliyyət göstərən bağçaların 40 faizi özəl sektorun payına düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, lisenziya ilə fəaliyyət göstərən 46 özəl məktəbəqədər təhsil müəssisəsi var.

Yenə də komitənin məlumatlarına əsaslansaq, hazırda ölkədə 1-5 yaşlı 157 min 349 uşağın bağçaya ehtiyacı var. Bakıda bu yaşda olanların isə yalnız 23,4 faizi uşaq bağçalarına gedir.

Xatırladaq ki, dövlət uşaq bağçalarına nəzarət Təhsil Nazirliyinin tabeliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyinə verilib.

Özəl bağçalar və özəlləşdirmə həvəsi

Özəl bağçalarla bağlı virtualaz.org saytına daha bir maraqlı məlumat daxil olub. Məlumatda bağça biznesi ilə məşğul olan məmurların adı çəkilir. Siyahıda deputatlar Ziyad Səmədzadə və Qənirə Paşayeva, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, sabiq təhsil naziri, indiki institut direktoru Misir Mərdanov, Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri İlham Pirməmmədov, BŞİH başçısı Hacıbala Abutalıbov və digərlərinin də adları var.

Əslində yalnız özəl uşaq bağçaları deyil, dövlət uşaq bağçalarına da məmurlar nəzarət edirlər. Təbii ki, müdirə kimi bu obyektlərə yerləşdirdikləri xanımların vasitəsilə. Bu xanımlar üçün isə bağça müdirəsi olmaq prestij, rahat kreslodur.

Sosial şəbəkələrdə dövlət uşaq bağçalarının müdirələri haqqında verilən yazıları təqdim edirik: “Xətai rayonundakı 194 saylı uşaq bağçasının müdiri Tovuz Cəbiyeva sabiq deputat Rizvan Cəbiyevin yaxın adamıdır. Tovuz Cəbiyeva bağça müdirəsi olmazdan əvvəl mənzil-istismar sahəsində pasport qeydiyyatı məsələlərinə baxıb.

Binəqədi rayonu 177 saylı uşaq bağçasının müdirəsi Pəri Rəhimova Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Samux RİH-in indiki başçısı Alı Qocayevin baçısıdır.

151 saylı uşaq bağçasının müdirəsi Venera Xəlilova Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamıdır.

219 saylı bağçanın müdirəsi Vəfa Quliyeva deputat Hacı Madərin yaxın adamıdır” və s.

Bağça müdirələrinin arasında sabiq təhsil naziri Misir Mərdanova və nazirliyin keçmiş vəzifəli şəxslərinə şəxsən yaxın olanlar da çoxdur.

Dövlət uşaq bağçalarına məmurların nəzarəti təsadüfi deyil. Bu da bağçaların özəlləşdirilməsi ilə birbaşa bağlıdır. Məmurlara yaxın adamların rəhbərlik etdiyi bağçalar paytaxtın bahalı ərazilərində yerləşir, üstəlik onların əraziləri də böyükdür.

Bu arada Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı 118 saylı bağçanın özəlləşdirilməsini yada salaq. Bağça özəlləşdirməyə açılmazdan əvvəl onun müdiri dəyişdirildi və bağça kollektivin xəbəri olmadan özəlləşdirildi. Lakin kollektivinin 2 illik mübarizəsindən sonra özəlləşdirmənin nəticələri ləğv olundu və bəlli oldu ki, böyük əraziyə sahib olmaq istəyən və güc nazirliklərinin birində yüksək vəzifə tutan generallardan biri yeni müdirənin qohumu imiş...

Uşaq bağçaları ilə bağlı qaranlıq məqamlar bununla da yekunlaşmır. Bağçaların ərzaqla təminatında keçirilən tenderlər, aylıq ödənişlərin hesablanmasındakı süni qiymət artımı və daha neçə-neçə müəmmalar var.

Hələlik isə görünən odur ki, özəl uşaq bağçalarının vergidən azad edilməsi ilə bağlı layihəni Milli Məclisə təqdim edən deputat Ziyad Səmədzadə bununla iş adamlarına böyük imkanlar vəd etməklə yanılmayıb. Doğrudan da güzəştlər yenə də qaz vurub qazan dolduranların işinə yarayır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru