“Prezident yenə də humanist addım ataraq xəstə məhbusları əfv edəcək” - Novella Cəfəroğlu çox ümidlidir
Tarix: 18-04-2025, 10:52 | Çap et
 Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının iclasları planlı şəkildə davam etdirilir. Növbəti iclas bir neçə gün öncə keçirildi və Əfv komissiyası üzvlərinin açıqlamalarına görə, toplantıda 100-ə yaxın müraciətə baxılıb. Növbəti Əfv fərmanının nə zaman imzalanacağına dair konkret tarix bildirilməsə də, bunun 28 May – Respublika Günü münasibətilə olacağına dair ehtimallar var. Nəzərə alsaq ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2025- ci il “Konstitusiya və Suverenlik İli” elan edilib, Əfv fərmanının may ayında imzalanacağına inam böyükdür. Sual yaradansa Əfv fərmanının kimlərə şamil olunacağıdır. Qeyd edək ki, bu günlərdə hüquq müdafiə təşkilatları rəhbərləri, ziyalılar, media təmsilçilərinin bir qrupu adından cənab Prezidentə müraciət edilib. Müraciətdə hazırda həbsdə olan və sağlıq durumu ağır qiymətləndirilən “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının xəstəliyi və ciddi müayinə və müalicəyə ehtiyacı olduğu nəzərə alınaraq azadlığa buraxılması xahiş olunur.
“Sherg.az"a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, xəstə, yaşlı məhbusların əfvi məsələsini daim gündəmdə saxlayırlar:
- Əvəz Zeynallı, Tofiq Yaqublunun da səhhətində ciddi problemlər var. Ağır xəstə məhbusların cəzaçəkmə müəssisəsi daxilində müalicəsi mümkün deyil. Onlar kliniki şəraitdə müayinə və müalicə olunmalıdır. Biz həmişə xəstə məhbusların azadlığa buraxılması məsələsini gündəmdə saxlayırıq, tərəfimizdən tərtib olunan siyahılarda da onların adını ilk sıralarda qeyd edirik. Həbsxanalarda yaşı ötmüş, epilepsiya xəstəsi, serebral iflic, ağır şəkər xəstəsi, xərçəng xəstəsi olan məhbuslar var. Yaxşı olardı ki, bu cür məhbuslar Əfv fərmanı ilə vaxtından əvvəl azadlığa buraxılsınlar. Bu məhbuslar tez azad edilsə yaxşıdır.
N.Cəfəroğlu qeyd etdi ki, indiyədək də istər Əfv, istərsə də Amnistiya Aktı ilə bağlı müraciətlərdə yaşlı, xəstə məhbusların adlarını daim tərtib etdikləri və təqdim olunan siyahılara daxil ediblər: - Əfv siyahısına biz siyasi motivlə tutulanları, “OMON”çuları, dindarları ayrı yazırıq, xəstə və yaşlı məhbusların adlarını da ayrıca yazırıq. Hansısa məhbusun cəzasının 2-3 il çəkilməyən hissəsi qalıbsa, cəzasının yarıdan çox hissəsini çəkibsə, onların da adlarını qeyd edirik. Təklif edirik ki, bu şəxslər amnistiyaya salınsın. Təklif edirik ki, saxlanılan, həbsdə olan jurnalistlər, blogerlər, siyasi motivlə həbs olunanlar buraxılsın. Və bu, milli barışığa səbəb olsun. İnanıram ki, cənab Prezident öz müstəsna səlahiyyətlərindən istifadə edərək, yenə də humanist addım ataraq xəstə məhbusları əfv edəcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42 |
|
|
|
| • İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37 |
|
|
|
| • AZPROMO sığortaçı seçib
Bu gün, 15:20 |
|
|
|
| • İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18 |
|
|
|
| • Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14 |
|
|
|
| • Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09 |
|
|
|
| • Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07 |
|
|
|
| • “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04 |
|
|
|
| • Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02 |
|
|
|
| • İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01 |
|
|
|
| • İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57 |
|
|
|
| • "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51 |
|
|
|
| • Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49 |
|
|
|
| • Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
| • Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38 |
|
|
|
| • Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
| • İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23 |
|
|
|
| • “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20 |
|
|
|
| • Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12 |
|
|
|
| • “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55 |
|
|
|
| • “Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47 |
|
|
|
| • Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45 |
|
|
|
| • Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38 |
|
|
|
| • Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36 |
|
|
|
| • Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33 |
|
|
|
| • Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32 |
|
|
|
| • Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
| • Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29 |
|
|
|
| • “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27 |
|
|
|
| • Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15 |
|
|
|
| • “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08 |
|
|
|
| • Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58 |
|
|
|
| • Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54 |
|
|
|
| • Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52 |
|
|
|
| • “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49 |
|
|
|
| • "Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48 |
|
|
|
| • "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44 |
|
|
|
| • Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40 |
|
|
|
| • Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24 |
|
|
|
| • Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20 |
|
|
|
| • “Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
| • Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10 |
|
|
|
| • Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57 |
|
|
|
| • Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54 |
|
|
|
| • Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50 |
|
|
|
| • Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39 |
|
|
|
|