"Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                 

Ədalət Partiyasında qalmaqal: Qiyam, yoxsa qurultaya hazırlıq? - NƏ BAŞ VERİR?
Tarix: 16-04-2025, 08:36 | Çap et
Ədalət Partiyasında qalmaqal: Qiyam, yoxsa qurultaya hazırlıq?
Ədalət Partiyasının qurucusu, mərhum ziyalımız, hüquq elmləri doktoru İlyas İsmayılovun vəfatından sonra partiyada sədrlik uğrunda mübarizəyə start verilib.

Ovqat.com-un partiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, sədrlik uğrunda ən azı 2 qrup mübarizə aparır.

Son zamanlara qədər gizli təşkilatlanma şəklində davam edən mübarizə artıq açıq müstəviyə keçib. Bildirilir ki, 12 aprel 2025-ci il tarixində partiyanın Siyasi Şurasının bir neçə üzvünün iştirakı ilə iclas keçirilib və toplantıda Ali Məclisin çağrılması barədə qərar qəbul olunub. Məqsəd partiya sədrini seçəcək növbəti qurultaya hazırlıq imiş. İddialara inansaq, toplantıda iştirak edənlərin bəziləri ümumiyyətlə Ədalət Partiyasının üzvü olmayıb, 1 nəfər isə telefonla müzakirələrə qatılıb. Halbuki partiya Nizamnaməsində bu cür iştirak nəzərdə tutulmayıb.

Ədalət Partiyasının Ali Məclisinin sədri Meydan Babayev də faktı təsdiqləyib. Hazırda partiya Nizamnaməsinə əsasən, partiya sədrinin funksiyalarını yerinə yetirən Meydan Babayev əməkdaşımızla söhbətində bildirib ki, qurumun Təşkilat məsələləri üzrə sədr müavini Mütəllim Rəhimovun təşəbbüsü ilə keçirilən iclas partiyanın Nizamnaməsinin tələblərinə cavab vermədiyi üçün legitim sayıla bilməz.

Meydan Babayev onu da əlavə edib ki, partiyada sədrlik uğrunda heç də 2 qrup arasında mübarizə getmir: “Əksinə, partiyamızın bütün rəhbərliyi, həmçinin Ali Məclisi öz yerindədir və yaxınlarda keçirməyi planlaşdırdığımız qurultaya hazırlaşır. Sədrlik uğrunda mübarizə aparan 1 nəfər var, o da Mütəllim Rəhimovdur. Başına bir neçə şəxsi toplayan (ki onların bəziləri ümumiyyətlə partiya üzvü deyil) Mütəllim Rəhimov sədrlik eşqinə düşüb və bu istiqamətdə mübahisəli uğursuz addımlar atır. İş o yerə çatıb ki, partiya sədrinin səlahiyyətlərini mənimsəyərək guya, Siyasi Şuranın iclasını çağırır və öz səlahiyyət həddini aşan qərarlar qəbul edir, qəbul etdiyi qərarları partiyanın sosial şəbəkələrində paylaşır. Biz də partiya rəhbərliyi olaraq, səlahiyyət həddini aşan Mütəllim Rəhimovu öz sosial şəbəkələrimizdən uzaqlaşdırdıq. Əgər bu dağıdıcı fəaliyyətini davam etdirərsə o, yəqin ki, partiya sıralarından da kənarlaşdırılacaq”.

Hazırda Ədalət Partiyasının qarşısında dayanan ən mühüm çağırışın təşkilatı qorumaq olduğunu bildirən Meydan Babayevin fikrincə, bunun üçün ən qısa yol partiyanın kollegial idarə olunmasıdır: “Məqsədimiz partiya Nizamnaməsini və Azərbaycan Respublikası qanunvericiliyini əldə rəhbər tutub kollegial idarəçiliyə keçməkdir. Çünki rəhbərimizi yeni itirmişik və istər-istəməz partiyada idarəetmə boşluğu yaranıb. Bir neçə illik ara müddətində partiyanı möhkəmləndirib növbəti qurultayımızda əgər zərurət yaranarsa, yenidən sədr seçə bilərik. İndidən sədrlik uğrunda yarışın başlaması partiyada lüzumsuz ziddiyyətlər ortaya çıxara və illərlə fəaliyyət göstərdiyimiz təşkilatı dağıda bilər. Bu isə ilk növbədə mərhum İlyas İsmayılovun ruhuna hörmətsizlikdir. Nə yazıq ki, Mütəllim Rəhimov öz şəxsi mənafeyi naminə məhz bunu edir”.

Meydan Babayevin partiyada baş verənlər barədə rəsmi bəyanat da hazırlayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

Ədalət Partiyası Siyasi Şurasının 12 aprel 2025-ci il tarixdə keçirilmiş İclasının nəticələrinin etibarsız hesab edilməsi barədə

Ədalət Partiyasının Sədrinin səlahiyyətlərini həyata keçirən Ali Məclis Sədrinin в„– SB10/0425 saylı Bəyanatı

Ədalət Partiyasının fəaliyyəti yalnız və yalnız Siyasi Partiyalar haqqında Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan Nizamnaməsinə əsaslanır.

1. Qüvvədə olan Partiya Nizamnaməsinin Partiyanın Sədri təsbit olunmuş 4.8.3. maddəsinə əsasən Partiyanın Sədri Siyasi Şuranın işinə rəhbərlik edir.

2. Nizamnamənin 4.5.2. maddəsinə əsasən Partiya orqanlarının fəaliyyətini kordinasiya edir.

3. Nizamnamənin 4.8.7. maddəsinə əsasən Sədr olmadıqda onun səlahiyyətlərini Ali Məclisin Sədri həyata keçirir.

Siyasi Partiyalar Haqqında Az. Res. Qanunun 16.2.5. Maddəsinə əsasən Partiyanın Sədri : siyasi partiyanın qurultayarası kollegial idarəetmə və nəzarət orqanlarının növbədənkənar iclaslarını çağırır;

4. Partiyanın Siyasi Şurası Ali Məclisin yığıncaqları arasındakı dövrdə partiyanın operativ fəaliyyətini həyata keçirən direktiv orqandır. Siyasi Şura Partiyanın orqanı olaraq bilavasitə Nizamnamə əsasında yaradılır. Ədalət Partiyasının qüvvədə olan Nizamnaməsində isə Siyasi Şuranın üzvünün Partiyanın adından bəyanat vermək hüququ nəzərdə tutulmur. Siyasi Şuranın işinə rəhbərlik etmək səlahiyyətləri, partiyanı təmsil etmək, partiyanın adından bəyanatlar vermək , müraciətlər, çıxışlar etmək, müqavilələr bağlamaq hüququ yalnız Partiyanın sədrinin səlahiyyətlərinə aid edilmişdir. Həmin səlahiyyətlər digər şəxsə (şəxslərə) verilmir. Ona görə də Partiyanın adından belə bəyanatlar vermək nəinki daxili nizam-intizam qaydalarının pozulması, habelə nəticə etibarilə sədrin səlahiyyətlərinin mənimsənilməsi kimi hüquq pozuntusu xarakteri daşıyır. Bu isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyətə səbəb ola bilər.

Siyasi Şuranın işinin təşkili ilə əlaqədar Nizamnamədə və Qanunda başqa hallar nəzərdə tutulmadığına görə Siyasi Şuranın işinə sədrlik etməli olan Ali Məclisin Sədri və ya Partiyanın Sədri səlahiyyətlərini icra edən şəxs Siyasi Şuranın iclasında iştirak etmədiyi üçün 12 aprel 2025 tarixdə keçirilən iclasın nəticələri etibarsız hesab olunur.

Bundan başqa həmin iclasın tərkibində iştirak edən şəxslər əsas etibarilə Siyasi Şuranın üzvləri olmamış, Şura üzvlərinin bəziləri isə ümumiyyətlə bu günə qədər Siyasi Şuranın heç bir iclaslarında iştirak etməmişdir. Bir nəfər isə Şuranın iclasına telefon vasitəsilə qoşularaq fikir bildirmişdir. Keçirilən iclas barədə yalnış məlumatlar internet informasiya portallarına ötürülərək, ictimailəşdirilmişdir. Bununla da Partiya Nizamnaməsinin yuxarıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

Baş vermiş bütün hüquq pozuntularını nəzərə alaraq Partiya Siyasi Şurasının 12 aprel 2025-ci il tarixdə Partiyanın Bakı şəhəri, Ə. Əzimzadə küç 4 ünvanda yerləşən əsas ofisində keçirilən İclasının nəticələri etibarsız hesab edilir.

Bəyanat tam məzmunda yayım mediyasına ötürülsün.

Ədalət Partiyası Sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin Sədri: Meydan Babayev

Bakı şəhəri

14 aprel 2025-ci il.

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37
AZPROMO sığortaçı seçib
Bu gün, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru