TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                 

"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Tarix: 22-02-2025, 05:13 | Çap et
 "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?"
Milli Məclisin deputatı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının TNS-ə müsahibəsi.

- Tənzilə xanım, ilk sualımız təbii ki, ictimai-siyasi fəaliyyətinizlə bağlı olacaq. Siz gənc yaşlarınızdan çox aktivsiniz, Milli Azadlıq Hərəkatından bu yana tanınırsınız. Amma təmsil olunduğunuz Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) həmişə bir az arxa planda olmusunuz sanki. VHP-nin aktiv funksioneri kimi görünməmisiniz. Bunun səbəbi nədir?

- Azərbaycanın müstəqilliyinin qazanılması uğrunda mübarizə bizim gəncliyimizə təsadüf edir. Bu səbəbdən biz aktiv olmaq məcburiyyətində idik. Qorbaçovun (Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov – red.) yenidənqurma dönəmindən sonra sovet respublikalarında artıq özünüdərk, milli şüur yüksəlməsi başladı. Ondan öncə Azərbaycanın ziyalıları, yazıçıları, şairləri əsərlərində şüuraltında beynimizdə millət və Vətən formalaşdırmağa çalışmışdılar. Məsələn, yadımdadır, biz universitetdə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını gizli-gizli oxuyardıq. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayanda yaşımızın elə dövrü idi ki, ora Azərbaycan, millət, torpaq sevgisi ilə, içimizdə zərrə qədər tərəddüt etmədən qoşulduq. Sonrakı siyasi proseslər də bizi istər-istəməz irəli apardı. Bir də gördük ki, o siyasi proseslərin içindəyik. Mən öncə siyasətdən uzaq durmağa çalışdım. Çünki bir siyasi prosesə qoşulanda partiyanın hədəfləri olur, ortaya iddia qoyursan, orduya, hakimiyyətə və. s. Mənim belə bir iddiam yox idi. Mən siyasətüstü bir qurum yaratmaq istəyirdim.

O vaxt – 1993-cü ildə Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Turan Yazqan Sabir bəylə (VHP sədri Sabir Rüstəmxanlı – red.) məni Türkiyəyə dəvət etdi. Bir dəfə axşam yeməyində Turan hocanın çıxışı o qədər mənə təsir etdi ki, ona Türk dünyasına xidmət etmək istədiyimi bildirdim. Dedim ki, siyasətdə olmaq istəmirəm. O isə mənə məsələhət gördü ki, türk qadınlarının hüquqlarının müdafiəsi ilə əlaqədar bir dərnək qurum. Biz də Azəri-Türk Qadınlar Birliyini təsis etdik. Əslində onu Azərbaycan Türk Qadınlar Birliyi kimi qeydiyyatdan keçirmək istədik, o zaman mümkün olmadı.
Qurulduğu gündən hamı elə bilirdi ki, qadın problemləri ilə məşğul olacağıq. Əlbəttə, qadınların hüquqlarına da kifayət qədər diqqət yetirdik. Amma bizim əsas hədəfimiz milli kimliyimizin təbliği idi. Məsələn, 3 may - Türkçülük Günündə, Xocalı soyqırımının ildönümlərində və s. bu kimi məsələləri gündəmə gətirdik. Türkiyədən Azərbaycana alimləri dəvət edirdik. Biz bu işləri görürdük, Türkiyə ilə Azərbaycanın bir-birinə yaxınlaşması, Qarabağ, Xocalı, Qərbi Azərbaycan həqiqətlərinin qardaş ölkəyə, dünyaya çatdırılması üçün çalışırdıq. Eyni zamanda dünyanın dörd bir yanında olan türk təşkilatları ilə internetin olmadığı bir dönəmdə geniş əlaqələr qurmağa müvəffəq olduq.

Sualınıza gəlincə, mən bu yola Sabir bəylə bərabər çıxmışam. VHP-nin qurucularındanam, partiyanın inkişafında böyük əməyim olub. Amma dediyim kimi, arxa planda qalmağımın məqsədi fəaliyyətimin siyasətlə məhdudlaşmaması olub.

Onu da deməyi özümə borc bilirəm ki, Sabir Rüstəmxanlı kölgəsi nəhəng kişidir. Siyasi xadimdir, böyük yazıçıdır, şairdir. Milli olan nə varsa, Sabir Rüstəmxanlı onu özündə toplayıb. O kölgə bizə yetirdi. Sonra Sabir bəyin məsləhəti ilə bir az siyasi aktivliyimizi artırdıq.

- Sonuncu parlament seçkilərində namizəd olduğunuz dairə ən aktiv seçki dairəsi idi. Hər kəsin gözü-qulağı orada idi. Seçkiyə ayrı bir rəng qatdınız. Siz də müxalifətsiniz, onlar da özlərini guya müxalifət adlandırırlar. Niyə YAP-ın namizədi yox, məhz siz hədəf oldunuz?

- Mən ümumiyyətlə, bu mövzuda çox danışmaq istəmirəm, çünki orada çox haqsızlığa uğradıq. Amma məni orada narahat edən çox ciddi məsələlər ortaya çıxdı. Onun üzərində çox düşündüm. Məlumdur ki, bütün bölgələrimizdə işsizlik və digər sosial problemlər mövcuddur. Amma bunları bəhanə edib, bu cür hərəkətlər etmək başadüşülən deyil. Bu aqressiyanın arxasında xarici təsirin olduğu açıq-aydın görünürdü.

Təsəvvür edin, bizə qarşı Fetoçular, Qərb və İranın casus şəbəkəsi, LGTB birləşmişdi. Çünki mənə düşməndirlər, bilirlər ki, illərdir, onlara qarşı mübarizə aparıram. Avropanın Azərbaycanda mənəvi dəyərləri yox etmək istəyən bütün gücləri və ən əsas da türk düşmənləri orada birləşmişdilər. İranın nə qədər yerli agentləri var, orada idi. Dövlətimiz bunu araşdırsın. Bir gündə 100 min avro paylanılmışdı araqarışdıranlara. Kəndlərdə uşaqlara velosiped paylanılmışdı. Mən orada xüsusi təşkil olunmuş şeylər gördüm. Dəhşət idi. Elə təşkilatlanmışdılar ki, heyrətə düşürdüm. Avropadakı söyüşcül müxalifətin tək hədəfi biz idik.

Mən qorxaq insan deyiləm, heç nədən çəkinmərəm. Hələ, dövlətimin, millətimin əleyhinə bir fəaliyyət görsəm, üstünə gedərəm. Amma orada qarşıma çıxardıqları itirməyə heç nəyi olmayan biri idi. Leksikonunda “ayıb” sözü olmayan birini ömür boyu milli-mənəvi dəyərləri müdafiə edənə qarşı qoymuşdular. Tam zidd iki tərəf...

Mənim hər məntəqəyə üç müşahidəçi yerləşdirmək imkanım olmadı. Amma onun hər məntəqədə üç müşahidəçisi vardı. İkisi qarışıqlıq yaradırdı, biri çəkirdi, yayırdı. Hamısının əlində ən bahalı telefonlar vardı. Aralarında demək olar, yerli adam yox idi. Ölkənin hər yerindən öz adamlarını səfərbər edib, ora yığmışdılar. Sistemli şəkildə işləyirdilər.

Sorosçular, Fetoçular, Avropanın Azərbaycanda milli-mənəvi dəyərləri məhv etməyə yönəlmiş bütün gücləri, İran casusları, yəni, bütün türk düşmənləri orda idi. Azərbaycan Vəkillər Kollegiyasının bəzi üzvləri belə onun tərəfində idilər. Sosial şəbəkələri seçki dairəsinə çevirmişdirlər, elə bil, səsvermə Neftçalada yox, sosial şəbəkələrdə olacaqdı. Çox cidd maliyyə ayrılmışdı. .

Sadə xalqı aldatmağa nə var? O gənclərin beynini cahilliyindən istifadə edib, zəhərləyiblər. O mollaların təsiri altında olan bilirsiniz, nə qədər insan yetişdiriblər? İranın Azərbaycandakı kökləri bizə açıq şəkildə düşmənçilik elədi. Bir dəqiqədə görürdün ki, kütləvi şəkildə gəlirdilər. Bu, çox təhlükəlidir. Mən bu məsələ ilə bağlı düşünürəm ki, dövlətimizin xəbəri var. Yəqin ki, bunun üzərində işləyirlər. Amma çox çətindir.

Onların əməlləri vətənə xəyanət sayılır. Azərbaycanı işğalçı adlandırmaq, separatçıları zərərçəkmiş kimi təqdim etmək dövlətə xəyanətdir. Bunlar araşdırılmalıdır, onları müdafiə edənlər də o cümlədən.

Bu seçki mənə çox üzləri tanıtdı. Azərbaycanda özünü sağlam müxalifət kimi qələmə verən, neçə illik təcrübəsi olan, mənim ömür-gün yoldaşım Sabir Rüstəmxanlı ilə bir cəbhədə olmuş Müsavat Partiyasının başqanı İsa Qəmbər görəsən, LGBT-nin nə olduğunu bilmirdi? Məhəmməd Əmin Rəsulzadə dəyərləri ilə LGBT-nin nə əlaqəsi var? İsa Qəmbər bunu açıqlasın. Seçkidən sonra – sentyabrın 4-də həmin dəstə Bakıda Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirdi, açıqlamalar verdi. Rəsulzadənin sümükləri sızıldadı...

Sizə deyim, onlar çox istəyərdilər ki, Qarabağ, digər torpaqlarımız azad edilməsin.

Mənimsə bir amalım var: 30 illik ləkəni bu millətin üzərindən silmiş, Qarabağı Azərbaycan etmiş cənab Prezident İlham Əliyevin arxasında bu xalq sonuna qədər durmalıdır. Yerdə qalan nə varsa, hekayədir. Millət, vətən belə sevilir.

Azərbaycan dövləti bu gün Qarabağ zəfərindən sonra bütün Avropada, Türk dünyasında sayılır, seçilir və zirvələrdədir. Azərbaycan dövlətinin Prezidentinin güclü bir lider olduğunu dönə-dönə deyirlər. İnanın ki, Türk dünyasında ən cəsarətli dövlət adamı İlham Əliyevdir. Azərbaycan artıq bu bölgədəki baş verən və verəcək hadisələrdə ən ciddi söz sahibi olan dövlətlərdən biridir. Azərbaycan və onun başçısı cənab Prezident! Ona görə də bizə düşən millət olaraq Prezidentimizin xarici siyasətini dəstəkləməkdir.

- Xocalı soyqırımının ildönümünə bir neçə gün qalıb. Bu dəhşətli hadisənin dünyaya çatdırılmasında böyük xidmətləriniz olub. İllərdir, Xocalı soyqırımı ilə bağlı gəzmədiyiniz ölkə, döymədiyiniz qapı qalmayıb. Keçirdiyiniz aksiyaların, tədbirlərin, görüşlərin nəticəsi necə olub? Yəni, insanları inandıra bilmisinizmi? Onların fikri dəyişibmi?

- Bugünkü Türkiyə - Azərbaycan münasibətləri baxın görün hansı səviyyədədir. Əlbəttə ki, ilbəil bu görüşlərdə və tədbirlərdə körpülər salındı, işlər aparıldı. Biz bu tədbirləri Türkiyədəki tərəfdaşlarımız və partnyorlarımız ilə edirdik. Cəmiyyət rəhbərləri və dərnək başqanları ilə görülər keçirirdik. Türkiyədə ömrünü Azərbaycan davasına həsr edənlər, 30 ildir, “Xocalı soyqırımı” deyə-deyə konfranslar keçirənlər var. Mən bu gün də onlarla çalışıram. Orada xeyli fikirlər dəyişib. 2007-ci ilin dekabr ayında İstanbulda “İstiqlal” prospektində bir yürüş təşkil elədik. Şüarımız da belə idi "2009-cu il Xocalı ili elan edilsin". O il Türkiyədə Ergenekon olayı baş verdi. O şüarları qaldıranların hamısını tutdular. Yəni, siz elə bilməyin ki, Türkiyədə o vaxt Xocalı ilə bağlı hansısa bir tədbir görmək asan iş idi. Artıq orada da vəziyyət çox dəyişib.

Bu yaxınlarda yenə Türkiyəyə gedəcəyik, Ankarada Xocalı soyqırımı ilə bağlı konfransımız var. Qarabağ azad olunandan sonra mən bu konfranslarda başı dik çıxış edirəm. Çünki biz qanımızı töküb, torpaqlarımızı azad etmişik. Torpağımız uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun.

- Müsahibə üçün təşəkkür edirik.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Bu gün, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Bu gün, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Bu gün, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Bu gün, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Bu gün, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Bu gün, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Bu gün, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Bu gün, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Bu gün, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Bu gün, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Bu gün, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Bu gün, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Bu gün, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Bu gün, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Bu gün, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Bu gün, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru