Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                 

"Anladım ki, Zakir Həsənovu ordunun başına hansı məqsədlə gətiriblər.
Tarix: 9-04-2014, 11:41 | Çap et
"Anladım ki, Zakir Həsənovu ordunun başına hansı məqsədlə gətiriblər.
Mühacirətdə olan Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan polkovnik İsa Sadıqov Moderator.az-a çox maraqlı və hərbi təhlillərlə zəngin müsahibə verib, onu təqdim edirik. Peşəkar hərbçi ilk növbədə dünən cəbhə bölgəsində mina partlayışından sonra şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyib, yaralananlara şəfa arzuladı, ordudadkı mövcud vəziyyəti qınadı:

-Ordu 20 il bundan öncə necə idi, indi ondan daha da betər vəziyyətdədir. Dünən mina partlayışı bir neçə əsgər-zabittimizi əlimizdən aldı. Çox elementar bir məqama diqqət yetirək, atəşkəsdən düz 20 il keçib. 20 ildir ki, bunlar cəbhənin bütün perimetri boyu gecə-gündüz addımba-addım gedib gəlirlər. Yəni hər yolu, hər cığırı, hər kolun dibini bilirlər və hansı yolla gedib -getməməyi də artıq əzbər bilirlər və ya bilməliydilər. İndi baş verən mina partlayışı onu göstərir ki, deməli, bu yolları 20 il ərzində hələ də təmizləməyiblər. Burada iki variant var: Ya pafoslu bəyanatlara baxmayaraq ordu yox dərəcəsindədir, ya da artıq orduda elə acınacaqlı vəziyyət yaranıb ki, əsgər və zabitlər diversiya yoluyla baş verən “təsadüfi” ölümə alışıblar. İndi məni bir məsələ maraqlandırır, kimsə bunları araşdırırmı bu minalar orda nə vaxtdan qoyulubmuş və bu vaxtadək onu niyə tapıb zərəsizləşdirməyiblər? Əgər bu təzə basdırılmış minadırsa o zaman bəlli olacaq ki, təmas xətti qorunmur və ermənilər asanlıqla gətirib hətta daha içərilərimizə doğru mina basdıra bilərlər. Yəni bu mina sabah təmas xəttində yox, daha dərində partlaya bilər və tələfatın sayı daha çox olar.

-Azərbaycanda illər uzunu bir əcaib ənənə formalaşıb. Yeni gələn köhnənin ölüsünə rəhmət oxutdurur. İndi Zakir Həsənovun anloqsuz kadr siyasətini görən bir çoxları Səfər Əbiyevin ölüsünə rəhmət oxuyur...

-Tək Müdafiə Nazirliyi deyil ki. Bu gün bütün nazirliklərə kolxoz-sovxoz kimi baxırlar və hər gələn mümkün qədər daha tez qamarlamaq xətti götürür. Yuxarıdan da ona deyirlər ki, elə et ki, səs-küy gəlib çıxmasın. Mən Zakir Həsənovun da bir-iki addımını, çıxışını dinlədikdən sonra anladım ki, o nəyə qadirdi və onu ordunun başına hansı məqsədlə gətiriblər.

-Sizcə nəyə gətiriblər?

-Bu adam ordudan tamamilə uzaq, qeyri-peşəkar bir şəxsdir. Təsəvvür edin ki, bu adam səngər görmədən, döyüşdə barıt qoxusu bilmədən qısa vaxtda baş leytenantdan gəlib general, sonra isə nazir oldu. Ancaq Talıb Mamedov, Kərim Vəliyev, Heydər Piriyev kimi peşəkar, ordunun nə ilə nəfəs aldığını xırdalıqlarıyla bilən cəsur zabitləri kənarda saxladılar, naşıları isə ora doldurdular. Nəcməddin Sadıqovun orda olmasını təsəvvür edəndə mənim bu orduya və millətə yazığım gəlir. Axı onun hələ sovet ordusunun vaxtından QRU-nun (Baş Kəşfiyyat İdarəsi) zabiti olduğunu hamı bilirdi. Amma 20 ildir ki, bu adam oturub ordunun baş qərargahında. Bu gün Ukraynada baş verənlər bunlara dərs olmadımı? Yəni Rusiyanın əli hara çatırsa həmin ölkələrdə eyni vəziyyətdir.

-Səfər Əbiyevin vaxtında Nəcməddin Sadıkov dalana dirənmişdi. Amma Zakir Həsənovun gəlişi onun ulduzunu parıldatdı...

-Bunu hamı bilməlidir ki, Rusiyanın əsas şərtlərindən və tələblərindən biri MDB məkanı ölkələrindəki güc strukturları təyinatının Moskva ilə razılaşdırılmasıdır. Mən 93-cü ildə bunun canlı şahidi oldum və 93-94-cü illərdə Gürcüstandakı Abxaziya müharibəsi gedən zaman Rusiya atəşkəsi üzərinə götürərkən birinci tələbi bu idi ki, Şevardnadze hakimiyyətindəki güc strukturlarına təyinatları Moskva ilə razılaşdırmaq lazımdır. O vaxt Rusiyanın israrlı tələbi ilə İqor Georqadze təhlükəsizlik və Nadibaidze daxili işlər naziri təyin edildi. O vaxt Gürcüstanda demək olar ki, ordu yox idi, ancaq ordunun funksiyasını bu iki qurum yerinə yetirirdi. Həmin o Georqadze iki ildən sonra Moskvanın əliylə Şevardnadzenin kortejinə bomba qoyulmasını təşkil elədi. Ona görə də biləsiniz ki, Rusiyanın icazəsi olmadan Azərbaycanda da güc strukturlarına təyinat aparıla bilməz. Təbii ki, sabah hamısı bunu təkzib edəcək, amma inanmayın. Yəni kim gəlsə də Nəcməddini yerindən tərpədə bilməz. Ya da Nəcməddini əvəz edəcək başqa bir namizəd onun yerinə təklif ediləcək. Məqsəd də bu gün Ukraynada baş verənlərin hər an Azərbaycanda da baş verməsinə əlverişli zəmin yaratmaqdır. Uzağa getməyək, Ukraynada axırıncı 4-5 il ərzində 4 müdafiə naziri dəyişib. Onların 4-ü də Rusiya vətəndaşı olub. Biri isə hətta Rusiyanın Milli Qəhrəmanı idi. Ukraynanın daxili işlər naziri, hansı ki, “Berkut” xüsusi dəstəsinə millətə divan tutmaq əmri verdi, o da birbaşa Rusiyanın adamı idi. Krım və Cənub-Şərq vilayətləri Ukraynanın strateji nöqtələridir. Amma bu nöqtələrdə qəsdən bir dənə də olsun ortabab hərbi hissə yerləşdirilməyib. Yəni həmin hərbi hissələrdə nə şəxsi heyət var, nə silah-texnika. Amma Ukraynanın ən elit hərbi hissələri isə bu ölkənin qərb sərhədləri boyu yerləşdirlib. Adama deyərlər ki, məgər Avropadan Ukraynaya hücum təhlükəsi var ki? Nəticədə Ukrayna kimi 50 milyonluq bir dövlət Krımdakı bir ovuc rus əsgərinin qarşısında aciz qaldı. Yarımadada rusların cəmisi 15 minlik hərbi qüvvəsi var idi. Yəni axırıncı 5-6 ildə Ukrayna ordusu Moskvanın əliylə tamamilə dağıdılmışdı. Kimin əlinə nə gəlir satırdı, dağıdırdı, rüşvət və korrupsiya tüğyan edirdi. Qəsdən elə şərait yaratmışdılar ki, Rusiya bazasında əmək haqqı 10 min olduğu halda, onun qonşuluğundakı hərbi hissələrdə uzağı min rubl alırdılar. Ukraynadakı polislərsə asayiş keşikçisi kimi yox, banditlər kimi hərəkət edirdilər. Yəni Yanukoviç xalqı elə bir vəziyyətə salmışdı ki, onlar boğaza yığılıb meydanlara töküldülər.

-Rusiya Krımla dayanmaq istəmədiyini həyasızcasına ortaya qoyub və Ukraynanı parçalamaq istəyir.

-Ruslar əvvəlcə dünyanı onunla aldatmaq istəyirdi ki, guya ordakı rus əhalini qorumaq üçün belə bir zəruri addım atıb. Amma sonradan bütün kartları açıldı və bəlli oldu ki, Putinin hədəfindəki nədir. Bu adam açıqca deyir ki, mən hər şeyimi riskə qoyub SSRİ-ni bərpa edəcəm. Hətta açıqca deyir ki, o vaxt Ukraynanın və Belarusun SSRİ-nin tərkibindən çıxması qanunsuz olub. Lavrov da Kerri ilə görüşdə dedi ki, bizim şərtlərimizi Ukrayna yerinə yetirsin, ondan sonra ordunu geri çəkək. Yəni prezident seçkiləri təxirə salınsın, NATO və Avropa İttifaqına üzvlük məsələsi birdəfəlik dondurulsun. Açıqca dünyaya meydan oxumaq xətti götürülüb.

-Ukraynada ordunun qəsdən məhv edildiyini bildik, amma bu gün inqilabi yolla hakimiyyəti ələ keçirmiş demokratların siyasi cəhətdən də aciz və çaşqınlıq içərisində, qərarsızlıq girdabında olduğu aydın görünür.

-Bilirsiniz o acizlik nədən qaynaqlanır? Daxili işlər naziri Kravçenko var idi, o Rusiyanın adamı olmaqla bərabər alçağın, şərəfsizin biri idi. Təsəvvür edin ki, polisin və “Berkut”un da əsas hissəsi Ukraynanın rusiyapərsət bölgələrindən təşkil edilmişdi. Yəni onların bu günki fəaliyyəti indi sıfır vəziyyətində və polis mərkəzi hakimiyyətə demək olar ki, tabe deyil. Yəni hadisələri analiz edəndə görünür ki, Moskvada ən azı 5-6 il bundan əvvəldən buna hazırlıq aparılırmış.

-Dünyanın super gücü hesab edilən Amerika bəs nə əcəb 5-6 il bundan öncədən hazırlanan ssenariylə bağlı məlumatlı olmayıb?

-Amerika və Qərb Yanukoviç iqtidarıyla işləməyin mümkünsüzlüyünü əvvəlcədən görürdü və ona qarşı hər hansı addım da ata bilmirdi. Amma Yanukoviçin Rusiyaya arxalanaraq əndazəni aşması xalq üsyanına səbəb oldu. İndi də Qərb çalışır ki, hadisələr məcrasından çıxmasın və münaqişə qanlı savaşa çevrilməsin. Yadınızdadırsa 94-cü ilədək Ukrayna nüvə dövləti idi. Onu məhv etmək üçün Amerika, İngiltərə və Rusiya Ukrayna qarşısında öhdəlik götürdülər. İndi də Krımın həyasızcasına işğalından sonra faktiki olaraq Amerika və İngiltərə Rusiya ilə müharibə vəziyyətinə gəliblər. Mən Ukraynada olanda ölkə rəhbərliyində olan şəxslərlə görüşümdə də onlara dedim ki, niyə bu öhdəliyi götürənlərdən təcavüzə son qoyulmasını təmin etmək üçün ciddi şəkildə tələb etmədiniz? Onlar da dedi ki, Amerika və İngiltərə hər vəchlə müharibənin baş verməməsi üçün çalışırlar. Bu heç də həmin ölkələrin acizliyini göstərmir. Bu o deməkdir ki, Rusiyaya qarşı tamam başqa müstəvilərdə çox ciddi zərbə vurulması üzərində iş aparılır. Yəni Qərb Putinə bu özbaşınalığını bağışlamayacaq.

-Rusiya Qərbin seytnot vəziyyətində olduğunu görüb daha da həyasızlaşmaz ki?

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru