Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                 

Abşeron Telekommunikasiya qovşağı da narazılığa nədən olur - PROBLEM
Tarix: 4-04-2014, 09:04 | Çap et
Abşeron Telekommunikasiya qovşağı da narazılığa nədən olur
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2003-cü ildən Azərbaycanda bütün ərazilərdə mənzillərin telefon xətləri ilə təmin olunmasına başlayıb. Bu Azərbaycan prezidentinin 16.01.2013-cü l tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı idi. Bu məqsədlə Azərbaycanda hər bir evdə telefon və sürətli internetin olması üçün nazirlik bu layihəyə başladı və proses hələ də davam etdirilir.

Amma, bu proses bəzi ərazilərdə bəzi məmurlar tərəfindən ləngidilir, abunəçi olmaq istəyən vətəndaşlar süründürülür, illərlə get-gələ salınır və bezdirilir. Nəticədə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi layihələr yubanır. Həmin əlaqədar məmurlar nazirliyə yalan məlumatlar verərək guya ki, istənilən ərazidə mənzillərdə telefon və yüksək sürətli internet xəttinin olduğunu bildirir, yerlərdə isə bu layihələrdən müəyyən maraqları üçün istifadə edir, əhalini bezdirir. Bu da birbaşa əhalini nazirlikdən, narazı salır. 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə əlaqədar mən də Abşeron rayonu, Saray qəsəbəsi 3 ünvanındakı mənzilimə telefon xətti çəkdirmək qərarına gəldim və bu barədə “Aztelekom” İstehsalat Birliyinə müraciət etdim. Birlik rəhbərliyindən mənə bildirdilər ki, bu barədə qurumun Abşeron Telekommunikasiya Qovşağına müraciət edim. Mən də adıçəkilən quruma müraciət etdim. Qovşaqdan bildirdilər ki, bu barədə yaxın günlərdə araşdırma aparılandan sonra mənə məlumat veriləcək və mənzilə telefon xətti çəkiləcək. Bu təxminən 1 il əvvəl olub. Müraciətdən 2 ay keçsə də, Abşeron Telekommunikasiya Qovşağına etdiyim müraciətdən heç bir xəbər çıxmadı və mən yenidən həmin quruma müraciət edərək nəticəni öyrənmək istədim. Qovşaqdan bildirdilər ki, mənim müraciətim nəzərə alınsa da, təşkilatın bu işi həyata keçirməyə gücü yoxdur. Yəni, bunun üçün mənzil sahibi xərc ödəməlidir. Xərc isə bundan ibarətdir. Abşeron Telekommunikasiya Qovşağının telefon çəkməsi üçün lazım olan bütün avadanlıqları, kabelləri, xətt dirəklərini və telefon blokunu mən şəxsi vəsaitimlə almalıyam, bu materiallar alınandan sonra Abşeron Telekommunikasiya Qovşağına məlumat verməliyəm və həmin materialları onlara təqdim etməliyəm. Yalnız bundan sonra qovşaq mənim mənzilimə telefon xətti çəkilməsinə icazə verməlidir. Bunu mənə qovşağın əraziyə baxış keçirmək üçün gələn sahə mühəndisi və mantyoru bildirdi. Sual verdim ki, bəs necə olur ki, nazirlik bu materialların dövlət vəsaiti hesabına ödənildiyini deyir. Həmin şəxslər isə “Xeyr! Biz yalnız tender yolu ilə telefon xətləri çəkəcəyimiz halda həmin materialları pulsuz veririk. Qalan vaxtlarda, fərdi evlərə çəkilən telefon xəttinə görə bütün xərcləri mənzil sahibi ödəməlidir”.

Abşeron Telekommunikasiya Qovşağının nümayəndələrinin bu cavabından sonra mən məcburiyyət qarşısında qalıb Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə müraciət etdim. Nazirlikdən bildirdilər ki, fərdi yaşayış evinə çəkiləcək telefon xətti üçün mənzil sahibi heç bir vəsait ödəmir. Mənzil sahibi sadəcə aidiyyəti ərazi üzrə yerləşən qovşağa müraciət edir, oradan telefon xətti üçün texniki şərt alır və bununla da mənzil telefon xətti ilə təmin edilir.

Qovşaqdan mənə verilən cavabı nazirliyə çatdırandan sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov bu məsələ ilə maraqlandılar. Hadisədən bir gün sonra mobil telefonuma zəng gəldi. Zəng vuran şəxs Abşeron Telekommunikasiya Qovşağından idi. Özünü Sahib müəllim kimi təqdim edən şəxs məsələ ilə maraqlandı və bildirdi ki, ona nazirlikdən tapşırıq gəlib ki, mənim mənzilim telefonla təmin edilsin. Düzü sevindim. Zəng vuran şəxs hətta bu barədə məni bir az qınadı da. Bildirdi ki, bəs gərək bu barədə nazirliyə məlumat verib onları narahat etməyəydim: “Qardaş, sən niyə nazirliyə zəng edib onları narahat etmisən? Elə bundan ötrü mənim yanıma gələrdin, sənə nə lazımdı kömək edərdik. Burda nə qədər çətin iş var ki? Sən ünvanı de, sabah sənin problemin həll olunacaq”.

Həmin şəxsə yenidən ünvanı xatırlatdım və sağollaşdım. Qovşaqdan zəng vuran bu şəxsin kimliyini bilməsəm də, qurumda söz sahibi olan adam kimi danışması məni bir az arxayınlaşdırdı. Səhəri gün telefonuma daha bir nömrədən zəng gəldi. Bu dəfə isə zəng vuran şəxs özünü Sakit müəllim kimi təqdim edərək bir də ünvanı soruşdular, təxmini hansı ərazi olduğunu xatırlatmağımı xahiş etdi. Hər yolunu başa saldım bu şəxsə də. Son sözü o oldu ki, səhəri gün əraziyə mantyor göndəriləcək və mənzilə telefon çəkilişinə başlanacaq. Amma, hələ də gözləyirəm.

İki ay da gözlədim. Mənə sonuncu zəng vuran şəxsə-Sahib müəllimə zəng vurub maraqlananda qəribə cavab aldım. Sakit müəllim əvvəlcə dedi ki, qurumun telefon çəkməyə imkanı yoxdur, materiallar gələndən sonra idarədə bu barədə qərar qəbul olunacaq. Sakit müəllimə xatırladanda ki, mənim evimə telefon xətti çəkilməsi üçün nazirlikdən göstəriş verilib, o həmin vaxt sözünü dəyişdi və “narahat olmayin, yaxın vaxtlarda sizing evə terlefon çəkiləcək” dedi. Hətta bildirdi ki, mənə nazirlikdən bu barədə soruşsalar deyim ki, problem həllini tapıb və telefon xətti çəkilib.

Həmin vaxtdan 9 ay da keçib. Amma Abşeron Telekommunikasiya Qovşağından hələ bir xəbər yoxdur. Artıq son vaxtlar qovşağa zəng edəndə dəstəyi də qaldırmırlar. Məlumdur ki, qurum rəhbərliyi telefon xətti çəkmək istəmir. Yəni ona abonenetlərinin sayının artmağı deyil, başqa şey maraqlıdır. Nazirlikdən gələn zənglər də qurum rəhbərliyini narahat etmirsə, demək bu prosesdə başqa maraqlar var. Hər halda hələ də gözləyirəm.

İnanıram ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu yazıdan sonra məsələnin ciddi araşdırılmasına başlayacaq və şəxsən cənab nazir Əli Abbasov bu cür məsuliyyətsiz məmurlar barədə tədbir görəcək.

Samir










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru