Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                 

Sürücüləri soyan pullu dayanacaqların siyahısı
Tarix: 28-03-2014, 16:51 | Çap et
Sürücüləri soyan pullu dayanacaqların siyahısı
Dünyanın digər meqapolisləri kimi Bakının ən böyük problemlərindən biri tıxaclardır.

Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi və digər strukturlar vaxtaşırı olaraq paytaxtda tıxaclara qarşı mübarizə aparmaq üçün yol kənarlarında park edən avtomobillərə qarşı kütləvi reydlər keçirir.

Son vaxtlar bu tədbirlər daha da gücləndirilib. Nəticəsini isə hər gün yüzlərlə avtomobil sahibi az əvvəl park edib getdikləri maşınlarını qayıdıb yerində tapmayanda hiss edirlər. DYP evakuatorları şəhərin mərkəzi küçələrindən hər gün yüzlərlə avtomobili cərimə meydançalarına daşıyır.

Xatırladaq ki, ötən ilin avqust ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” sərəncamına müvafiq olaraq Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlamışdı.

Bu məktub şəhərin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədi daşıyırdı. Məktubda dövlət və qeyri-dövlət qurumlarında çalışan avtomobil sahiblərinə tövsiyə olunmuşdu ki, xidməti və fərdi avtomobillərini Heydər Əliyev adına Sarayla Füzuli meydanı arasında yeni istifadəyə verilmiş müasir tipli yeraltı avtomobil dayanacağında və ya digər yeraltı avtomobil dayanacaqlarında park etsinlər.

Son vaxtlar isə DYP evakuatorları ilə sürücülər arasında əsl “gizlənpaç” oyunu gedir. Şəhərin mərkəzi hissəsindəki iş yerlərində - dövlət strukturlarında və özəl təşkilatlarda çalışan avtomobil sahibləri üçün iki alternativ yaranıb: ya yeraltı dayanacaqlar, ya da cərimə meydançaları.

Bəs dövlət büdcəsinin vəsaiti hesabına tikilən və Nəqliyyat Nazirliyinin bildirdiyi kimi, “özəl sahibkarlara icarəyə verilən” yeni yeraltı dayanacaqlarda, digər özəl avtomobil dayanacaqlarında qiymətlər orta statistik sürücünün cibinə, ölkədəki orta aylıq əməkhaqqına nə dərəcədə uyğun gəlir?

Virtualaz.org saytı Bakının mərkəzində yerləşən avtomobil dayanacaqlarının qiymətləri haqda araşdırma aparıb. Araşdırmalarımız zamanı məlum oldu ki, Bakının mərkəzində ən bahalı dayanacaq “28 Mall” ticarət və əyləncə mərkəzinin altında fəaliyyət göstərən dayanacaq, ən ucuz dayanacaq isə “28 May” metrosunun qarşısında (Cəfər Cabbarlı heykəlinin arxası) və Dəmiryolu Xəstəxanası ilə Bakı Dəmiryolu vağzalı arasında yerləşən dayanacaqlardır.

“28 Mall”da parklamanın qiyməti belədir:

1 saat - 1 manat

1-3 saat - 2 manat

3-5 saat - 3 manat

5-7 saat - 5 manat

7-24 saat - 20 manat

Bu avtomobil dayanacağında təqdim olunan giriş çekini itirən müştərilər 20 manat cərimə olunur. Buradan daha çox ticarət mərkəzinə alış-verişə gələnlər istifadə edir.

Bulvar ərazisində olan böyük ticarət və əyləncə mərkəzi “Park Bulvar”da isə qiymətlər “28 Mall”a nisbətən ucuzdur:

0-1 saat - 1 manat

1-3 saat - 2 manat

3-8 saat - 3 manat

8-12 saat - 6 manat

12-15 saat - 10 manat

Burada 24 saat avtomobil saxlamaq qadağandır. Giriş çekinin itirilməsinin qarşılığında isə 10 manat cərimə ödənilməlidir.

Bakıda fəaliyyət göstərən ən böyük avtomobil dayanacaqlarından biri isə Fəvvarələr meydanın yanındakı “Garage”dir. Burada təklif olunan qiymətləri də ucuz hesab etmək olmaz. Beş mərtəbəli dayanacaqdan istifadənin qiyməti belədir:

0-1 saat - 1 manat

1-3 saat - 2 manat

3-6 saat - 3 manat

6-12 saat - 6 manat

12-24 saat - 10 manat

Bu dayanacaqdan uzunmüddətli istifadə etmək istəyən müştərilərə güzəşt edilir.

Ən böyük yeraltı avtomobil dayanacağı olan və 2013-cü ildə fəaliyyətə başlayan Azadlıq meydanının altındakı dayanacaqda da qiymətlər 1 manatdan başlayır.

0-2 saat - 1 manat

2-5 saat - 2 manat

5-12 saat - 3 manat

12-24 saat - 6 manat

Bu dayanacaq 24 saatlıq istifadəsi üçün ən ucuz qiymətə xidmət göstərən dayanacaqdır. Lakin bu dayanacağı digərlərindən fərqləndirən itirilmiş çekə görə cəriməsinin həddən artıq çox olmasıdır. Cərimənin məbləği 30 manat təşkil edir. Bu dayanacaqda güzəştlər yalnız dövlət məmurlarına edilir.

Heydər Əliyev adına Sarayla Füzuli meydanı arasında olan yeraltı dayanacaq da minimal qiyməti 1 manatdan başlayaraq fəaliyyət göstərən avtomobil dayanacaqlarındandır. Burada da 1 saatlıq xidmətə 1 manat məbləğində ödəniş tələb olunur.

Qeyd edək ki, yuxarıda adlarını qeyd etdiyimiz dayanacaqlardan 15 dəqiqəlik istifadə pulsuzdur. Amma bu bir az gülünc səslənir.

Bu, dayanacaqlardan istifadə edən sürücülər arasında apardığımız sorğudan da aydın oldu ki, bu pulsuz xidmətdən istifadə etmək mümkün deyil. Çünki dayanacağa girmək, maşını park etmək, dayanacağın ərazisini tərk etmək və qayıdarkən ödəmə terminalında məbləği ödəmək 15 dəqiqədən çox olur. Yəni pulsuz xidmətdən istifadə etmək praktiki olaraq mümkünsüzdür.

Ən ucuz avtomobil dayanacaqları isə “28 May” metrosunun qarşısında və Dəmiryolu Xəstəxanası ilə Bakı Dəmiryolu Vağzalı arasında yerləşən açıq dayanacaqlardır. Bu dayanacaqlara Nəqliyyat Nazirliyi nəzarət edir. Digər özəl dayanacaqlardan fərqli olaraq bu dayanacaqların gəliri nazirliyin büdcəsinə gedir.

Bunu virtualaz.org saytının əməkdaşı ilə söhbətində dayanacaqlarda çalışan işçilər də təsdiq etdi.

Bu dayanacaqlardan gün ərzində bir neçə saatlıq istifadənin qiyməti 20-30 qəpikdir. İşçilər deyir ki, sürücülərdən hansısa məbləğ tələb olunmur. Kim nə qədər verisə, onu da alırlar. Səhərdən axşama qədər maşın saxlamağın qiyməti isə maksimum 50 qəpik olur.

Bulvar ərazisində salınan, Bayraq meydanı yaxınlığındakı yerüstü dayanacaq da sürücülərə ucuz qiymətə xidmət göstərir. Bu dayanacaqdan istifadənin qiyməti 20 qəpikdən başlayır.

Bakının mərkəzində ara küçələrə nəzər yetirərkən məlum olur ki, sürücülər daha çox qeyri-rəsmi fəaliyyət göstərən bu dayanacaqlara üstünlük verir. Buna səbəb isə qiymətlərin ucuz olmasıdır. Ara küçələrdə səhərdən axşamadək maşın saxlamaq üçün ödənilən maksimum məbləğ 1 manatdır. Bir neçə saatlıq parklama isə 20 qəpikdir.

Avtomobil dayanacaqlarında qiymətlərin baha olması şikayətlərinə cavab olaraq Nəqliyyat Nazirliyindən virtualaz.org-a bildirdilər ki, dayanacaqlar icarəyə götürüldüyündən qiymətləri sahibkalrar özləri müəyyən edir. Yəni qiymətlərin baha olmasına nazirlik heç nə edə bilməz.

Söhbətləşdiyimiz sürücülər isə şəhərin mərkəzində tikilən yeraltı dayanacaqlarda qiymətlərin həddən artıq baha olduğunu deyirlər.

“Hər gün işə gələn adam üçün aylıq parkinq pulu az qala 200 manat edir. Orta aylıq əməkhaqqı 450 manatdırsa, deməli, camaatın aldığı maaşın yarısı parkinqə gedəcək. Bu nə yanaşmadır? Bu qiymətləri kim müəyyən edir və niyə əhalinin orta aylıq qazancı nəzərə alınmır? Yoxsa hökumətdə hesab edirlər ki, hamı nazir və deputat uşaqları kimi yüz minlərlə manat qiyməti olan maşınlar sürür və deməli, parkinqə gündə 20 manat da verə bilər? İndi şəhərdəki maşınların yarıdan çoxu kreditlə alınıb. Camaat kredit ödəsin, yoxsa gündə 10 manat parkinqə versin?” - deyə Azadlıq meydanının altındakı parkinqdən köhnə “Mercedes”ini çıxaran İsmayıl adlı sürücü narazılığını bildirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru