Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                 

Heydər Əsədovdan sonra Hesablama Palatası kimin ümidinə buraxılıb
Tarix: 28-03-2014, 15:37 | Çap et
Heydər Əsədovdan sonra Hesablama Palatası kimin ümidinə buraxılıb
Məlum olduğu kimi, ötən ilin payızında Heydər Əsədovun kənd təsərrüfatı naziri postuna gətirilməsindən sonra onun sədri olduğu Hesablama Palatasına da yeni sədr təyin edildi. Palataya rəhbərlik Vüqar Gülməmmədova tapşırıldı.

Bundan sonra adıçəkilən qurumun dövlət vəsaitlərinin xərclənməsi üzərində şəffaflığı artıracağına dair yeni ümidlər meydana çıxdı. Məsələ burasındadır ki, Əsədovun dövründə Hesablama Palatasının fəaliyyətinə münasibət birmənalı deyildi. Bir çoxları hesab edirdilər ki, Palata bəzi oliqarx-məmurların ciddi təsiri altındadır və öz audit yoxlamaları zamanı həmin iri məmurların maraqlarını nəzərə alır.
Vüqar Gülməmmədov isə Hesablama Palatasına sədr təyin edildikdən sonra ilk açıqlamalarında bildirdi ki, qarşıda duran əsas vəzifələr risk əsaslı maliyyə auditindən səmərəli auditə keçilməsi və dövlət hesablarının təhlili üzrə Hesablama Palatasının potensialının gücləndirilməsidir: "Ən əsas işlərdən biri də kənar və daxili auditin sərhədlərinin müəyyənləşdirilməsi, bunların müvafiq qanunvericilikdə əks olunmasıdır. Bunların həyata keçirilməsi üçün Hesablama Palatasının insan resursları artırılmalı və təşkilatın strukturunda təkmilləşdirilmə aparılmalıdır. Görəcəyimiz əsas işlər bunlardır".
Bəs yeni sədrin vədləri özünü doğruldubmu? Ən əsası Hesablama Palatasının müəyyən iri məmurların birbaşa və dolayı nəzarətinə son qoyulubmu? Bir çox ekspertlər qurumun yeni sədrinin 6 aylıq fəaliyyəti əsasında bu suala cavab verilməsini müəyyən qədər mümkünsüz hesab etsələr də, ümumi mənzərəyə əsaslanaraq Hesablama Palatasının fəaliyyətində ciddi dönüş olmadığı qənaətindədirlər.
Halbuki açıq şəkildə görünür ki, Hesablama Palatasının işinin keyfiyyətini artırmağa ehtiyac var və bu məqsədlə Avropa, Ukrayna və Rusiya təcrübəsindən istifadə oluna bilər. Ekspertlərin fikrincə, Avropa Birliyinin Auditorlar Palatasının üzvü tələb olunan şərtləri yerinə yetirmədikdə palata onun haqqında qərar qəbul edə bilir. Bu zaman onun barəsində hazırlanmış məlumat Auditorlar Palatasının bütün üzvlərinə göndərilir. Eyni zamanda həmin üzvə məhkəmədə özünü müdafiə etmək hüququ verilir. Üzv haqqında qərar gizli səsvermə yolu ilə və palata üzvlərinin 4/5-nin iştirakı ilə qəbul olunur. Məsələsi səsverməyə çıxarılan üzvün özü səsvermədə iştirak etmir. Hesab olunur ki, Azərbaycanda Hesablama Palatasının auditorlarının işdən kənarlaşdırılması prosedurlarının tətbiqi zamanı bu təcrübədən bəhrələnmək olar.
Ekspertlər həmçinin Avropa Birliyinin Auditorlar Palatasında üzvlərin maraqlarının bəyan edilməsi tələbinə də diqqət çəkir. Onların sözlərinə görə, bu, Azərbaycan kimi ölkələr üçün çox vacibdir. Çünki Azərbaycanda gəlirlərin və əmlakın bəyan edilməsi ilə bağlı öhdəliklərin olmaması son nəticədə Hesablama Palatasının sədrini və auditorları da belə öhdəliklərdən azad edir. Bu isə üzvlərin maraq konfliktlərinin idarə olunmasında çətinlik yaradır.
Ekspertlər vurğulayır ki, Avropa Birliyinin Auditorlar Palatasında yoxlamaların aparılması standartları (kodlar) var. Bu standartlar yoxlamaların təşkili qaydalarını nizamlayır. Belə standartların Azərbaycanda da tətbiqi səmərə verə bilər.
Qeyd edilir ki, Ukraynanın Hesablama Palatası strukturlaşma, Rusiyanın Hesablama Palatası isə büdcə rəylərinin keyfiyyəti baxımından fərqlənir. Ukraynada Hesablama Palatasının fəaliyyəti dövlət büdcəsinin funksional istiqamətləri üzrə təşkil olunub. Burada ən vacib funksional istiqamətlərdə departamentlər fəaliyyət göstərir. Hesablama Palatasının strukturuna elmi-tədqiqat institutu da daxildir ki, bu da aparılan yoxlamaların və maliyyə-audit ekspertizalarının elmi əsaslarla möhkəmləndirilməsinə xidmət edir.
Rusiyanın Hesablama Palatasının büdcə rəylərində icmal büdcənin əsas parametrləri, təkcə növbəti ilin deyil, orta müddətli dövrün də büdcə sisteminin təhlili verilir. Rəydə büdcə prosesinin mərhələlər üzrə qiymətləndirilməsi aparılır. Palatanın rəyində nəticə və təkliflər bölməsi də hazırlanır.
Ümumiyyətlə, Hesablama Palatasının işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər belə ümumiləşdirilir: palata müstəqil və təcrübəli mütəxəsislərdən təşkil olunmalıdır; büdcə ilə bağlı ildə bir dəfə formal xarakterli hesabatlar yox, xüsusi təyinatlı, müstəqil araşdırmalar təşkil edilməlidir; mövcud büdcə idarəçiliyində problemlərin həlli ilə bağlı deputatlarla müzakirələr keçirilməlidir; büdcə ilə bağlı təkliflərin sayı və keyfiyyəti artırılmalıdır; Hesablama Palatasının səlahiyyətləri çoxaldılmalı, yoxlamalar intensivləşməlidir; ictimai nəzarət mexanizmləri olmalıdır, yoxlama aparan və hesabat hazırlayan işçi qrupunda parlamentdə təmsil olunan müxalif siyasi partiyaların nümayəndəsi olmalı və bu nümayəndələr hər il dəyişməlidir.
Bəs bu və digər təkliflərə Hesablama Palatasının yeni sədri Vüqar Gülməmmədov isti yanaşa, belə təkliflərin hamısının və ya bir çoxunun reallaşması istiqamətində səylər nümayiş etdirə bilərmi? Ekspertlər bunu sədrin iradəsinə bağlayırlar.
Əgər Vüqar Gülməmmədov ayrı-ayrı iri məmurların Palatanın auditləri üzərində təsir imkanlarını azaltmaq istiqamətində iradə ortaya qoyarsa, qurumun fəaliyyəti də həm müasir standartlara cavab verə bilər, həm də sədr dəyişikliyi real nəticələr verməyə başlayar. Əks halda qurumun rəhbərliyinin əvəzlənməsi formal xarakter daşıyacaq, bu isə Gülməmmədovun həmin posta təyin edilərkən vəd verdiyi "səmərəli audit"ə keçidin elə vəd olaraq da qalması anlamına gələcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru