Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                     Alim Qasımov "Eurovision"a gedə bilər? .....                     Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır .....                     "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                 

Ərdoğanın devrilməsi üçün beynəlxalq güclər düyməyə basıbmı? - ARAŞDIRMA
Tarix: 27-03-2014, 17:15 | Çap et
Ərdoğanın devrilməsi üçün beynəlxalq güclər düyməyə basıbmı?
Türkiyədə bələdiyyə seçkilərinə artıq sayılı günlər qalıb. Martın 30-da Türkiyə vətəndaşları öz bələdiyyələrini seçəcəklər. Amma seçki marafonuna baxanda bu seçkinin sadəcə bələdiyyə ilə məhdudlaşmadığı görünür. Çox aktiv bir seçki dönəmi müşahidə etdik Türkiyədə. Sanki ölkədə bələdiyyə deyil, parlament seçkiləri keçirilir. Səbəb isə sadədir: ölkədə 2002-ci ildən hakimiyyətdə olan bir partiya - AKP var gücü ilə seçkiyə qoşulub.

Amma bu partiya əvvəlki seçkilərdən fərqli olaraq arxasındakı bəlli gücü itirib, qarşısında isə ölkənin iki ən böyük partiyası - CHP və MHP var.

AK Partiya hakimiyyətə necə gəldi?

İlk öncə AK Partiyanın hakimiyyətə gəliş tarixçəsinə baxaq. 16 yanvar 1998-ci ildə Rifah Partiyasının Konstitusiya Məhkəməsi tərəfindən bağlanılmasıyla Milli Görüş ənənəsindən gələn siyasətçilər Fəzilət Partiyası altında təkrar birləşdilər. Ancaq dəyişməyən siyasətlər və dəyişməyən yaşlı lider heyətinə görə partiyanın xalq tərəfindən dəstəklənməsinə qarşılıq tapa bilmədiyini düşünən Abdullah Gülün rəhbərliyi altında olan “islahatçılar” və “klassiklər” Fəzilət Partiyası konqresində rəhbərlik yarışına girdilər. 14 may 2000-ci il tarixində təşkil edilən konqresi bir səs faizi ilə uduzan islahatçılar artıq partiyada siyasət yürüdə bilməyəcəklərini düşünməyə başladılar. Bu müddət ərzində də Fəzilət Partiyası da Rifah Partiyası ilə eyni aqibətə uğrayaraq 22 iyun 2001-ci ildə bağlandı. Həbsdən çıxan Rəcəb Tayyib Ərdoğanın da sıralarına qoşulması ilə islahatçılar dərhal yeni bir partiya qurmaq işlərinə başladılar.
14 avqust 2001-ci il tarixində qurulan partiyanın banislərindən olan Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül, Əbdüllətif Şənər, İdris Naim Şahin, Binalı Yıldırım və Bülent Arınç partiyanın əsas simaları idilər. Tərkibində Milli Selamet, Rifah, Fəzilət (Milli Görüş), Ana Vətən (Turqut Özala yaxın şəxslər), Ədalət və Doğru Yol Partiyası (mərkəzi sağçılar) daxildir.

15 aylıq bir partiya olaraq 3 noyabr 2002-ci il tarixində keçirilən seçkilərdə ən yüksək səs faizi qazanaraq (etibarlı seçicilərin 34,63 faizi) Abdullah Gülün başçılığı altında 58-ci Respublika Hökumətini qurdu. Həbs edilərkən üzərində olan siyasət embarqosuna görə kabinet və Türkiyə Böyük Millət Məclisində yer qazana bilməyən partiya rəhbəri Ərdoğanın bu qadağanı CHP-nin (Cümhuriyyət Halk Partiyası) da dəstəklədiyi konstitusiya dəyişikliyi ilə qaldırıldı. Ərdoğan 8 mart 2003 tarixində Sirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilərək məclisə girdi. Bundan sonra isə Gülün rəhbərlik etdiyi 58-ci Hökumət 11 mart 2003-cü il tarixində istefa verdi. Prezident Əhməd Necdət Sezərdən hökuməti yenidən qurmaq vəzifəsini alan Ərdoğan 15 mart 2003-cü ildə 59-cu Respublika Hökumətini qurdu.

2004-cü ildə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə 41.67 faizlik səslə birinci olan partiya 1.950 bələdiyyəni qazandı.

2007-ci ildə keçirilən parlament seçkilərində 46.58 faizlə Türkiyə tarixinə hökumət başında olan və səslərini artıran partiya kimi daxil oldu. Türkiyənin 81 vilayətinin 80-dən namizədlərinə səs aldılar.

2009-cu il bələdiyyə seçkilərində isə 38.8 faiz səslə yenə birinci oldu.

2011-ci ilin parlament seçkilərində isə 50 faizlə, təxminən 21 yarım milyon səslə 326 millət vəkili kürsüsü qazandı.

Bütün bu seçkilərdə ikinci yeri CHP tutub.

Amma AK Partiyanın əleyhdarları partiyanın hakimiyyətə gəldiyi ilk gündən başlayaraq onların “milli görüş” ideyalarının daşıyıcıları olması barədə fikirlər səsləndirdilər. Bu barədə açıqlamalara isə Ərdoğan sərt şəkildə cavab verdi: “Biz “milli görüş” köynəyini əynimizdən çoxdan çıxarmışıq.”

Bəli, Ərdoğan və ətrafı “milli görüş” köynəyini əyinlərindən çoxdan çıxarmışdılar. Onlar yeni partiya quraraq, artıq Fətullah Gülənin toxuduğu “nurçu köynəyi”ni geyinmişdilər. Məhz bu köynəklə yuxarıda qeyd etdiyimiz seçkilərdən artan üstün səs faizi ilə çıxdılar.

CHP hakimiyyəti hicabı necə qadağan etdi?

İndi isə mövzu ilə əlaqədar başqa bir statistikaya nəzər yetirək.

1978-ci ilin ortalarında CHP Hökumətinin İş Nazirliyi ilk dəfə rəsmi olaraq qadın məmurların hicabını qadağan etdi. 1978-ci ilin 8 dekabr tarixli 52 nömrəli fərmanla isə CHP Hökuməti ilk dəfə ictimai xidmət sahələrində işləyən bütün qadınların hicabını qadağan etdi. Bu fərmanla həmçinin kişilərin saqqal, uzun saç və qalstuksuz işə gəlmələri də qadağan olundu.

1979-cu ildə qanun bir qədər də sərtləşdirildi. Türkiyə tarixində ilk dəfə olaraq hicablı və saqqallı fotoşəkillərlə universitetə imtahan vermək üçün qeydiyyat işləri də ləğv edildi. Ardınca Qaradəniz Texniki Universitetində və Hacettəpə Universitetində hicablı tələbələrin yataqxana ərazisində görünmələri qadağan edildi. Elə həmin ildə Atatürk Universiteti hicablı və ya saqqallı fotoşəkil ilə məzun olmaq istəyən tələbələrə diplom verilməyəcəyini açıqladı.
Hicab qadağası TBMM-ə qədər gəlib çatdı. 1980-ci ildə məclisin tamaşaçı lojasında bəzi hicablı ziyarətçilərin gəlməsinə hirslənən bəzi millət vəkilləri məclis başçısına bu qadınların lojadan atılmasını tələb etdilər.

1982-ci ildə Yüksek Öörətim Kurulu yayımladığı geyim qaydaları ilə hicabı tamamilə qadağan etdi. Bu qadağa 1984-ci ildə ləğv edilsə də, 1987-ci ildə yenidən qüvvəyə mindi. Turqut Özalın qurduğu 45-ci Hökumət hicab azadlığı barədə YÖK qanununda dəyişiklik təklifinə veto qoyuldu. 1988-ci ildə Özalın qurduğu 46-cı Hökumət hicabla bağlı ikinci qanun dəyişikliyini qəbul etdi. 1989-cu ildə prezident Kənan Evren bu dəyişiklik Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi.
1990-cı ildə hicaba icazə verən üçüncü qanun qəbul edildi. CHP-nin qollarından biri olan SHP (Sosial-Demokrat Halk Partiyası) qanunu Konstitusiya Məhkəməsinə apardı və qanun rədd edilərək qüvvədən salındı.

15 sentyabr 1997-ci ildə YÖK başçılığının bir qanunu ilə hicablı şagirdlərin məktəblərə buraxılması qadağan edildi.
Universitetə buraxılmayanlardan biri isə hazırki prezident Abdullah Gülün xanımı Xeyrinisə Gül idi. O, 1998-ci ildə Ankara Universitetinin Dil Tarix Coğrafiya Fakültəsi Ərəb Dili və Ədəbiyyatı Fakültəsinə daxil olur, amma onu hicablı olduğu üçün qeydiyyata almırlar. Xanım Gülün 28 illik ümidi puç oldu.
28 fevral 1998-ci il tarixindən bütün təhsil müəssisələrində hicab qadağası tətbiq edildi, qanuna riayət etməyən məktəb rəhbərliyi barəsində cinayət işi açıldı.
6 və 9 fevral 2008-ci il tarixlərində universitetlərdə hicaba azadlıq verən Konstitusiya dəyişikliyi TBMM-də 518 millət vəkilinin qatıldığı səsvermədə 411 lehinə, 103 əleyhinə olmaqla qəbul edildi.

Bu, CHP-nin hakimiyyəti dövründən məhz onların gərgin fəaliyyəti ilə başladılmış hicab qadağasının tarixçəsi idi.

Fətullah Gülən İslam əleyhdarı partiyaya niyə dəstək verir?

Hər iki statistikaya diqqət etdikdə, Ərdoğan hökumətinin CHP ilə mübarizə apardığı görünür. Bu seçkidə də Ərdoğan hökumətinin qarşısında ən böyük gücün məhz CHP olduğu ortadadır. Amma dəyişən bir məsələ var - Hoca. Bir zamanlar Ərdoğanın “Hocam” dediyi Fətullah Gülən mövqeyini dəyişdirib, keçdi qarşı tərəfə. Ərdoğanın hansı səbəblərdənsə dərshanələrin bağlanacağı ilə bağlı verdiyi qərar tərəflər arasında iplərin qopması ilə nəticələndi. Öncə ağac kəsilməsinə görə Türkiyənin qarışdırılmasına göstərilən “Geci Parkı” hadisələri, daha sonra isə F.Gülən camaatına bağlı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən və ehtimal olunduğuna görə, Qərb ölkələrindən dəstəklənən 17 dekabr həbs dalğası Türkiyə hökumətinə, konkret olaraq baş nazir Ərdoğanın imicinə böyük zərbə oldu. AKP-dən bir neçə nazir, deputat istefa verdi, hakim komandada dəyişikliklər oldu.

Və ardınca Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatındakı qərargahından Ərdoğana bəd-dualar yağdırmağa başladı. Ərdoğanın ailə üzvləri ilə şəxsi danışıqları Gülənə məxsus media orqanlarında yayıldı. Baş verənlər artıq Ərdoğan-Gülən bağlantılarının tamamilə qopduğunun göstəricisi idi. Ərdoğan mitinqlərdəki çıxışlarının birində hətta, “sənin vətənin Pensilvaniyamı, Türkiyəmi?” deyə, Fətullah Gülənə səsləndi, onun ABŞ-dan ekstradisiya məsələsini barədə danışdı. Bu çıxışdan sonra isə Gülən sığınacaq üçün Kanada və Avstraliyaya müraciət etdi, amma müraciəti rədd edildi. Məhz bu rədd cavabı Hocanın bütün gücünü CHP-nin təbliğinə, Ərdoğan əleyhinə olan şəxslərin dəstəklənməsinə yönəltdi. Diqqət etsək görərik ki, nurçu təriqətinin əlində olan bütün televiziyalar, onlayn və yazılı medialar AK Partiya hökumətinin Türkiyəni uçuruma apardığını, Ərdoğan hökumətinin rüşvətxor olduğunu söyləyirlər. Amma burada unudulan bir məqam da var – İslam. Özünü İslam alimi hesab edən, daim İslami dəyərlərdən danışan, sözünə “bismillahla” başlayıb, “ələhəmdulillah”la bitirən, çıxışlarında tez-tez Quran ayələrindən iqtibaslar gətirən Fətullah Gülən CHP-yə necə dəstək verə bilər ki, bu partiyanın təməl prinsiplərindən biri laiklikdir. O laiklik ki, onda İslamın vacib hökmlərindən biri olan hicaba tamamilə rədd edilir, bütün dövlət idarə və müəssisələrində, təhsil ocaqlarında, ictimai xidmət sahələrində, hətta TBMM-də belə, hicabla görünmək qadağandır. Bunu az öncə hicaba qarşı CHP-nin necə mübarizə apardığı barədə təqdim etdiyimiz statistika sübut edir. Görünür, Fətullah Gülənin İslamı, hansı ki ona “Amerika İslamı” deyirlər, bu gün belə istəyir. O İslamın istəyi hicaba qarşı olan birisinin dəstəklənməsini layiq bilir. Qısası, CHP-nin yenidən Türkiyə hakimiyyəti bu ölkəni ötən əsrin 80-ci illərinə sürükləyəcək, yüz minlərlə hicablı təhsil və iş hüququnu, seçkili orqanlara seçilmək hüququnu itirəcək və bu hicab qadağası məhz Fətullah Gülənin dəstəyi ilə baş verə bilər.

Son olaraq onu qeyd edək ki, seçkilərdə AK Partiyanın qələbə çalması gözləniləndir, amma bu da Türkiyəni qarışdıracaq. Ərdoğan hökumətinin devrilməsi üçün düyməni basan güclər seçkinin saxtalaşdırıldığı bəhanəsi ilə bütün mümkün vasitələrdən istifadə edəcəklər, hətta terrordan, polis və ordu qüvvələri ilə silahlı qarşıdurmadan belə. Bu təhlükə daha realdır. Çünki qonşu Suriyada Əsəd hökumətinə qarşı döyüşən vəhhabi terrorçuları bir işarə ilə sərhədi keçə və seçkidən sonra qarışdırılacaq Türkiyədə hakimiyyətə qarşı mübarizə apara bilər. Necə ki, “Gezi Parkı” olaylarında bu cür hücumlar sınaqdan keçirildi və mümkün olma variantı barədə dərkənar qoyuldu.

FaktXəbər Analitik Mərkəzi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru