“Nar” sərfəli mobil operator mövqeyini qoruyur - BU FAKTDIR!
Tarix: 14-03-2024, 17:51 | Çap et
 “Nar” 2023-cü ilin nəticələrinə dair keçirdiyi mətbuat konfransında sərfəli qiymət siyasəti üzrə liderliyini, müştəri məmnuniyyəti ilə bağlı uğurlu göstəricilərini, əhatə dairəsinin genişləndirilməsi və mühüm sosial yönümlü layihələri barədə geniş məlumat verib.
Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” yüksək nəticə göstərərək 2023-cü ildə ölkə üzrə lider olub. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə görə, əsas razılıq bildirilən indikatorlar sərfəli qiymət, üstün müştəri təcrübəsi və internet paketləridir.
“Nar”ın baş icraçı direktoru Qunnar Panke ötən ilin uğurlu nəticələri barədə danışaraq bildirib: “Ardıcıl 5-ci ildir, sərfəli qiymət və müştəri məmnuniyyəti üzrə lider mövqeyimizi qorumağa nail olmuşuq. 2024-cü ildə də müştəriyönümlülük və sərfəli qiymət strategiyamıza sadiq qalmağı hədəfləyirik, çünki “Nar” sənə ən yaxın mobil operatordur”.
Konfrans zamanı müştərilər üçün xərclərin şəffaflığını və müxtəlif xidmət əməliyyatlarını asanlaşdıran “Nar+” tətbiqinin yenilənmiş versiyası da təqdim edilib. Yenilənən tətbiqin interfeysində ən çox istifadə olunan funksiyalar önə çıxarılmaqla yanaşı, balans artımı, internet paketin yenilənməsi, tarif dəyişikliyi və digər əməliyyatları bir kliklə həyata keçirmək imkanı da verilir.
Sərfəli xidmətləri ilə yanaşı, yüksək müştəri məmnuniyyətini də xüsusi diqqətdə saxlayan “Nar”ın xidmət mərkəzlərinə 2023-cü ildə müraciət edənlərin 98.6%-i göstərilən xidmətlərdən razılıqlarını bildiriblər. 2022-ci illə müqayisədə artan bu göstəricinin əldə olunmasında əsas faktor yeni konseptli mağazalara keçidin davam etdirilməsidir. Operator ötən il yenilənmiş 25 mağazasını təqdim edib.
“Nar”ın əsaslandığı müştəriyönümlülük strategiyası 2023-cü ildə beynəlxalq səviyyədə tanınaraq ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlarına layiq görülüb.
“Nar” Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk operator olub. Abunəçilərinə daha yaxın olmaq məqsədilə, “Nar” qısa zamanda Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərinin öz əhatə dairəsinə daxil edilməsinə nail olub.
“Nar” 2023-cü ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 30 sosial təşəbbüsün gerçəkləşdirilməsinə dəstək olub. Operator ötən il həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb. “Nar”ın davamlı olaraq həyata keçirdiyi “Jest dili.az” sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb.
“Nar” 2024-cü ildə də ən sərfəli operator mövqeyini saxlamaqla, müştəriyönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 18 mağazasını müştərilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki əhatə dairəsini genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Bu gün, 16:01 |
|
|
|
| • Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Bu gün, 15:57 |
|
|
|
| • "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Bu gün, 15:53 |
|
|
|
| • Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Bu gün, 14:52 |
|
|
|
| • SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Bu gün, 14:48 |
|
|
|
| • İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Bu gün, 14:45 |
|
|
|
| • Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Bu gün, 14:37 |
|
|
|
| • “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33 |
|
|
|
| • Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27 |
|
|
|
| • Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25 |
|
|
|
| • Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14 |
|
|
|
| • Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08 |
|
|
|
| • "Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05 |
|
|
|
| • “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53 |
|
|
|
| • Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50 |
|
|
|
| • Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45 |
|
|
|
| • Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39 |
|
|
|
| • Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31 |
|
|
|
| • Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26 |
|
|
|
| • Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21 |
|
|
|
| • Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14 |
|
|
|
| • Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06 |
|
|
|
| • “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59 |
|
|
|
| • Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55 |
|
|
|
| • Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49 |
|
|
|
| • “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44 |
|
|
|
| • "Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42 |
|
|
|
| • Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38 |
|
|
|
| • Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32 |
|
|
|
| • Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30 |
|
|
|
| • Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13 |
|
|
|
| • Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08 |
|
|
|
| • Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52 |
|
|
|
| • Norveç Kralı vəfat edib
Bu gün, 10:45 |
|
|
|
| • 200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44 |
|
|
|
| • Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38 |
|
|
|
| • “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36 |
|
|
|
| • Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33 |
|
|
|
| • ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30 |
|
|
|
| • Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23 |
|
|
|
| • Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21 |
|
|
|
| • Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17 |
|
|
|
| • Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08 |
|
|
|
| • Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02 |
|
|
|
| • Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57 |
|
|
|
| • " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45 |
|
|
|
| • ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41 |
|
|
|
| • Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37 |
|
|
|
| • Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20 |
|
|
|
|