44 günlük savaşa qatıldı, ağır xəstəlik tapdı: `Palmali` şefi qəbul etmədi, amma... - Təbrizli soydaşımız XIZIR KİMİ DADA YETİŞDİ...
Tarix: 27-10-2023, 11:37 | Çap et
 2020-ci ilin sentyabr ayından başlayaraq həyatın məşəqqətli bir imtahanıyla üzləşdim. Oğlum İman (İmanqulu Əmənov) 44 günlük Qarabağ savaşının iştirakçısı oldu, yedək qüvvə olaraq ara cəbhədəki mövqelərin birində xidmətə başladı. Bir müddət sonra ağır xəstəlik səbəbilə ordudan tərxis olundu və hospitala yerləşdirildi. Müayinələrdən sonra hər iki böyrəyində ciddi fəsadlar aşkarlandı və dializ xəstəsi olaraq müalicə almağa başladı. Yaşadığım Azadkənd kəndinə yaxın Şirvan şəhərindəki klinikada hər üç gündən bir dializ aparatında İmanın qanı yuyulur, qandakı kreatin təmizlənirdi. Oğlumun fiziki cəhətdən get-gedə zəflədiyini görürdüm və həyatını itirmək təhlükəsinin yüksək olduğunu başa düşürdüm. Həkimlərin də məsləhəti ilə yeganə çıxış yolu böyrək nəqli yolu ilə İmana böyrək köçürülməsi idi. Mən öz böyrəyimin köçürülməsinə razı idim. Qan analizləri uyğunluq dərəcəsinin yüksək olduğunu göstərirdi, buna görə də vaxt itirmədən əməliyyata hazırlaşmağa başladıq. Türkiyədə təhsil alan oğlum Mikayılın məsləhəti ilə İstanbuldakı Acıbadem klinikasında qeydə alındıq, bizə əməliyyat xərcinin 30 000 olduğunu söylədilər. Bundan əlavə də xərclər vardı, ümumən əməliyyat mənə 50 000 manata başa gələcəkdi, bu pulu təcili tapmalıydım. Oğlumun Lada markalı maşınını, satılması mümkün olan hər şeyi satmalı oldum, eyni zamanda yardım edə biləcək hər kəsə müraciətlər etməyə başladım. Yaxın qohumlarımdan da toplananВ pul cəmi 12 000 manat idi. Respublika səviyyəli tanınmış imkanlı şəxslərə, varlı müəssisələrə məktublar yazır, yardım istəyirdim. Bir qayda olaraq mənfi və ya başdansovdu cavablar alırdım. YAŞAT fondunun da xüsusi tələbləri var idi, İman qazi statusu almalıydı. Biz bu statusu ala bilmirdik, çünki İman döyüşlərdə iştirak etməmişdi, ön cəbhəyə hazırlıq mərhələsində xəstələnmiş və tərxis olunmuşdu. Yeganə ümidim kredit götürməyə qalmışdı. İxtisasca müəllim olduğum üçün kredit almağım çətin olmadı. İki bankdan toplam 26 000 manat kredit aldım və təcili İstanbula yollandıq. Klinikanın xərclərini ödədik, əməliyyata hazırlıq, lazimi analizlər prosedürlər başladı. Gözlənilmədə yeni problemlər ortaya çıxdı, mənim qanımda infeksiya aşkarlandı, bu halda böyrək nəqlinin effektiv olmayacağını dedilər. Nəticə olaraq ikinci oğlum Mikayılın böyrəyinin qardaşına köçürülməsi baş tutdu. Bütün bunların böyük həyəcan və stresslə müşaiyət olunduğunu təsəvvür edirsiniz. Lakin, təkcə həyəcan deyil, xərclər də artmışdı. Klinikaya əlavə pullar ödənməli idi. Son dərəcə kritik vəziyyət yaranmışdı. Təqribən 10 000 manatadək əksiyimiz yaranmışdı. Vətənə qayıtmaq üçün yol pulu və əməliyyatdan sonra qəbul ediləcək dərmanların xərci də bu məbləğə əlavə olunacaqdı. Yeganə çarə Türkiyədəki imkanlı azərbaycanlılara müraciət etmək idi. İlk ağıla gələn Mübariz Məsimovun adıydı. Azərbaycandakı bir bir deputata zəng etdirib bizi qəbul etməsini xahiş etdik. Dəfələrlə ofisinə getdik, bizi qəbul etməsini istədik. Ancaq alınmadı. O günlərdə tamamən ümidsizzlik içərisində idik. O günlərdə bir nəfər bizə əslən Təbrizli iş adamı Əli Poladın telefonunu verdi, zəng edin, bəlkə sizə kömək edər dedi. Qeyri-adi hadisə baş verdi, Əli Polad telefonumuza cavab verdi və buyurun gəlin dedi. Dediyi vaxtda iki oğlum və mən Taksim meydanındakı ofisinə yollandıq, bizi qəbul etdi. Heç tərəddüd etmədən, istədiyimiz məbləği verdi. Təşəkkür etmək istəyəndə isə sözümü kəsdi, "Biz sizə təşəkkür edirik və sizə borcluyuq" dedi. Yuxu deyildi, gerçəkdən də problemimiz həll olunmuşdu. Əli Polada sonsuza qədər minnətdar idim. Bu insanın necə böyük ürəyə sahib olduğunun şahidi oldum. Qısa söhbətimiz zamanı Azərbaycana necə böyük sevgi bəslədiyinə inanım. Bu yazını yazaraq ona olan minnətdarlığımı və ömrüm boyunca duaçı olacağımı ifadə etmək istədim.В Hal-hazırda oğlum İmanın sağlamlığı bərpa olunub, onun da mənim də əvvəlki məşəqqətli günlərimiz arxada qalıb. Ana olmaq çətindir. Savaşda övladını itirən anaların nələr çəkdiyini təsəvvür edirəm. Hər kəsi onlara dəstək olmağa çağırıram. Kimsəsizə yardım etmənin necə müqəddəs bir duyğu olduğunu bilmənizi istərdim.
Xatirə Nəsirova, Sabirabad r-nu, Azadkənd kənd orta məktəbinin müəllimi. DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13 |
|
|
|
| • “AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Dünən, 12:11 |
|
|
|
| • "Qarabağ" Dani Boltla yolları ayırıb
Dünən, 12:08 |
|
|
|
| • Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Dünən, 12:02 |
|
|
|
| • “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:57 |
|
|
|
| • Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Dünən, 11:51 |
|
|
|
| • Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Dünən, 11:48 |
|
|
|
| • “Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Dünən, 11:45 |
|
|
|
| • Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Dünən, 11:37 |
|
|
|
|