Buralara bir nəzarət edən varmı: NƏ VERGİ VERİR, NƏ DƏ Kİ... - İTTİHAM VAR!
Tarix: 25-08-2023, 16:31 | Çap et
 Son 10-15 ildə Azərbaycanda, böyük şəhərlər olan Bakıda, Gəncədə, Sumqayıtda və digər bölgələrimizdə bir-birindən fərqli adlarla yüzlərlə super, mini marketlər yaranır. Sözün düzü, biz bu marketlərin yaranmasını pisləmək fikrində deyilik. Çünki birincisi, bu marketlər pis-yaxşı iş yerləri deməkdir. İkincisi, bu marketlər arasında həqiqi rəqabət mühiti olarsa, bu da qiymətlərin aşağı düşməsinə səbəb olar. Və digər səbəblər. Amma min təəssüf ki, bu marketlər insanlarımız üçün İŞ YERİ-ndən çox, İŞGƏNCƏ YERİNƏ çevrilir. Vətəndaşlarımız bu marketlərdə gün ərzində 10 saatdan çox işlədilir və verilən əmək haqqı da yetərli olmur. Ən dəhşətlisi odur ki, bu marketlər işçilərlə rəsmi əmək müqaviləsi bağlamır, əmək haqqlarını hissə-hissə nağd verir, işçilərlə bağlı Dövlət Sosial Müdafiə Fonduna köçürmələr olmur, əmək haqqından vergi verilmir və daha hansı cürbəcür qanunsuzluqlar.... Sanki bu ölkədə İqtisadiyyat nazirliyi, Vergi Dövlət Xidməti, Əmək Müfəttişliyi və başqa dövlət qurumları yoxdur. Yaxşı, 5-10 ildən sonra bu vətəndaşlar təqaüdə, pensiyaya çıxanda necə təqaüd alacaqlar..? Axı bütün bunlar cəmiyyətin altına qoyulmuş gec açılan minalardır ee, cənablar. Vallah bir gün bunun nəticəsini görəcəksiniz... Sizlərə kim ixtiyar verib vətəndaşları 8 saatdan artıq işlətməyə..? Axı Azərbaycan dövlətinin Beynəlxalq Təşkilatlar qarşısında Əmək Qanunvericiliyi ilə bağlı götürdüyü öhdəliklər var... Biz hələ belə marketlərin Mühafizə şeflərinin qadınlara, gənc qızlara qarşı pozğun hərəkətlərindən danışmaq istəmirik. Bu tam başqa bir yazının mövzusudur. Bu marketlərin heç biri öz işçilərinə normal məsuliyyət hüququ vermir. Axı bu insanların istirahət hüquqları var... Sözün düzü, barəsində yazmaq istədiyimiz Sumqayıtdakı "Ordubad" marketin, yəqin ki, meyvə, quru meyvələr satıldığı bir məkan olduğunu düşünürdük. Biz axı həmişə Ordubadı quru meyvələrin məskəni kimi bilmişik. Amma xırda bir araşdırma aparmalı olduq... Sən demə, "Ordubad" marketin, hətta özünün instaqram səhifəsi, facebook səhifəsi də varmış. https://www.facebook.com/ORDUBAD.market/ Və heç uzaqlara getmədən bu səhifə vasitəsilə xeyli məlumat toplaya bildik. Deməli, Sumqayıtdakı "Ordubad" marketi 2013-cü ildən fəaliyyət göstərir. "Ordubad" marketinin fəaliyyəti barəsində apardığımız axtarış zamanı bəlli oldu ki, marketin sahibi onların neqativ fəaliyyəti ilə bağlı yazıları saytlardan sildirib, ancaq yazıların başlıqları qalıb. Nə etməli, bu da günümüzün acı reallığıdır... Amma görünür, "Ordubad" marketin sahibinin başı hara möhkəm qarışıbsa, hətta marketin səhifəsindəki müştəri rəyini silməyə vaxt tapmayıb. Bəli, kimsə Sumqayıtdakı "Ordubad" marketin özünü reklam etməsinə cavab olaraq yazır... Vicdanınız olsun, işçilərin maaşını barı düz-əməlli verin... Zülm edirsiniz satıcılara... Başqa birisi yazır... Sumqayıtdakı "Ordubad" marketdə xidmət səviyyəsi sıfırdır... Marketə girəndə adamın ürəyi sıxılır.. Hara gəldi mal tökülüb... Adam marketdə BALERİNA kimi gəzir və s. Qoy bu barədə müvafiq qurumlar düşünsün. Bizimki yazmaqdır... //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13 |
|
|
|
| • “AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Dünən, 12:11 |
|
|
|
| • "Qarabağ" Dani Boltla yolları ayırıb
Dünən, 12:08 |
|
|
|
| • Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Dünən, 12:02 |
|
|
|
| • “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:57 |
|
|
|
| • Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Dünən, 11:51 |
|
|
|
| • Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Dünən, 11:48 |
|
|
|
| • “Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Dünən, 11:45 |
|
|
|
| • Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Dünən, 11:37 |
|
|
|
|