Naxçıvanda Mehriban Əliyevaya məktub yazmağın cəzası: 13 illik ailəni dağıtdılar - BU NƏDİ BELƏ?
Tarix: 30-11-2022, 10:52 | Çap et
 Naxçıvan şəhərinin 15 saylı məktəbində 11 il işləyən Aysel Quliyeva 2020-ci ilin 17 fevralında işdən çıxarılıb.
DİA.AZ bildirir ki, Ovqat.com-un məlumatına görə, Aysel müəllimənin günahı dərs saatından sonra əlavə gəlir əldə etmək üçün bir qab-qacaq mağazasında menecer işləməsi olub.
Menecerliyi də elə böyük miqyasda olmayıb. Tanıdığı, bildiyi xanımlara hansı qab-qacaq dəsti almağın daha faydalı olması barədə məsləhətlər verirmiş. Özünün iddiasına görə, işlədiyi məktəbə bir dəfə də olsun, qab-qacaq dəsti gətirməyib. Sadəcə tanışlarına işlədiyi mağazaya hansı malların gətirildiyi və onların özəllikləri barədə danışırmış.

Aysel xanımın “menecerliyindən” xəbər tutan Naxçıvan MR Təhsil naziri Rəhman Məmmədov müəlliməni yanına çağırır və ondan işdən çıxması barədə ərizə yazmağı tələb edir. Daha sonra Naxçıvan DİN-in o dövrdəki rəhbəri Fazil Ələkbərov işə qarışır. Aysel xanımla yanaşı onun atası Yadulla kişini də Naxçıvan MR DİN-ə çağıran Fazil Ələkbərov ağsaqqal atanı nazirliyin zirməsinə salıb, “cinayətkar” müəllimə ilə isə özü proflaktik söhbətlər aparır. Müəlliməyə və atasına bildirir ki, bəs Aysel xanım “möhtəkirlik” məşğuldur və bütün möhtəkirlər kimi dövlətdən vergi qaçırır və bu “0 cinayət” moduyla işləyən Naxçıvanda vətənə xəyanət dərəcəsində böyük suçdur. Qısası, uzun hədə-qorxudan sonra MR DİN-də Yadulla kişidən 2.500 manat rüşvət alıb hər ikisini buraxırlar və məsləhət görürlər ki, Aysel işlədiyi məktəbə gedib işdən çıxmaq barədə ərizə yazsın və heç hara şikayət etməsin. Əks halda “onu dəlixanaya basa bilərlər”. Bundan əlavə, onun əmək kitabçasını ləkələyər, həyat yoldaşını da işdən çıxararlar.

Dəlixanaya düşməmək və MR Prokurorluğunda sürücü işləyən ərinin işindən çıxarılmasına bais olmamaq üçün fevralın 17-də işlədiyi məktəbə gedən Aysel xanım istefa ərizəsi yazır. Əsl problem də bundan sonra başlayır.
Məlumata görə, Aysel xanımın Kapital Banka 6500 manat borcu olub. Hər ay maaşından 260 manat kredit borcuna ayıran müəllimə işdən çıxarıldıqdan sonra aylıq ödənişlərini yerinə yetirə bilməz hala düşür. Sonunda qarşılaşdığı haqsızlıqlara dözə bilməyib 2020-ci ilin dekabrın 2-də evdə əlinə keçən bütün dərmanları (20-dən çox həbb) içərək intihara təşəbbüs göstərir.

Atası tərəfindən ölümcül vəziyyətdə Naxçıvan Respublika Xəstəxanasına aparılan Aysel xanım 2 gün orda yatdıqdan sonra mütləq heçliyin qapısından geri qayıda bilir. Başına gələn bu hadisələr ailəsi ilə münasibətlərinin də soyumasına yol açır. Yoldaşı ilə ayrılmağın qırılma nöqtəsi onun Birinci Vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu yazması ilə başlayır. Mehriban xanıma göndərdiyi məktubdan ona və müvafiq orqanlara göndərilən sorğu Aysel xanımın həyatını darmadağın edir. İlk əvvəl həyat yoldaşı onunla boşanır. Buna baxmayaraq, həyat yoldaşı “xan” həzrətləri qarşısında özünü bağışlada bilmir, sürücü işlədiyi MR Prokurorluğundan işdən çıxarılır. Atası Yadulla kişi də “xan” rejiminin basqılarına dözə bilməyib, Naxçıvandan qaçmaq məcburiyyətində qalır. Müxtəlif dairələrdə işləyən bütün qohum-əqrəbaları da ondan üz döndərir.

Maraqlıdır ki, Naxçıvana yoxlama getməmişdən əvvəl onun işlədiyi yeri vakant siyahısında göstərməyən Təhsil Nazirliyi və ya 15 saylı məktəbin rəhbərliyi kiminsə adına yazılan maaşı özləri yeyirmişlər. Naxçıvana yoxlama gedən kimi, onun iş yeri vakant siyahısına salınır. Amma bütün tələblərinə rəğmən, həmin iş yerini ona qaytarmırlar. Çünki Mehriban Əliyevaya məktub yazmaqla çox böyük günaha yol verib və nə qədər ki, Rəhman Məmmədov Naxçıvanın Təhsil naziridir, Aysel xanımın öz halal iş yerinə qovuşmaq imkanı yoxdur. Qeyd edək ki, Aysel Quliyeva iki il əvvələ qədər 15 nömrəli məktəbdə incəsənət dərsi deyib.
Hazırda Naxçıvanda 2 qız balası ilə yalnız yaşayan Aysel müəllimə Azərbaycan hökumətindən, xüsusilə Mehriban xanımdan yardım gözləyir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28 |
|
|
|
| • "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22 |
|
|
|
| • "Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16 |
|
|
|
| • Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09 |
|
|
|
| • Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05 |
|
|
|
| • Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03 |
|
|
|
| • Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56 |
|
|
|
| • Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27 |
|
|
|
| • Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05 |
|
|
|
| • Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02 |
|
|
|
| • Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01 |
|
|
|
| • "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55 |
|
|
|
| • "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50 |
|
|
|
| • SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44 |
|
|
|
| • SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37 |
|
|
|
| • "Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30 |
|
|
|
| • Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23 |
|
|
|
| • Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17 |
|
|
|
| • Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13 |
|
|
|
| • Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10 |
|
|
|
| • "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04 |
|
|
|
| • Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02 |
|
|
|
| • Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00 |
|
|
|
| • Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08 |
|
|
|
| • Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00 |
|
|
|
| • Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23 |
|
|
|
| • "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06 |
|
|
|
| • "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42 |
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Dünən, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Dünən, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Dünən, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Dünən, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Dünən, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Dünən, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Dünən, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Dünən, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Dünən, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Dünən, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Dünən, 07:23 |
|
|
|
|