Vüsal Kərimliyə bağlı şirkət “BakıKart”dan milyonlar qazanır - BU DA FAKT!!!
Tarix: 1-10-2022, 11:37 | Çap et
 Xəbər verdiyimiz kimi, bu yaxınlarda 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə kollektiv müraciət ünvanlayıb və bildirilib ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəyirlər. DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, daşıyıcı şirkətlər bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş ediblər. Daşıyıcı şirkətlərin bu açıqlamasından sonra nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, sərnişinlərin “BakıKart” vasitəsilə ödədiyi gediş haqqının 5%-i BNA-a tərəfindən tutulur. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Elməddin Muradlını yalan danışmaqda ittiham edib və bildirib ki, sərnişin sayına görə toplanan vəsaitin 5%-ni bu sahədə fəaliyyət göstərən ödəniş operatoru olan şirkətə ödənilir. BNA rəsmisi deyib ki, bu prosedur da daşıyıcı şirkətlə operator arasında hüquqi müstəvidə imzalanan müqavilələrlə tənzimlənir.

Məlumat üçün bildirək ki, BNA rəsmisi daşıyıcı şirkətlərdən gediş haqqının 5%-ni tutan operatorun kim olduğunu açıqlamayıb. Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, daşıyıcı şirkətlərdən gediş haqqının 5%-ni tutan operator, yəni “BakıKart”ın sahibi olan şirkət – “K Group” MMC-dir (VÖEN – 1402954871). Maraqlıdır ki, “BakıKart”ın rəsmi veb-saytı olan “bakikart.az”da bu şirkət barəsində heç bir məlumat qeyd olunmayıb. Veb-sayta baxdığımız zaman sanki sayt tərtib olunarkən “K Group” MMC-nin adı bilərəkdən gizli saxlanılıb. Lakin, “bakikart.az” domain adının “K Group” MMC-yə məxsus olduğunu gizlədə bilməyiblər (ya da unudublar).

Təkcə Bakı metrosundan gün ərzində orta hesabla 535 min sərnişinin istifadə etdiyini nəzərə alsaq, “K Group” MMC-nin “BakıKart” vastəsilə ödənilən vəsaitlərdən xeyli gəlir əldə etdiyini görə bilərik. Məsələn, bu rəqəm təkcə Bakı metrosundakı sərnişin sayına görə, gün ərzində 8025 manat edir. Bu da bir ayda 240 min 750 manat, bir ildə isə 2 milyon 889 min manat edir.
Adına “Bakikart.az” saytında rast gələ bilmədiyimiz “K Group” MMC-nin sahibi kimdir? Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, “K Group” MMC 03.11.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon 10 manat olan MMC-nin qanuni təmsilçisi Bayramov Orxan Xanlar oğludur. Hər il milyonlarla vəsait əldə edən “K Group” MMC kimi Orxan Bayramov haqqında da açıq internet resurslarda heç bir məlumat yoxdur. Məlum olan isə odur ki, “K Group” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvan “Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 3. M. 13”də “GMSA” MMC (VÖEN – 1402774731) adlı daha bir şirkət qeydiyyata alınıb. “K Group” MMC ilə eyni ildə - 2014-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi BNA-nın rəhbəri Kərimli Vüsal Ağaməmməd oğludur. Göründüyü kimi, “BakıKart” vasitəsilə ödənilən gediş haqqının 5%-i birbaşa olaraq BNA tərəfindən tutulmasa da, bu vəsait BNA rəhbərinə bağlılığı olan şirkətin büdcəsinə daxil olur.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Bu gün, 17:54 |
|
|
|
| • Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Bu gün, 17:52 |
|
|
|
| • Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Bu gün, 17:37 |
|
|
|
| • Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Bu gün, 17:25 |
|
|
|
| • İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Bu gün, 17:13 |
|
|
|
| • “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Bu gün, 17:05 |
|
|
|
| • Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 17:04 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:57 |
|
|
|
| • Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 16:52 |
|
|
|
| • Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Bu gün, 16:50 |
|
|
|
| • SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 16:44 |
|
|
|
| • Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Bu gün, 16:41 |
|
|
|
| • Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 16:33 |
|
|
|
| • "Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24 |
|
|
|
| • Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08 |
|
|
|
| • Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04 |
|
|
|
| • Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00 |
|
|
|
| • Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58 |
|
|
|
| • Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57 |
|
|
|
| • Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54 |
|
|
|
| • Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52 |
|
|
|
| • Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50 |
|
|
|
| • “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48 |
|
|
|
| • İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46 |
|
|
|
| • Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44 |
|
|
|
| • "Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42 |
|
|
|
| • İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37 |
|
|
|
| • AZPROMO sığortaçı seçib
Bu gün, 15:20 |
|
|
|
| • İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18 |
|
|
|
| • Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14 |
|
|
|
| • Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09 |
|
|
|
| • Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07 |
|
|
|
| • “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04 |
|
|
|
| • Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02 |
|
|
|
| • İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01 |
|
|
|
| • İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57 |
|
|
|
| • "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51 |
|
|
|
| • Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49 |
|
|
|
| • Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
| • Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38 |
|
|
|
| • Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
| • İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23 |
|
|
|
| • “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20 |
|
|
|
| • Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12 |
|
|
|
| • “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55 |
|
|
|
| • “Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47 |
|
|
|
|