"Çörək satışında harama əl atan avtomobil satışında nələr eləməz ki?!" - NARAZILIQ!
Tarix: 29-08-2022, 15:17 | Çap et
 Çin istehsalı olan avtomobillərinin Azərbaycanda satışı ilə məşğul olan “Sirena Motors” MMC-nin müştəriləri cüzi borc və gecikmə bəhanəsiylə bataqlığa salması, ilkin ödənişi edilmiş, hətta qiymətinin yarıdan çoxu ödənilmiş maşınları müştərilərin əlindən almağa çalışması, təmirə qəbul etdiyi hallarda girov saxlayıb geri qaytarmaq istəməməsi, hətta məhkəmədə uduzduğu müştərilərə münasibətdə belə ədalətsiz davranması barədə indiyədək xeyli informasiyalar yayılıb. O da məlumdur ki, “Sirena Motors” MMC heç də vicdanlı vergi ödəyicisi deyil. Şirkət “alıcı”yla bağladığı “alqı-satqı” müqaviləsində avtomobilin real qiymətini ortalama 30 faiz artırdığı halda, vergi hesablaşmalarını ilkin qiymətlə aparır. Avtomaşının üzərinə yüklənmiş faiz borcu da vergidən gizlədilir. MMC-nə direktorluq edən şəxslərə isə sanki, “vur, tut, as, kəs, dərisini soy, rəhm eləmə, qanuna tüpür, müştərinin ağına da lənət, qarasına da” və s. kimi göstərişlər verilmişdir. Aydın məsələdir ki, Azərbaycan reallığında sadə vətəndaşlarla (bizim misalda kasıb təbəqəyə aid müştərilərlə) bu cür saymazyana, əzazilcə davranmağı yalnız pulunun çox olmasına güvənən adam bacarmaz. Apardığımız araşdırmalarla öyrənmişik ki, “Sirena Motors” MMC məşhur iş adamı, taxıl biznesmeni, sabiq deputat Əsabil Qasımovun qardaşı oğlu Vüqar Qasımovun adına qeydiyyatdadır. Ancaq Vüqar Qasımov şirkətlə bağlı münasibətlərdə aysberqin görünməyən tərəfində yer alıb. Buna görə də Şirkətin başına hər dəfə birilərini keçirdir. Amma bu biriləridə şirkətin əsl sahibini – Vüqar Qasımovu hədəfə gətirir. Sanki həmin şəxslər şirkətlə bağlı tənqidi məqalələrin dərc edilməsindən zövq alırlar. Əslində hamı bilirdi ki, Əsabil Qasımova deputat mandatı idarə etdiyi, ölkəmizin hüdudlarını aşan biznes şəbəkəsinə (yerli Karat Holding MMC, Karat MTK (tikinti şirkəti, İdeal MMC (tikinti şirkəti, Azİnvest (tikinti şirkəti), Everest-M (tikinti materialları biznesi, Şin Servis (armatur biznesi), Aveta MMC (un istehsalı), Karmen MMC dəyirmanı, Hökməli Makaron Fabriki, Hökməli Kisə Fabriki, ASTEL MMC Quşçuluq Fabrikləri, Gəncə Fatoğlu un dəyirmanı, Marina Plaza oteli, Premium market, İzmir MMC (tikinti şirkəti), Seymur MMC (Dəllər Un dəyirmanı), xarici YUTAS ( РћРћРћ “ЮТАС”, (РћРћРћ “ПОДОЛЬСКР?Р™ МУКОМОЛЬНЫЙ Р—РђР’РћР””, РћРћРћ “Русагро”, РћРћРћ “РЎРўРђР’-РђР—”, РћРћРћ «АгрОС», РћРћРћ “РРєСЃРїРѕ”, OOO “АГРОМАН, РўРћР’ АТЛАНТА ТРЕЙДР?РќР“ РљРћ və bir çox sanatoriyalar) bir növ “çətir” kimi lazım idi. Adlarından göründüyü kimi, Əsabil Qasımovun xarici şirkətlərinin çoxu iri taxıl istehsalçıları olan Rusiya, Ukrayna və Qazaxıstanla işləyir. Hazırki Rusiya – Ukrayna müharibəsi Qasımovun biznesinə necə təsir edib və bunun Azərbaycandakı un istehlakçılarına təsiri artan qiymətlərdədir. Müşahidələr göstərir ki, Karmen” şirkəti hər dəfıə bahalaşmanın anonsu verilən kimi satışı məhdudlaşdıraraq anbarlardakı malını qoruyur, süni qıtlıq, sabotaj yaradır. Belə vəziyyətdə un bazarında Qasımova monopolist kimi üstünlük verilməsi yolverilməzdir. Əsabil Qasımovun biznesindəki fantastik böyümə məhz onun deputatlıq fəaliyyəti dövrünə aiddir və bu da deputatın biznesi ilə bağlı haqlı, əsaslı şübhələr yaradıb. Ölkənin vacib təhlükəsizlik elementlərindən olan taxıl və una tələbatı bir əldə şəbəkələşmənin, monopoliyalaşmanın girovuna çevirilib. Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin yayadığı fotoşəkillərdən məlum olmuşdu ki, Xankəndində yaşayan ermənilər Əsabil Qasımova məxsus “Karmen” un məhsullarından istifadə edirlər. Əsabilin tikinti şirkətləri də sakinləri zorla köçürmələri, pilot layihə adı ilə mənzillərini əllərindən almaları ilə məşhurdurlar. Bütün bu və digər informasiyalardan çıxan ümumiləşdirilmiş nəticə budur ki, harada Əsabil Qasımov var, orada ədalətsizlik, hüquqpozma, sabotaj, alıb-aldatma, əliəyrilik, dövlətin, xalqın mənafeyinə zidd əməllər var. “Sirena Motors” da bu sırada istisna deyil. Çörək satışında harama əl atan avtomobil satışında nələr eləməz ki?! RealMediaaz.space

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Bu gün, 17:54 |
|
|
|
| • Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Bu gün, 17:52 |
|
|
|
| • Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Bu gün, 17:37 |
|
|
|
| • Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Bu gün, 17:25 |
|
|
|
| • İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Bu gün, 17:13 |
|
|
|
| • “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Bu gün, 17:05 |
|
|
|
| • Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 17:04 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:57 |
|
|
|
| • Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 16:52 |
|
|
|
| • Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Bu gün, 16:50 |
|
|
|
| • SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 16:44 |
|
|
|
| • Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Bu gün, 16:41 |
|
|
|
| • Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 16:33 |
|
|
|
| • "Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24 |
|
|
|
| • Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08 |
|
|
|
| • Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04 |
|
|
|
| • Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00 |
|
|
|
| • Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58 |
|
|
|
| • Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57 |
|
|
|
| • Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54 |
|
|
|
| • Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52 |
|
|
|
| • Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50 |
|
|
|
| • “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48 |
|
|
|
| • İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46 |
|
|
|
| • Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44 |
|
|
|
| • "Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42 |
|
|
|
| • İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37 |
|
|
|
| • AZPROMO sığortaçı seçib
Bu gün, 15:20 |
|
|
|
| • İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18 |
|
|
|
| • Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14 |
|
|
|
| • Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09 |
|
|
|
| • Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07 |
|
|
|
| • “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04 |
|
|
|
| • Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02 |
|
|
|
| • İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01 |
|
|
|
| • İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57 |
|
|
|
| • "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51 |
|
|
|
| • Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49 |
|
|
|
| • Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
| • Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38 |
|
|
|
| • Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
| • İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23 |
|
|
|
| • “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20 |
|
|
|
| • Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12 |
|
|
|
| • “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55 |
|
|
|
| • “Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47 |
|
|
|
|