“Sonuncu şam yeməyi”ni həzm edə bilməyənlər cahillərdir - Elşad Miri
Tarix: 18-01-2022, 16:14 | Çap et
 Rejissor və aktyor Əlixan Rəcəbovun ideya müəllifi olduğu “Sonuncu şam yeməyi” filmi müzakirələrə səbəb olub. Bir qrup inanclı insan iddia edib ki, filmdə əks olunan yas mərasimində dinimiz məqsədli şəkildə gülüş obyektinə çevrilib. Onların fikrincə, ekran işi dini adət-ənənələrimizi aşağılayıb, xurafatı deyil, birbaşa şəriəti hədəf alıb.
Digərləri isə satiranın bir qədər aşırı formasının seçildiyi qənaətinə gəliblər. Qeyd edək ki, filmdə yer alan simalar kifayət qədər populyar və kino arenasında sözünü demiş şəxslərdir. Onlar arasında Şamil Süleymanov, Taleh Yüzbəyov, Bəhram Bağırzadə, Azər Aydəmir və digər tanınmışlar var. Ötən gün ilahiyyatçı Hacı Şahin Həsənli kino ilə bağlı narazılıqlara münasibət bildirərkən filmin yaradıcıları ilə görüşdüyünü və fikir mübadiləsi apardığını deyib. İlahiyyatçının sözlərinə görə, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır: “Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır”. Hacı Şahin Həsənli əlavə edib ki, insanların mənəvi mövzularda diqqətli və həssas olması təbii və başadüşüləndir. DİA.AZ xəbər verir ki, “Sonuncu şam yeməyi” filmi ilə bağlı cəmiyyətdə gedən müzakirələrə ilahiyyatçı-alim Elşad Miri də münasibətini açıqlayıb. İlahiyyatçı feysbuk hesabında bunları yazıb:
“Aktyor Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” filminin islama qarşı olduğunu iddia ediblər. Yaxşı ki, xristianlar bunu Yuhanna İncilində təsvir edilən İsanın sonuncu şam yeməyi ilə əlaqələndirib bum qaldırmayıblar. Yaxşı ki, rəssamlar da Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” ilə əlaqə qurub çəkdikləri rəsm tablolarını yandırmayıblar. Lakin islam “mücahidləri” Rəcəbovun “Sonuncu şam yeməyi” filminə qarşı çıxıblar. Etirazlarını islamla əlaqəli düzgün film çəkərək nümayiş etdiriblər desəm, yalan olar. Çünki bu cür aktyorları və senaristləri yoxdur. Onlar dindar yox, dini dar olanlardır. Dinin yox, mövhumatın, xurafatın təmsilçiləridirlər. Əlixan Rəcəbovu tanımasam da, sosial şəbəkələrdəki filmlərinə baxmışam. İnsanı vicdanıyla üzləşdirən məqamlarının çox təsiredici olduğuna şahid olmuşam. Lakin vicdanın nə olduğunu bilməyənlərin və onların nümayəndələrinin inhisarçılığına maarifləndirici sehirli çubuqla müdaxilə etməsinin etirazlara səbəb olacağı gözlənilən idi. Filmdə uzun illərdir insanların cavab axtardığı, lakin mənasını və məntiqini başa düşmədikləri bir çox məsələ kinayəli tərzdə nümayiş etdirilir”.
E.Mirinin sözlərinə görə, aktyorun etirazlara cavab yazması cəmiyyətin dindar anlayışının intellektual “səviyyə”sinin üzərinə düşən asteroiddir:
“Aktyorun “arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın” sözləri əslində, çox ağır və tikanlıdır. Filmin mistikasını, məğzini açdırmaq yaradıcı insana ağır zərbədir. Sekulyarlaşan dünyamızda, kapitalizm nəzərindən yanaşılan münasibətlərdə aktyorun ölümü xatırlatması və bunu da müxtəlif çalarla göstərməsi möhtəşəm yanaşmadır. Mollalığı müasirləşdirməsi, fars ləhcəsini ruslaşdırıb təqdim etməsi alqışlanacaq məqamlardır. Əlixan Rəcəbova çəkinmədən, hansısa din xadiminin iradlarına əhəmiyyət vermədən cəmiyyətdəki bu və digər mövhumatı, xurafatı işıqlandırmağa davam etməsini arzu edirəm. Bilsin ki, heç islamda din xadimi anlayışı, peşəsi yoxdur. Şeyx nəsrullahların qarşısında kefli isgəndərlər kimi əzilərək tərki-dünya olmaq deyil, Makedoniyalı İsgəndər kimi cəsarətli olmaq lazımdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19 |
|
|
|
| • Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19 |
|
|
|
| • Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15 |
|
|
|
| • Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18 |
|
|
|
| • Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13 |
|
|
|
| • Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09 |
|
|
|
| • Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05 |
|
|
|
| • “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01 |
|
|
|
| • Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55 |
|
|
|
| • WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53 |
|
|
|
| • Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36 |
|
|
|
| • S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34 |
|
|
|
| • SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30 |
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39 |
|
|
|
| • Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29 |
|
|
|
| • Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20 |
|
|
|
| • Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11 |
|
|
|
| • Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54 |
|
|
|
| • Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43 |
|
|
|
| • Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41 |
|
|
|
| • Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33 |
|
|
|
| • Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23 |
|
|
|
| • Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21 |
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58 |
|
|
|
| • Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Dünən, 11:49 |
|
|
|
| • “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Dünən, 11:45 |
|
|
|
| • Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Dünən, 11:44 |
|
|
|
|