Səlim Müslümovun “kruq”u: - Onu həbsxana yoldaşı audit edirmişвЂ¦
Tarix: 16-02-2021, 15:17 | Çap et
 Səlim Müslümovun həbsindən sonra onun nazir işlədiyi dövrdəki fəaliyyəti ilə bağlı yeni faktlar üzə çıxmaqdadır. Keçmiş nazirin ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, Müslümovun “qara kassası” sayılan Əjdər Cəbiyevin də həbsi göstərir ki, bu dairə kifayət qədər genişlənə bilər.
Yenisabah.az xatırladır ki, S.Müslümov ƏƏSMN-nin rəhbəri vəzifəsinə İsmayıllı rayonunda baş verən iğtişaşların dalğasında gəldi. O, həmin vaxta qədər Sosial Müdafiə Fondunun sədri idi. O zaman Əmək və əhalinin sosial müdafiəsi naziri olan Füzuli Ələkbərovun və onun qardaşı - İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovun oğlanlarının rayonda etdiyi özbaşınalıq böyük iğtişaşlara səbəb oldu. Onların rayondakı oteli, bahalı avtomobilləri yandırıldı, özləri isə "arzuolunmaz adam"a çevrildilər. Bundan az sonra isə F. Ələkbərov nazir vəzifəsindən azad edildi və yerinə Müslümov təyin olundu. Müslümovun vəzifəyə təyin olunduğu ilk vaxtlar yəqin ki, çoxlarının yadındadır. O zaman yeni naziri kollektivə Prezident Administrasiyasının aparat rəhbəri Ramiz Mehdiyev təqdim etmişdi. Təqdimat zamanı Mehdiyev belə bir cümlə işlətmişdi: “Siz indiyə qədər əsl nazirlə işləməmisiniz. Səlim Müslümovla işləyəndən sonra əsil nazir necə olur, görəcəksiniz!”.
Həqiqətən də qısa müddətdə S.Müslümov özünü göstərdi. Kameraların qarşısında, açıq iclaslarda davamlı olaraq nazirliyin yüksək vəzifəli şəxslərini ayağa qaldırır, onu aşağılayır, işinin öhdəsindən gələ bilmədiyini deyir və iclas zalından qovurdu. Belə hal dəfələrlə baş verdi və özü haqda belə bir imic yaratmağa çalışdı ki, guya o, rüşvət alanlar, korrupsiyaya bulaşanlarla işləməyəcək. Yəni nazirlikdə "təmizləmə əməliyyatı" aparır.
Həmin vaxt nazirlikdə yüksək vəzifədə çalışan şəxslərdən biri “Yeni Sabah"a açıqlamasında deyib ki, əslində, bu, gözdən pərdə asmaq idi. O, Müslümovun nazir təyin olunduğu gündən rüşvəti çiçəkləndirdiyini bildirib: ""Haqqını” verməyən vəzifəlilər qovulur və yerinə özünün yaxın qohumları, dostları gətirilirdi. Məsələn, onun ilk təyinatlarından biri dayısının yeznəsi ilə bağlı olub. 22 oktyabr 2013-cü ildə nazir təyin olunan Müslümov cəmi 22 gün sonra, 14 noyabrda dayısının kürəkəni Fuad Əlizadəni nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə, 4 ay sonra - 13 mart 2014-cü il tarixdə isə həmin idarənin rəisi vəzifəsinə təyin etdi".
Yeri gəlmişkən, hazırda Dövlət Gömrük Komitəsində Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışan F. Əlizadənin də Müslümovla bağlı istintaqa cəlb olunduğu haqda mediada məlumatlar var.
Nazirliyin keçmiş əməkdaşı Müslümovun qaranlıq işlərində çoxlu sayda nazirlikdaxili və kənarda əlbir olduğu şəxslərin mövcud olduğunu söyləyib:
“Nazirliyin maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərova birbaşa Səlim Müüslümovun işlərini görən şəxs idi. Onda bütün maliyyə məlumatları var. Və yaxud Hesablama Palatası. Palata orada hər il yoxlama aparıb və heç vaxt problem “qeydə almayıb”. İndi niyə Palatanın adı çəkilmir? Necə yoxlama aparıblar? Çünki Səlim Müslümovun əsas dayaqlarından biri Heydər Əsədov olub. Düzdür, Müslümov nazir olanda Əsədov artıq Palatanın sədri deyildi. Amma palatanın yeni sədri və həmçinin palatadakı auditorların əksəriyyəti Heydər Əsədovun kadrı idi.
Audit zamanı əsas söz sahiblərindən biri AzTV-nin rəhbəri Arif Alışanovun keçmiş həyat yoldaşı Mehriban Alışanova idi. Və yaxud digər audit Firsənd Qurbanov Səlim Müslümovun həbsxana yoldaşı olub. Həmçinin Abel Məhərrəmovun qardaşı Adil Məhərrəmov də Palatanın sədr müavinidir. Yəni bunlar hamısı bir-birinə bağlı şəxslərdir. Buna görə də bütün audit yoxlamalarında nazirlik üçün “təmizlik kağızı” verirdilər.
İndi isə ortalığa çıxır ki, Səlim Müslümov 2,5 milyard pul “yeyib”. Bəs əgər onu Hesablama Palatası yoxlayıbsa, ona "təmizlik kağızı" veribsə, bu yeyinti haradan oldu?
Yəni məsələ tək Səlim Müslümovu tutmaqla həll olmur. Əsas başda duranlardan biri Heydər Əsədovdur, biri də onun kadrı Vüqar Gülməmmədovdur. Səlimin işlədiyi kadrların hamısı bu gün vəzifədədir.
O vəzifəyə gələn kimi öz kəmsavadlarını gətirib rəhbərliyə təyin etdi. Səlimin özü savadlıdır, amma heyif ki, savadı başqa istiqamətə işləyirdi. İndi də Hesablama Palatasında oturanlar elə şeylər edirlər ki, təccüblənirsən. Prezidentin də xəbəri olmur. Onlar dövlətin kökünü qazıyırlar”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25 |
|
|
|
| • Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19 |
|
|
|
| • Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19 |
|
|
|
| • Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15 |
|
|
|
| • Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18 |
|
|
|
| • Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13 |
|
|
|
| • Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09 |
|
|
|
| • Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05 |
|
|
|
| • “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01 |
|
|
|
| • Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir - İsrafil Kərimovun yazısı
Dünən, 15:55 |
|
|
|
| • WUF13 ölkəmizdə keçirilən növbəti ən mühüm qlobal tədbirdir - MƏQALƏ
Dünən, 15:53 |
|
|
|
| • Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
Dünən, 15:36 |
|
|
|
| • S.Ərəbistanın Azərbaycandakı şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:34 |
|
|
|
| • SEPAH ABŞ-a məxsus silah-sursat yükünü ələ keçirib
Dünən, 15:30 |
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Dünən, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Dünən, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Dünən, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Dünən, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Dünən, 14:39 |
|
|
|
| • Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Dünən, 14:29 |
|
|
|
| • Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Dünən, 14:20 |
|
|
|
| • Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Dünən, 14:17 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Dünən, 14:11 |
|
|
|
| • Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Dünən, 12:54 |
|
|
|
| • Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Dünən, 12:43 |
|
|
|
| • Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Dünən, 12:41 |
|
|
|
| • Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Dünən, 12:33 |
|
|
|
| • Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Dünən, 12:23 |
|
|
|
| • Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Dünən, 12:21 |
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Dünən, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Dünən, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Dünən, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Dünən, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Dünən, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Dünən, 11:58 |
|
|
|
| • Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Dünən, 11:49 |
|
|
|
| • “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Dünən, 11:45 |
|
|
|
|